“Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 471, № 12, maddə 1502; 2015, № 6, maddə 682) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.13-cü maddədə “2017-ci il” sözləri “2018-ci il” sözləri ilə əvəz edilsin.
2. 2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 2. Bu Qanunun 1.8-ci və 1.11-ci maddələri 2017-ci il yanvarın 1-dən, digər müddəaları 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2016-cı il.
19 Dekabr 2016, 09:1231 Oktyabr 2014, 09:10
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1075-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
30 Oktyabr 2014, 09:10
Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Zati-aliləri cənab Evo Morales Aymaya ətraflı...
30 Oktyabr 2014, 09:10
Braziliya Federativ Respublikasının Prezidenti Zati-aliləri xanım Dilma Russeffə ətraflı...
29 Oktyabr 2014, 09:10
Ə.M.Rüstəmovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
29 Oktyabr 2014, 09:10
Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Əhməd Davudoğluna ətraflı...
29 Oktyabr 2014, 09:10
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana ətraflı...
29 Oktyabr 2014, 09:10
Gənclər siyasəti üzrə birinci qlobal forumun iştirakçılarına ətraflı...
28 Oktyabr 2014, 09:10
Mərkəzi Seçki Komissiyasının 20 oktyabr və 21 oktyabr 2014-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə ətraflı...
28 Oktyabr 2014, 09:10
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...