Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

 

1. “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə və pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planı” təsdiq edilsin (əlavə olunur).

2. “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” təsdiq edilsin (əlavə olunur).

3. “Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri” təsdiq edilsin (əlavə olunur).

4. Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) tərəfindən həyata keçirilməsi mümkün olmayan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin siyahısı təsdiq edilsin (əlavə olunur).

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:

5.1. icbari tibbi sığortanın maliyyələşmə mənbələri ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;

5.2. Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) tərəfindən həyata keçirilməsi mümkün olmayan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətləri göstərəcək tibb müəssisələrinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq seçilməsini və həmin müəssisələrlə müqavilə bağlanmasını təmin etsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 dekabr 2016-cı il.

29 Dekabr 2016, 09:12

http://www.azertag.net

5661—5670 / 10511

9 Mart 2017, 09:03

A.Q.Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında   ətraflı...

9 Mart 2017, 09:03

V.Ə.Xubanovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında   ətraflı...

9 Mart 2017, 09:03

A.S.Quliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında   ətraflı...

9 Mart 2017, 09:03

Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında   ətraflı...

7 Mart 2017, 09:03

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

7 Mart 2017, 09:03

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə   ətraflı...

7 Mart 2017, 09:03

8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik   ətraflı...

7 Mart 2017, 09:03

L.Y.Reyxrudelin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

7 Mart 2017, 09:03

T.M.Mütəllimova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında   ətraflı...

6 Mart 2017, 09:03

Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında   ətraflı...