Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 370 589,8 min manat, xərcləri isə 14 483 856,0 min manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra №-si |
Gəlir mənbələri |
Gəlirlərin məbləği (min manat) |
2.1. |
Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) |
7 550 705,3 |
2.2. |
Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər |
3 465,0 |
2.3. |
Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər |
16 830,0 |
2.4. |
Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər |
799 094,6 |
2.5. |
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar |
495,0 |
|
Cəmi |
8 370 589,9 |
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Sıra №-si |
Xərc istiqamətləri |
Xərclərin məbləği (min manat) |
3.1. |
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi |
90 000,0 |
3.2. |
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi |
6 100 000,0 |
3.3. |
Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi |
7 500 000,0 |
3.4. |
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi |
70 000,0 |
3.5. |
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi |
165 825,0 |
3.6. |
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi |
29 304,0 |
3.7. |
Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi |
496 155,0 |
3.8. |
Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər |
32 572,0 |
|
Cəmi |
14 483 856,0 |
4. “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2017-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2017-ci il .
11 Yanvar 2017, 10:0110 Fevral 2017, 09:02
“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
10 Fevral 2017, 09:02
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında ətraflı...
9 Fevral 2017, 09:02
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair ətraflı...
8 Fevral 2017, 09:02
Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
8 Fevral 2017, 09:02
Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
8 Fevral 2017, 09:02
Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
8 Fevral 2017, 09:02
Ç.S.Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında ətraflı...
6 Fevral 2017, 10:02
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
6 Fevral 2017, 10:02
“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
6 Fevral 2017, 10:02
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında ətraflı...