Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsini “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2015-ci il 4 dekabr tarixli 27-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, II kitab, maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12, I kitab, maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 1001) aşağıdakı dəyişikliklər edilsin:
1.167-1-ci maddə üzrə:
1.1. maddənin adında “etmə” sözündən sonra “və ya bu əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 167-1.4-cü və 167-1.5-ci maddələr əlavə edilsin:
“167-1.4. Bu Məcəllənin 167-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə –
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
167-1.5. Bu Məcəllənin 167-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsini maliyyələşdirmə –
iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”.
2. Aşağıdakı məzmunda 167-3-cü maddə əlavə edilsin:
“167-3. Dini ekstremist materialları hazırlama, saxlama, yayma və ya bu əməlləri maliyyələşdirmə
167-3.1. Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma –
səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmək ilə cəzalandırılır.
167-3.2. Bu Məcəllənin 167-3.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri maliyyələşdirmə –
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
3. 214.2.5-ci maddədə tire işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 214.2.6-cı maddə əlavə edilsin:
“214.2.6. dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə –”.
4. 278-ci maddə üzrə:
4.1. maddənin adında “saxlama” sözündən sonra “, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə” sözləri əlavə edilsin;
4.2. maddənin mətni 278.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 278.2-ci maddə əlavə edilsin:
“278.2. Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi –
on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
5. 279-cu maddə üzrə:
5.1. aşağıdakı məzmunda 279.1-1-ci maddə əlavə edilsin:
“279.1-1. Dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində bu Məcəllənin 279.1-ci maddəsində nəzərdə tutulan silahlı birləşmələr və ya qruplar yaratma, həmin birləşmə və ya qruplarda iştirak etmə –
altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;
5.2. 279.2-ci maddədə “maddəsində” sözü “və 279.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.
6. Aşağıdakı məzmunda 283.1-1-ci və 283.3-cü maddələr əlavə edilsin:
“283.1-1. Bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə –
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
283.3. Bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsinin maliyyələşdirilməsi –
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”
7. 283-1.1-ci maddədə “dini düşmənçilik” sözlərindən sonra “, dini radikalizm və ya dini fanatizm” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2016-cı il.
19 Dekabr 2016, 10:12
11 Fevral 2019, 08:02
Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Fevral 2019, 08:02
Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Fevral 2019, 08:02
Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Fevral 2019, 08:02
Gəncə şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
7 Fevral 2019, 08:02
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
6 Fevral 2019, 08:02
E.R.Salahovun Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Fevral 2019, 08:02
Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumölkə teleradio yayımçılarının xarici ölkələrdə yayımının təşkilinə dövlət dəstəyi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Fevral 2019, 08:02
Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
6 Fevral 2019, 08:02
Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Fevral 2019, 09:02
Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...