“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 475-VQD nömrəli Qanununun tətbiqi və “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 475-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 508; 2003, № 10, maddələr 546, 585; 2008, № 8, maddə 719; 2009, № 10, maddə 785) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. birinci bənddə “maddəsində” sözü “maddəsinin birinci hissəsində” sözləri ilə əvəz edilsin;
2.2. dördüncü bəndə “9-cu maddəsinin səkkizinci hissəsində,” sözlərindən sonra “10-cu maddəsinin ikinci hissəsində,” sözləri əlavə edilsin;
2.3. dördüncü, beşinci və altıncı bəndlərdən “öz səlahiyyəti hüdudlarında” sözləri çıxarılsın.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2017-ci il.
12 Yanvar 2017, 09:01
29 Dekabr 2016, 10:12
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında ətraflı...
29 Dekabr 2016, 10:12
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında ətraflı...
29 Dekabr 2016, 10:12
Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) tərəfindən həyata keçirilməsi mümkün olmayan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı ətraflı...
29 Dekabr 2016, 10:12
Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri ətraflı...
29 Dekabr 2016, 10:12
Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ətraflı...
29 Dekabr 2016, 09:12
Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə ətraflı...
29 Dekabr 2016, 09:12
Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında ətraflı...
28 Dekabr 2016, 09:12
Azərbaycan Respublikası Turizm Şurasının tərkibi ətraflı...
28 Dekabr 2016, 09:12
Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə ətraflı...
28 Dekabr 2016, 09:12
Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında ətraflı...