“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584; 2003, № 6, maddə 267; 2004, № 12, maddə 979; 2005, № 5, maddə 393, № 12, maddə 1083; 2006, № 2, maddə 67, № 3, maddə 225, № 12, maddə 1012; 2007, № 12, maddə 1202; 2008, № 12, maddə 1049; 2009, № 7, maddə 505; 2014, № 8, maddə 958; Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.15-ci maddədə “orqanına” sözündən sonra “və Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri əlavə edilsin.

2. 15.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin layihəsinə rəy verir.”.

3. Aşağıdakı məzmunda 16.4-cü maddə əlavə edilsin:

“16.4. Növbəti büdcə ili üzrə dövlət büdcəsi mətbuatda dərc edildikdən sonra dövlət büdcəsinin gəlirlərinin və xərclərinin (funksional, iqtisadi və inzibati təsnifatların paraqrafları səviyyəsində) təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.”.

4. 18.3-cü maddədə “bölmələrinə” sözündən sonra “, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri əlavə edilsin.

5. 18.3-1-ci maddədə “orqanına” sözündən sonra “, habelə Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri əlavə edilsin.

6. Aşağıdakı məzmunda 18.7-ci maddə əlavə edilsin:

“18.7. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirlərinin və funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərinin bölgüsündə dəyişiklik edildiyi təqdirdə, bu barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.”.

7. 20.1-ci maddənin birinci cümləsində “və müvafiq icra hakimiyyəti orqanlarına” sözləri “, müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri ilə əvəz edilsin.

8. 20.2-ci maddə üzrə:

8.1. birinci cümlədə “və müvafiq icra hakimiyyəti orqanlarına” sözləri “, müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri ilə əvəz edilsin;

8.2. üçüncü cümlədə “icrasının” sözündən sonra “həmin dövr üçün təsdiq olunmuş təyinatla” sözləri əlavə edilsin.

9. Aşağıdakı məzmunda 20.2-1-ci və 20.2-2-ci maddələr əlavə edilsin:

“20.2-1. Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin aprel ayının 25-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanaraq müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir.

20.2-2. Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin may ayının 5-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.”.

10. 20.3-cü maddədə “istifadə” sözündən sonra “, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası” sözləri əlavə edilsin.

11. Aşağıdakı məzmunda 20.4-1-ci və 20.4-2-ci maddələr əlavə edilsin:

“20.4-1. Müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma və qaydada hesabatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət qurumlarına təqdim edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxış imkanlarını təmin edir.

20.4-2. Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.

12. Aşağıdakı məzmunda 27.7-ci maddə əlavə edilsin:

“27.7. Azərbaycan Respublikasının Hesablama Palatası büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və büdcədənkənar dövlət fondlarının icrasına dair hesabatlara rəy verir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

12 Yanvar 2017, 09:01

http://www.azertag.net

9461—9470 / 10511

14 Oktyabr 2014, 09:10

“Dairə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...

14 Oktyabr 2014, 09:10

Yenidən yaratma və dəyişikliklər etmə yolu ilə bir sıra seçki dairələrinin hüdudlarında, dislokasiyalarında, sxemlərində və qrafik təsvirlərində dəyişiklik edilməsi barədə   ətraflı...

14 Oktyabr 2014, 09:10

Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlının səlahiyyətlərinə xitam verilməsi barədə   ətraflı...

14 Oktyabr 2014, 09:10

Cari ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri iləəlaqədar dairə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirlərinin təşkilinə dair   ətraflı...

14 Oktyabr 2014, 09:10

R.H.Abdullayevə və Ç.Ə.Məmmədova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

14 Oktyabr 2014, 09:10

İ.N.Əliyevə və E.X.Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

14 Oktyabr 2014, 09:10

N.S.Hacıyevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

13 Oktyabr 2014, 09:10

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə   ətraflı...

13 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

9 Oktyabr 2014, 15:10

Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında   ətraflı...