“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 11-ci bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

 

“Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 399; 2008, № 6, maddə 462; 2009, № 12, maddə 954) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.2-ci maddədən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

2. 11.3-cü maddədə “qanunvericiliyə” sözü “bu Qanunun 11.4-cü maddəsində göstərilən normativ hüquqi aktlara” sözləri ilə əvəz edilsin.

3. 11.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan atçılıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.”.

4. 13.1-ci maddədən “zəruri” sözü çıxarılsın.

5. 18.3-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.

6. 25.1-ci maddədə “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilsin.

7. 29.2-ci maddədən “bir qayda olaraq,” sözləri çıxarılsın.

8. 31.5-ci maddədə “yönəldilir” sözündən sonra “, həmçinin maliyyə bazarlarına nəzarət orqanına ödənilir” sözləri əlavə edilsin.

9. 35.1-ci maddədə “qanunvericiliyi” sözü “qanunları” sözü ilə əvəz edilsin.

10. 36-cı maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, o cümlədən” sözləri “inzibati və” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2016-cı il.

12 Yanvar 2017, 09:01

http://www.azertag.net

6511—6520 / 10511

25 Avqust 2016, 09:08

Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

24 Avqust 2016, 09:08

Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

23 Avqust 2016, 09:08

Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

23 Avqust 2016, 09:08

R.Z.Əbdürəhmanova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

23 Avqust 2016, 09:08

A.İ.İsmayılova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

23 Avqust 2016, 09:08

Azərbaycan Respublikası Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında   ətraflı...

22 Avqust 2016, 09:08

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

22 Avqust 2016, 09:08

Füzuli rayonunun Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

22 Avqust 2016, 09:08

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının   ətraflı...

22 Avqust 2016, 09:08

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) “Bələdiyyə” referendum üzrə təşviqat qrupunun qeydə alınması haqqında   ətraflı...