“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7, maddə 591; 2011, № 7, maddə 618; 2012, № 11, maddə 1052; 2013, № 6, maddə 613, № 7, maddə 787, № 12, maddə 1494; 2015, № 12, maddə 1434) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 53.2-ci maddə üzrə:
1.1.1. ikinci cümlədə “500” rəqəmləri “5000” rəqəmləri ilə əvəz edilsin;
1.1.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”;
1.2. 82.1-ci maddədə “məhkəməyə göndərir” sözlərindən sonra “(vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla)” sözləri əlavə edilsin;
1.3. 82.3-cü və 84.4-cü maddələrdə “ibtidai istintaq aparan orqana” sözlərindən sonra “(bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
1.4. 84.1-ci maddədə “məhkəməyə göndərir” sözlərindən sonra “(vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla)” sözləri əlavə edilsin;
1.5. aşağıdakı məzmunda 84-2-ci maddə əlavə edilsin:
“Maddə 84-2. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
84-2.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını bu Qanunla müəyyən olunmuş müddətdə qərəzli olaraq icra etməyən və ya həmin məhkəmə qərarlarının icrasına maneçilik törədən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb olunurlar.
84-2.2. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə icra məmurları icraata başlamaq haqqında qərarın surətini onun qəbul edildiyi gün ərzində, aidiyyəti üzrə digər icra qurumuna göndərilən və ya icrası mümkün olmadığı üçün məhkəməyə geri qaytarılan icra sənədləri barədə məlumatları isə onların aidiyyəti üzrə göndərildiyi və ya geri qaytarıldığı vaxtdan bir gün müddətində elektron formada aidiyyəti vergi orqanına təqdim edirlər.
84-2.3. İcra məmurları vergi orqanlarının müraciətlərinə əsasən bu Qanunun 84-2.1-ci maddəsində qeyd olunan faktlara dair onlara məlum olan bütün məlumatları və əldə etdikləri sənədləri on beş gün müddətində aidiyyəti üzrə təqdim etməyə borcludurlar. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət on beş gün uzadıla bilər.
84-2.4. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına münasibətdə bu Qanunun 82.3-cü maddəsinə və 84.4-cü maddəsinə (qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları ilə bağlı) əsasən ibtidai istintaqın aparılması üçün vergi orqanlarına icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimatın verilməsi tələb olunmur.
84-2.5. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını bu Qanunla müəyyən olunmuş müddətdə qərəzli olaraq icra etməmə faktı müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqan tərəfindən müəyyən olunur.”.
Maddə 2. Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2016-cı il.
26 Dekabr 2016, 10:1227 Dekabr 2017, 09:12
Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında ətraflı...
27 Dekabr 2017, 09:12
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında ətraflı...
27 Dekabr 2017, 09:12
“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
27 Dekabr 2017, 09:12
“Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
27 Dekabr 2017, 09:12
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
27 Dekabr 2017, 09:12
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında ətraflı...
27 Dekabr 2017, 09:12
F.X.Kazımovun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında ətraflı...
26 Dekabr 2017, 09:12
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
26 Dekabr 2017, 09:12
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə ətraflı...
26 Dekabr 2017, 09:12
Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında ətraflı...