“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609; 2001, № 10, maddə 640; 2003, № 8, maddə 435, № 10, maddə 552; 2004, № 6, maddə 435; 2005, № 2, maddə 64, № 5, maddə 403; 2006, № 7, maddə 590, № 12, maddə 1034; 2007, № 3, maddə 228, № 6, maddə 606, № 11, maddə 1110, № 12, maddə 1246; 2008, № 6, maddə 493; 2009, № 3, maddə 163, № 5, maddə 324; 2010, № 5, maddə 399, № 7, maddələr 610, 628; 2011, № 8, maddə 751; 2012, № 6, maddə 535; 2014, № 6, maddə 626; 2016, № 9, maddə 1464) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.4-cü (üçüncü cümlədə), 139-1.1.8-ci və 1076-6.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Məcəllənin 100.2-ci (birinci və ikinci hallarda), 103.2-ci (ikinci cümlədə), 103.5-ci (ikinci cümlədə), 105.4-cü, 246.1-ci, 246.2-ci, 246.3-cü, 379.1.3-cü, 398.1-ci (ikinci cümlədə), 710.2-ci və 1076-6.4.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının və 209.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq dövlət orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.3. həmin Məcəllənin 48.1-ci (birinci cümlədə), 61.2-ci (birinci və ikinci cümlələrdə) və 61.11-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər:

3.3.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına münasibətdə isə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

3.3.2. kommersiya hüquqi şəxslərinə və publik hüquqi şəxslərə, habelə təhsil müəssisələrinə münasibətdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi bölgü üzrə bu orqana bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi;

3.3.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi;

3.4. həmin Məcəllənin 61.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət büdcəsinə məcburi ödənişlər üzrə borclara münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borclara münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

3.5. həmin Məcəllənin 61.10-cu (dördüncü cümlədə), 139.3-cü, 139-1.1.12-ci, 144.2-1-ci, 144.3-cü (ikinci cümlədə), 146.8-ci (birinci cümlədə), 150.1-ci (ikinci cümlədə) və 748-5-ci (daşınmaz əmlaka münasibətdə) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir;

3.6. həmin Məcəllənin 139-1.1.1-ci maddəsində nəzərdə tutulmuş icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.7. həmin Məcəllənin 139-1.1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları, habelə daşınmaz əmlaka hüquqların qeydiyyatını aparmış başqa dövlət orqanları həyata keçirirlər;

3.8. həmin Məcəllənin 139-1.1.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini şəhər (rayon) icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.9. həmin Məcəllənin 139-1.1.9.1-ci, 139-1.1.9.2-ci (hər iki halda), 139-1.1.10.2-ci, 139-1.1.11-ci və 362.4-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.10. həmin Məcəllənin 249.3-cü və 997-1.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

3.11. həmin Məcəllənin 609.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir;

3.12. həmin Məcəllənin 670.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

3.13. həmin Məcəllənin 748-5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini daşınar əmlaka münasibətdə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə müəyyən edilmiş daşınar əmlakın rəsmi reyestrlərini aparan orqanlar həyata keçirirlər;

3.14. həmin Məcəllənin 1119.2-ci maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

3.15. həmin Məcəllənin 1179.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri həyata keçirirlər;

3.16. həmin Məcəllədə “maliyyə bazarlarına nəzarət orqanı” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;

3.17. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil olan məlumatlar, o cümlədən daşınmaz dövlət əmlakının istifadəyə və icarəyə verilməsinə, habelə ipoteka ilə yüklü edilməsinə dair əqdlərin qeydiyyatı haqqında məlumatlar daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir;

3.18. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası qeydiyyata alınan ipoteka kağızları barədə məlumatı 3 (üç) iş günü ərzində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edir.”.

2. 4-cü hissədə “hüquqi şəxslərə” sözləri “kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinə” sözləri ilə əvəz edilsin.

3. 5.1-ci bənddən “və təhsil müəssisələri” sözləri çıxarılsın.

4. 5.3-cü bəndə “şəxslər” sözündən sonra “və publik hüquqi şəxslər, habelə təhsil müəssisələri” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2017-ci il martın 1-dək, bu Fərmana uyğun olaraq, dövlət reyestrinin müvafiq məlumatlarının və qeydiyyat sənədlərinin onların adlarını və sayını özündə əks etdirən mündəricat əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyinə aktla təhvil verilməsini təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 dekabr 2016-cı il.

16 Dekabr 2016, 10:12

http://www.azertag.net

591—600 / 10511

25 İyun 2022, 09:06

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 26 yanvar tarixli 267 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli fərmanlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 İyun 2022, 16:06

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 İyun 2022, 16:06

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 İyun 2022, 16:06

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 İyun 2022, 16:06

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 İyun 2022, 16:06

Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 İyun 2022, 08:06

“Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

23 İyun 2022, 08:06

Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

20 İyun 2022, 14:06

Ağstafa rayonunun Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

17 İyun 2022, 07:06

Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...