“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. iki ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Məcəllənin 71-1.2-ci maddəsinə uyğun olaraq, elektron qaimə-fakturanın formasını, tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Məcəllənin 90.3-cü maddəsinin ikinci abzasına uyğun olaraq, elektron hərracın təşkili və keçirilməsi qaydalarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. həmin Məcəllənin 128.3-cü maddəsinə uyğun olaraq, güzəştli vergi tutulan ölkələr və ya ərazilər barədə təkliflərini 2017-ci il üzrə bu Fərman qüvvəyə mindiyi gündən bir ay müddətində, növbəti illər üzrə isə hər il dekabr ayının 20-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

2.1. bir ay müddətində:

2.1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-1.9-cu maddəsində nəzərdə tutulmuş transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydasını müəyyən etsin;

2.1.2. həmin Məcəllənin 16.1.4-cü və 17.6-cı maddələrində nəzərdə tutulmuş arayış formalarını müəyyən etsin;

2.1.3. həmin Məcəllənin 16.1.11-4-cü və 72.5-1-ci maddələrində nəzərdə tutulmuş hesabat formalarını, 90.3-cü maddəsinin üçüncü abzasında ikinci halda, 90.3-3-cü və 90.3-4-cü maddələrində nəzərdə tutulmuş məlumat formalarını, 150.3-3-cü maddəsində nəzərdə tutulmuş bəyannamə formasını, 221.8.6-cı maddəsində nəzərdə tutulmuş qəbz formasını müəyyən etsin;

2.1.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə həmin Məcəllənin 24.0.7-2-ci maddəsində nəzərdə tutulmuş ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydasını müəyyən etsin;

2.1.5. həmin Məcəllənin 165.4-cü maddəsinə uyğun olaraq, ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Məcəllənin 130-1-ci maddəsinə uyğun olaraq, pərakəndə ticarət və ictimai iaşə sahələri üzrə bir ay, digər iqtisadi fəaliyyət sahələri üzrə isə üç ay müddətində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. vergi ödəyicilərinin əldə etdikləri gəlirlərin və xərclərin uçotunun, eləcə də nağdsız əməliyyatların aparılmasına, e-ticarətin vergiyə cəlb edilməsinə və səyyar vergi yoxlamaları zamanı vergi üstünlüyü əldə etmək məqsədilə qanunvericiliyin tələblərindən sui-istifadə etməklə aparılan əməliyyatlara ciddi nəzarət olunması istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

3.1. vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərracda və ya satışı elektron formada həyata keçirən ticarət şəbəkələrində satışı ilə bağlı zəruri məlumatlandırma işlərinin aparılmasını, satışa çıxarılan əmlakların aktual elektron bazasının yaradılmasını, vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərracda (o cümlədən elektron hərracda) və ya ticarət şəbəkələrində (o cümlədən satışı elektron formada həyata keçirən ticarət şəbəkələrində) satışının daha operativ və səmərəli həyata keçirilməsi məqsədilə bütün zəruri tədbirlərin görülməsini təmin etsin;

3.2. daşınmaz əmlakın icarəsi ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatı hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etsin.

4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.4-cü maddəsinə uyğun olaraq, ticarət festivallarının təşkili qaydasını bir ay müddətində müəyyən etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.36-cı maddəsində nəzərdə tutulan qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydası ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

6. Səhmlərinin və paylarının nəzarət zərfi dövlətə məxsus olan dövlət (büdcə) təşkilatları onlara dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlər barədə məlumatları ildə bir dəfə növbəti il yanvar ayının 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etsin.

7. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 1131 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.1-ci bənddə “102.1.21-ci,” sözlərindən sonra “106.1.5-ci,” sözləri, “122.3-cü,” sözlərindən sonra “128.3-cü, 130-1-ci,” sözləri, “164.1.35-ci,” sözlərindən sonra “164.1.36-cı,” sözləri və “165.3-cü,” sözlərindən sonra “165.4-cü (ikinci halda),” sözləri əlavə edilsin;

7.2. 1.2-ci bənddə “50.7-ci” sözlərindən sonra “, 71-1.2-ci” sözləri, “87.4-cü,“ sözlərindən sonra “90.3-cü (ikinci abzasda),” sözləri, “175.8-ci,” sözlərindən sonra “176.2-1-ci,” sözləri əlavə olunsun, “76.2-1-ci (birinci halda)” sözləri “76-1-ci (birinci halda)” sözləri ilə əvəz edilsin;

7.3. 1.4-cü bənddə “həmin Məcəllənin” sözlərindən sonra “14-1.9-cu,” sözləri, “15.1.15-2-ci,” sözlərindən sonra “16.1.4-cü,” sözləri, “16.1.10-cu” sözlərindən sonra “, 16.1.11-4-cü” sözləri, “16.3-cü maddəsinin birinci cümləsində,” sözlərindən sonra “17.6-cı,” sözləri, “20.1-ci,” sözlərindən sonra “24.0.7-2-ci,” sözləri, “38.5-ci,” sözlərindən sonra “38.8-ci,” sözləri, “72.2-ci maddəsinin birinci abzasında,” sözlərindən sonra “72.5-1-ci,” sözləri, “150.3-2-ci,” sözlərindən sonra “150.3-3-cü,” sözləri, “221.5-ci” sözlərindən sonra “, 221.8.4-cü, 221.8.5-ci, 221.8.6-cı” sözləri əlavə olunsun, “76.2-1-ci (ikinci halda)” sözləri “76-1-ci (ikinci halda)” sözləri ilə, “90.3-cü maddəsinin ikinci abzasında (ikinci halda),” sözləri “90.3-cü maddəsinin üçüncü abzasında (ikinci və üçüncü hallarda), 90.3-3-cü (hər iki halda), 90.3-4-cü (hər iki halda),” sözləri ilə əvəz edilsin;

7.4. 1.20-ci bənddə “ikinci” sözü “üçüncü” sözü ilə əvəz edilsin;

7.5. 1.30-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.31-ci və 1.32-ci bəndlər əlavə edilsin:

“1.31. həmin Məcəllənin 165.4-cü maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;

1.32. həmin Məcəllənin 106.1.5-ci maddəsində “qurum” dedikdə, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs nəzərdə tutulur.”.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

9. Bu Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 dekabr 2016-cı il.

26 Dekabr 2016, 10:12

http://www.azertag.net

461—470 / 10511

18 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” 2007-ci il 19 mart tarixli 560 nömrəli, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 10 fevral tarixli 218 nömrəli, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında” 2010-cu il 24 may tarixli 271 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli 646 nömrəli, “Heydər Əliyev Mərkəzinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 8 oktyabr tarixli 709 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamənin, onun strukturunun, habelə hərbi qulluqçularının və mülki işçilərinin ümumi say həddinin təsdiq edilməsi barədə” 2017-ci il 9 fevral tarixli 1227 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 18 iyul tarixli 215 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 574-VIQD nömrəli Qanununun tətbiqi və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Avqust 2022, 15:08

“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

17 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 Avqust 2022, 16:08

“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

12 Avqust 2022, 16:08

Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...