“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 458-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 458-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanunun 53.2-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydalarını üç ay müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2016-cı il.
26 Dekabr 2016, 10:129 Mart 2017, 09:03
A.Q.Babayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında ətraflı...
9 Mart 2017, 09:03
V.Ə.Xubanovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında ətraflı...
9 Mart 2017, 09:03
A.S.Quliyevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü təyin edilməsi haqqında ətraflı...
9 Mart 2017, 09:03
Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında ətraflı...
7 Mart 2017, 09:03
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
7 Mart 2017, 09:03
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban Arif qızı Əliyevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə ətraflı...
7 Mart 2017, 09:03
8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik ətraflı...
7 Mart 2017, 09:03
L.Y.Reyxrudelin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
7 Mart 2017, 09:03
T.M.Mütəllimova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında ətraflı...
6 Mart 2017, 09:03
Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında ətraflı...