Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 290-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132, № 7, maddə 840) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2. Dövlət Xidməti fitosanitar nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.”.

2. 8.1-ci, 8.3-cü, 8.4-cü və 8.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“8.1. bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində, torpaqlarda, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində fitosanitar vəziyyəti araşdırmaq, müayinələr, müşahidələr aparmaq, profilaktik və bitki mühafizəsi tədbirləri həyata keçirmək;”;

“8.3. müvafiq qaydada fitosanitar nəzarətinin həyata keçirilməsi ilə bağlı ekspertiza, tədqiqat və qiymətləndirmə işlərinin aparılmasını, fitosanitar nəzarətində olan karantin obyektlərinə və karantin nəzarətində olan materiallara baxış keçirilməsini, nümunələr götürülərək onların yoxlanılmasını həyata keçirmək;

8.4. fitosanitar nəzarətində olan karantin obyektlərində və karantin nəzarətində olan materiallarda zərərli orqanizmləri vaxtında aşkar edərək onları təcrid etmək, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarını müvafiq qaydada götürmək, saxlamaq, zərərsizləşdirmək, təkrar emal etmək və ya məhv etmək üçün müvafiq tədbirlər görmək;”;

“8.6. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr vermək;”.

3. Aşağıdakı məzmunda 8.7-ci yarımbənd əlavə edilsin:

“8.7. fitosanitar xidmətinə dair təlimatın, qaydaların, uçot, hesabat, akt və protokol formalarının, icazə xarakterli sənədlərin və digər normativ sənədlərin qanunvericilikdə nəzərdə tutulan qaydada və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğun hazırlanmasını və nəşr edilməsini təmin etmək.”.

4. 9-cu bəndin birinci abzasında “qanunvericiliklə” sözü “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.

5. 9.4-cü yarımbənddə “öz səlahiyyətləri daxilində” sözləri “(dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

6. 9.7-ci, 9.8-ci, 9.11-ci, 9.13-cü, 9.15-ci, 9.20-ci və 10.10-cu yarımbəndlər ləğv edilsin.

7. 9.16-cı yarımbənddən “zəruri” sözü çıxarılsın.

8. 9.17-ci yarımbənddə “kənd təsərrüfatında dövlət karantin və bitki mühafizə” sözləri “bitki mühafizəsi və karantini” sözləri ilə əvəz edilsin.

9. 10.1-ci, 10.3-cü, 10.4-cü, 10.5-ci, 10.6-cı və 10.8-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“10.1. fitosanitar nəzarəti sahəsində dövlət nəzarətini həyata keçirmək;”;

“10.3. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan etmək;

10.4. bitki mühafizəsi tədbirləri mövcud təlimat, texnologiya və reqlamentlərin pozulması ilə aparıldığı hallarda, bu tədbirləri həmin nöqsanlar aradan qaldırılana qədər dayandırmaq;

10.5. bitkilərin zərərli orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə, bu təhlükəni yaradan subyektlər barədə tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək;

10.6. torpaq istifadəçiləri tərəfindən aqrotexniki, kimyəvi, bioloji və digər tədbirlərin aparılmasına, bitki mühafizəsi vasitələrinin istifadəsi reqlamentinə riayət olunmasına nəzarəti həyata keçirmək;”;

“10.8. fitosanitar nəzarəti sahəsində qanunvericiliyin pozulmasına görə hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görmək;”.

10. Aşağıdakı məzmunda 10.1-1-ci, 10.1-2-ci, 10.3-1-ci, 10.3-2-ci və 10.8-1-ci yarımbəndlər əlavə edilsin:

“10.1-1. müvafiq qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanılması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq, habelə fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq;

10.1-2. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və tətbiqi ilə məşğul olan hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının Vergilər Nazirliyindən alınmış məlumata əsasən uçotunu aparmaq;”;

“10.3-1. pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin satışı və istifadəsi ilə məşğul olan hüquqi və fiziki şəxslərdən təhlükəsizlik qaydalarına riayət edilməsini, ətraf mühitin çirklənməsinə yol verilməməsini və çirklənmənin ləğv edilməsini tələb etmək, istifadəyə yararsız və yüksək toksiki xassəyə malik preparatlardan istifadənin qanunvericiliklə müəyyən olunmuş qaydada qadağan edilməsi və dövriyyədən çıxarılıb məhv olunması haqqında qərar qəbul etmək;

10.3-2. karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə daxilində bir ərazidən digər əraziyə yayılmasının qarşısını almaq, həmin ərazidə fitosanitar tədbirləri həyata keçirmək üçün karantin postlarının qoyulması, onların sayı və yerləşməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təkliflər vermək;”;

“10.8-1. ölkə ərazisinin fitosanitar vəziyyəti barədə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə hesabat vermək;”.

11. 10.7-ci yarımbənddə “və digər bitki mühafizə preparatlarının istehsalının, satışının və ölkəyə gətirilməsinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək” sözləri “, bioloji preparatların və aqrokimyəvi maddələrin istehsalının, satışının, idxalının və ixracının qarşısının alınması üçün müvafiq tədbirlər (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) görmək” sözləri ilə əvəz edilsin.

12. 14.6-cı və 14.8-ci yarımbəndlərdən “səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 dekabr 2016-cı il.

27 Dekabr 2016, 09:12

http://www.azertag.net

5821—5830 / 10511

3 Fevral 2017, 09:02

2017-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında   ətraflı...

2 Fevral 2017, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

2 Fevral 2017, 09:02

Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı   ətraflı...

2 Fevral 2017, 09:02

“Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1052 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

2 Fevral 2017, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

2 Fevral 2017, 09:02

“Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

1 Fevral 2017, 10:02

“İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

1 Fevral 2017, 10:02

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında   ətraflı...

31 Yanvar 2017, 09:01

Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

31 Yanvar 2017, 09:01

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...