“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 noyabr tarixli 1121 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.2-ci bənddən “(ilk peşə-ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının müəyyənləşdirilməsi üzrə)” sözləri çıxarılsın, “26.5-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “26.2-ci, 26.4-cü, 26.6-cı,” sözləri əlavə edilsin;
1.2. 2.2-1-ci bənd ləğv edilsin;
1.3. 2.3-cü bəndə hər iki halda “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələri” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsili müəssisələri” sözləri əlavə edilsin;
1.4. 2.4-cü bənddən “26.2-ci, 26.4-cü və 26.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, o cümlədən həmin Qanunun” sözləri çıxarılsın, “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası” sözləri “Dövlət İmtahan Mərkəzi” sözləri ilə əvəz edilsin;
1.5. 2.8-ci bənddə:
1.5.1. “həmin Qanunun” sözlərindən sonra “30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini,” sözləri əlavə edilsin;
1.5.2. “29.0.16-cı” sözlərindən əvvəl “29.0.13-cü maddəsində (dövlət ali təhsil müəssisələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi üzrə),” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmış təkliflər əsasında:
2.3.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə uyğun olaraq, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3.2. həmin Qanunun 26.4-cü maddəsinə uyğun olaraq, ali və оrta iхtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlərin nəzərə alınması qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3.3. həmin Qanunun 26.6-cı maddəsinə uyğun olaraq, ali təhsil müəssisələrinin magistraturalarına bakalavrların və digər ali təhsilli şəхslərin qəbulu qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2016-cı il.
22 Dekabr 2016, 10:1221 İyul 2014, 09:07
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında ətraflı...
21 İyul 2014, 09:07
Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
17 İyul 2014, 09:07
Akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
17 İyul 2014, 09:07
T.M.Zeynalovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
17 İyul 2014, 09:07
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən göstərilən səyyar xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
17 İyul 2014, 09:07
R.H.Əliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
16 İyul 2014, 09:07
"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
16 İyul 2014, 09:07
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
15 İyul 2014, 10:07
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə ətraflı...
15 İyul 2014, 10:07
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...