“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

 

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3, I kitab, maddə 125; 2001, № 12, maddələr 731, 736; 2004, № 11, maddə 901; 2006, № 6, maddə 478; 2007, № 5, maddə 436, № 10, maddə 938; 2008, № 5, maddə 348, № 7, maddə 602; 2012, № 6, maddə 506; 2013, № 6, maddələr 599, 624; 2014, № 4, maddə 341, № 7, maddə 775; 2016, № 2, I kitab, maddə 200) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. onuncu bənddə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin;

1.2. on doqquzuncu bənddə “yaxud təsərrüfat məqsədləri və ya operativ idarəçilik üçün avtomobil yollarına təhkim olunmuş hüquqi şəxslər,” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya” sözləri ilə əvəz edilsin.

2. 5-ci maddənin altıncı hissəsinə “müvafiq icra hakimiyyəti orqanlarının” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri əlavə edilsin.

3. 10-1-ci maddənin ikinci hissəsinə “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin.

4. 13-cü maddə üzrə:

4.1. altıncı hissənin birinci cümləsinə “müvafiq icra hakimiyyəti orqanının” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri əlavə edilsin;

4.2. on birinci hissəyə “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin.

5. 15-ci maddənin üçüncü hissəsinə “mülkiyyətçilərinin” sözündən sonra “(sahiblərinin)” sözü əlavə edilsin.

6. 16-cı maddənin birinci hissəsində “Müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “Müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri ilə əvəz edilsin.

7. 18-ci maddə üzrə:

7.1. birinci hissənin ikinci cümləsinə “mülkiyyətçiləri” sözündən sonra “(sahibləri)” sözü əlavə edilsin;

7.2. üçüncü hissənin ikinci cümləsinə “mülkiyyətçilərinin” sözündən sonra “(sahiblərinin)” sözü əlavə edilsin.

8. 19-cu maddənin birinci hissəsinə “mülkiyyətçilərinin” sözündən sonra “(sahiblərinin)” sözü əlavə edilsin və həmin hissədə “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin.

9. 21-ci maddə üzrə:

9.1. üçüncü hissəyə “müvafiq icra hakimiyyəti orqanları” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin;

9.2. altıncı hissədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan dövlət müəssisəsi və onun tərkibində olan qurumların” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun və onun strukturuna daxil olan hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin.

10. 22-ci maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri və dördüncü hissəsində “müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.

11. 29-cu maddənin üçüncü hissəsinə “mülkiyyətçiləri” sözündən sonra “(sahibləri)” sözü əlavə edilsin.

12. 38-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 38. Avtomobil yollarının qorunması

Avtomobil yollarının qorunması avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) tərəfindən həyata keçirilir.

Avtomobil yollarının qorunmasını həyata keçirən subyektlər yol əmlakının qorunmasını onların korlanmasına səbəb ola biləcək mümkün halların qarşısını almaqla yerinə yetirirlər.

Avtomobil yollarının qorunmasını həyata keçirən subyektlər qarşılıqlı fəaliyyət göstərirlər.”.

13. 40-cı maddənin ikinci hissəsində “müvafiq icra hakimiyyəti orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanı və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 oktyabr 2016-cı il.

 

15 Dekabr 2016, 10:12

http://www.azertag.net

4931—4940 / 10511

1 Avqust 2017, 09:08

Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında   ətraflı...

1 Avqust 2017, 09:08

Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında   ətraflı...

1 Avqust 2017, 09:08

Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

1 Avqust 2017, 09:08

X.İ.Şıxsəidovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

1 Avqust 2017, 09:08

Ç.A.Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

31 İyul 2017, 10:07

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair   ətraflı...

31 İyul 2017, 10:07

Ucar rayonunun Ucar-Gəraybəyli-Rəstəcə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

31 İyul 2017, 09:07

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

31 İyul 2017, 09:07

Mərkəzi Seçki Komissiyasının 21 iyul 2017-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

27 İyul 2017, 09:07

Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...