Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2016-cı il dekabrın 15-də Xəzər dənizində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsində baş vermiş hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti baş vermiş hadisə zamanı itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etsinlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti hadisə nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti:

3.1. hadisə nəticəsində “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinə dəymiş zərəri və məntəqənin yararlılıq vəziyyətini müəyyənləşdirsin;

3.2. hadisənin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirsin;

3.3. tabeliyində olan müəssisələrdə obyektlərin və qurğuların texniki təhlükəsizlik norma və qaydalarının tələblərinə uyğun istismar edilməsi və onların təhlükəsiz istismarı müddətlərinə riayət olunması vəziyyətini araşdırsın və aşkar edilmiş nöqsanları aradan qaldırsın.

4. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 dekabr 2016-cı il.

19 Dekabr 2016, 09:12

http://www.azertag.net

7631—7640 / 10511

4 Dekabr 2015, 09:12

K.M. Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

3 Dekabr 2015, 09:12

“BakuTel – 2015” 21-сi Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına   ətraflı...

3 Dekabr 2015, 09:12

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

2 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvlərinin seçilməsi haqqında   ətraflı...

2 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında   ətraflı...

2 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında   ətraflı...

2 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsi üzvlərinin seçilməsi haqqında   ətraflı...

2 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında   ətraflı...

2 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqında   ətraflı...

2 Dekabr 2015, 09:12

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında   ətraflı...