Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Zəngin tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də dinamik inkişaf edən Muxtar Respublikada infrastrukturun müxtəlif sahələrində irimiqyaslı layihələr həyata keçirilmiş, elektrik stansiyaları istismara verilmiş, yeni yollar çəkilmiş, müasir sənaye və kənd təsərrüfatı müəssisələri yaradılmış, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm ocaqları inşa olunmuş, nəticədə minlərlə iş yeri açılmışdır.
Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış məntəqələrində əsaslı abadlıq-quruculuq işləri görülmüş, istirahət bağları və parklar salınmış, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılmış, tarixi memarlıq abidələri bərpa edilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2017-ci il.
13 Yanvar 2017, 09:0125 İyun 2015, 09:06
Z.Ə. Səmədzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
24 İyun 2015, 09:06
Maşınqayırma sənayesi işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında ətraflı...
23 İyun 2015, 09:06
Dövlət qulluqçularının təltif edilməsi haqqında ətraflı...
23 İyun 2015, 09:06
Dövlət qulluqçularına "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında ətraflı...
22 İyun 2015, 09:06
“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
22 İyun 2015, 09:06
“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1294-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
22 İyun 2015, 09:06
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
22 İyun 2015, 09:06
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
22 İyun 2015, 09:06
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında ətraflı...
22 İyun 2015, 09:06
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1293-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...