“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 462-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 462-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun 20.4-1-ci maddəsinə uyğun olaraq, müvafiq dövlət qurumları, həmin qurumlara təqdim edilən hesabatların forması və onların təqdim edilməsi qaydası, habelə dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışları təmin edilməli olan dövlət qurumları ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. həmin Qanunun 20.4-2-ci maddəsinə uyğun olaraq, dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi qaydası ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605; 2004, № 12, maddə 1014; 2009, № 7, maddə 527; 2010, № 2, maddə 77; 2014, № 5, maddə 477, № 10, maddə 1187; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissənin ikinci abzasında “20.3-cü,” sözlərindən sonra “20.4-1-ci (ikinci, üçüncü, dördüncü hallarda), 20.4-2-ci,” sözləri əlavə edilsin;
2.2. 2-ci hissənin üçüncü abzasında “və 20.2-ci” sözləri “, 20.2-ci, 20.2-1-ci (ikinci halda) və 20.2-2-ci” sözləri ilə əvəz edilsin;
2.3. 2-ci hissənin altıncı abzasında “11.17-ci,” sözlərindən sonra “16.4-cü,” sözləri, “18.5-ci,” sözlərindən sonra “18.7-ci,” sözləri, “19.10-cu,” sözlərindən sonra “20.2-1-ci (birinci halda),” sözləri, “20.4-cü,” sözlərindən sonra “20.4-1-ci (birinci halda),” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2017-ci il.
12 Yanvar 2017, 09:0120 May 2016, 09:05
Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında ətraflı...
20 May 2016, 09:05
Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında ətraflı...
20 May 2016, 09:05
R.A.Babaşovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
20 May 2016, 09:05
A.N.Əsgərovun Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında ətraflı...
20 May 2016, 09:05
A.N.Əsgərovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında ətraflı...
19 May 2016, 09:05
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında ətraflı...
19 May 2016, 09:05
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 aprel tarixli 209-VQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
19 May 2016, 09:05
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...
16 May 2016, 09:05
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 may 2016-cı il tarixli 01 saylı müraciətə baxılması barədə ətraflı...
16 May 2016, 09:05
90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...