“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

 

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261; 2016, № 3, maddə 412, № 4, maddə 642) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.2-ci, 1.1.10-cu, 1.1.11-ci və 24.1-ci maddələrdə “xüsusi razılığa (lisenziyaya)” sözləri “lisenziyaya” sözü ilə əvəz edilsin.

2. 1.1.20-ci maddəyə “əldə etmiş” sözlərindən sonra “fiziki” sözü əlavə edilsin.

3. 4.1-ci maddənin ikinci cümləsində “Reyestrə” sözü “Dövlət reyestrinə” sözləri ilə əvəz edilsin.

4. 7-ci maddə üzrə:

4.1. 7.1-ci maddədə “qanunvericiliklə tələb olunan” sözləri “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsində göstərilən” sözləri ilə əvəz edilsin;

4.2. 7.2-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən əvvəl “tam həcmdə” sözləri əlavə edilsin və həmin maddədə “təqdim edilmiş sənədlər qanunvericiliyə zidd müddəaları özündə əks etdirdikdə” sözləri “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsində göstərilən hallarda” sözləri ilə əvəz edilsin.

5. 7.4-cü maddədə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.

6. 8.4-cü maddə ləğv edilsin.

7. 9-cu maddə üzrə:

7.1. 9.4-cü maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Bu halda ərizənin daxil olduğu gündən 10 iş günü ərzində səhmdar investisiya fondunun investisiya bəyannaməsinə əlavə və (və ya) dəyişikliklərin dövlət qeydiyyatına alınmasından imtina barədə əsaslandırılmış qərar qəbul edilir və bu qərar 2 iş günü ərzində səhmdar investisiya fonduna göndərilir.”;

7.2. 9.4-cü maddənin üçüncü cümləsində “və ya” sözləri “və” sözü ilə əvəz edilsin;

7.3. 9.5-ci maddəyə “kütləvi informasiya vasitələrində” sözlərindən sonra “və səhmdar investisiya fondunun internet səhifəsində (olduqda)” sözləri əlavə edilsin və həmin maddədə “30 təqvim günü” sözləri “15 iş günü” sözləri ilə əvəz edilsin.

8. 15-ci maddə üzrə:

8.1. 15.5-ci maddənin birinci cümləsinə “idarəçiyə” sözündən sonra “2 iş günü ərzində” sözləri əlavə edilsin, ikinci cümləsində “və ya” sözləri “və” sözü ilə əvəz edilsin;

8.2. 15.6-cı maddədə “30 təqvim günü” sözləri “15 iş günü” sözləri ilə əvəz edilsin.

9. 17.1-ci maddənin ikinci cümləsində “broker” sözü “investisiya şirkəti” sözləri ilə əvəz edilsin.

10. 18.1-ci maddədə “brokerin” sözü “investisiya şirkətinin” sözləri ilə əvəz edilsin.

11. 25.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“25.4. Depozitar mərkəzi depozitarda, mərkəzi depozitar isə Azərbaycan Respublikasının Mərkəzi Bankında müxbir hesab aça bilər.”.

12. 28-ci maddə üzrə:

12.1. 28.5.1.1-ci, 28.5.1.4.1-ci, 28.5.1.4.4-cü və 28.5.2.1-ci maddələrə “qaydasında” sözündən sonra “və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin;

12.2. 28.5.1.1-ci və 28.5.1.4.2-ci maddələrdə “təsis sənədlərinin” sözləri “nizamnaməsinin” sözü ilə əvəz edilsin;

12.3. 28.5.1.4-cü maddədə “təsisçilər” sözü “iştirakçının mühüm iştirak paylarının sahibləri” sözləri ilə, “təsisçilərin” sözü “mühüm iştirak payı sahiblərinin” sözləri ilə əvəz edilsin;

12.4. 28.7-ci maddədə “nəzarət orqanı” sözlərindən sonra “10 iş günü ərzində” sözləri əlavə edilsin, “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu tələb yerinə yetirilmədikdə, maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 28.2-ci maddəsində nəzərdə tutulmuş iştirak payının əldə edilməsinə razılığın verilməsindən imtina edir.”.

13. 33.4-cü maddəyə “İdarəçi” sözündən sonra vergül işarəsi əlavə edilsin və həmin maddədə “peşəkar iştirakçı” sözləri “investisiya şirkəti” sözləri ilə əvəz edilsin.

14. 34.3-cü maddənin ikinci cümləsində “onları” sözü “onu” sözü ilə əvəz edilsin.

15. 36-cı maddə üzrə:

15.1. 36.1.2-ci maddəyə “nizamnamənin” sözündən sonra “notariat qaydasında təsdiq edilmiş” sözləri əlavə edilsin və həmin maddədə “surəti” sözü “surətləri” sözü ilə əvəz edilsin;

15.2. 6.1.3.1-ci maddədə “qaydasında” sözündən sonra “və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin;

15.3. 36.1.3.2-ci maddədə “təsis sənədlərinin” sözləri “nizamnaməsinin” sözü ilə əvəz edilsin;

15.4. 36.1.3.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“36.1.3.5. mövcud olan lisenziyaların surəti;”;

15.5. 36.1.3.7-ci maddədən “qanunvericiliklə tələb olunduğu halda” sözləri çıxarılsın və həmin maddəyə “normativlərinə” sözündən sonra “(olduqda)” sözü əlavə edilsin;

15.6. 36.1.6-cı maddədə “qanunvericilikdə nəzərdə tutulmuş qaydada” sözləri “notariat qaydasında” sözləri ilə əvəz edilsin;

15.7. 36.1.8.3-cü maddədə “kompyuter” sözü (birinci halda) “informasiya texnologiyaları” sözləri ilə əvəz edilsin;

15.8. 36.2-ci maddədə “qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməlidir” sözləri “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada leqallaşdırılmalıdır və ya onlara apostil verilməlidir” sözləri ilə əvəz edilsin.

16. 37-ci maddə üzrə:

16.1. 37.1-ci maddədə “gün” sözü “təqvim günü” sözləri ilə əvəz edilsin;

16.2. 37.2-ci maddənin birinci cümləsində “təqvim” sözü “iş” sözü ilə, ikinci cümləsində “tələb” sözü “təklif” sözü ilə, üçüncü cümləsində “Tələbin” sözü “Təklifin” sözü ilə əvəz edilsin;

16.3. 37.3-cü maddənin ikinci cümləsində “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin;

16.4. 37.5-ci maddənin birinci cümləsində “müraciət edənə bu Qanunun 37.1-ci maddəsində göstərilən müddətdə yazılı bildiriş göndərir” sözləri “əsaslandırılmış qərar qəbul edir və bu Qanunun 37.1-ci maddəsində göstərilən müddətdə həmin qərarı müraciət edənə göndərir” sözləri ilə, ikinci cümləsində “bildirişdə” sözü “qərarda” sözü ilə əvəz edilsin;

16.5. 37.6-cı maddədə “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “inzibati qaydada və” sözləri ilə əvəz edilsin;

16.6. 37.7-ci maddənin ikinci cümləsində “gün” sözü “təqvim günü” sözləri ilə əvəz edilsin.

17. 38.1.2-ci maddəyə “qaydasında” sözündən sonra “və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin.

18. 39-cu maddə üzrə:

18.2. 39.1-ci maddədə “gün” sözü “təqvim günü” sözləri ilə əvəz edilsin;

18.3. 39.2-ci maddənin birinci cümləsində “tələb edə bilər” sözləri “təklif edir” sözləri ilə, ikinci cümləsində “tələb” sözü “təklif” sözü ilə, üçüncü cümləsində “Tələbin” sözü “Təklifin” sözü ilə əvəz edilsin;

18.4. 39.3-cü maddənin ikinci cümləsində “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin;

18.5. 39.4-cü maddədə “imtinanın əsasları göstərilməklə müraciət edənə yazılı bildiriş” sözləri “əsaslandırılmış qərar qəbul edir və həmin qərarı müraciət edənə” sözləri ilə əvəz edilsin;

18.6. 39.5.1-ci maddədə “tələb” sözü “təklif” sözü ilə əvəz edilsin.

19. 40-cı maddə üzrə:

19.1. 40.1.1-ci maddəyə “gəlməlidir” sözündən sonra “(fiziki şəxslər üçün)” sözləri əlavə edilsin;

19.2. 40.1.2-ci maddədən “qanunvericiliklə tələb olunduğu halda” sözləri çıxarılsın və həmin maddəyə “normativlərinə” sözündən sonra “(olduqda)” sözü əlavə edilsin;

19.3. 40.1.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 40.1.3-cü maddə əlavə edilsin:

“40.1.3. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsində göstərilən siyahıya daxil olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə qeydiyyatdan keçən hüquqi şəxslər olmamalıdır.”;

19.4. 40.5-ci maddə ləğv edilsin.

19.5. 40.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“40.6. Səhmdar investisiya fondu və idarəçi rəhbər vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində 3 iş günü ərzində maliyyə bazarlarına nəzarət orqanına məlumat verməlidirlər.”;

20. 41.1.3-cü maddəyə “olunduqda” sözündən sonra “və həmin məlumatlar dəqiqləşdirildikdən sonra lisenziyanın verilməsindən imtina üçün əsas kimi, bu Qanunun 37.4-cü və 39.5-ci maddələrində göstərilən hallar müəyyən olunduqda” sözləri əlavə edilsin;

21. 42-ci maddə üzrə:

21.1. 42.2.1-ci maddəyə “sənədin” sözündən sonra “leqallaşdırılmış və ya apostil verilmiş surəti” sözləri əlavə edilsin;

21.2. 42.2.6-cı maddəyə “sənədlərin” sözündən sonra “leqallaşdırılmış və ya apostil verilmiş” sözləri əlavə edilsin;

21.3. 42.3-cü maddədə “gün” sözü “təqvim günü” sözləri ilə əvəz edilsin;

21.4. 42.4-cü maddənin birinci cümləsində “təqvim” sözü “iş” sözü ilə əvəz edilsin;

21.5. 42.5.3-cü maddədə “nümayəndəliyin açılması üçün müraciət etmiş xarici investisiya fondu və ya idarəçi öz ölkəsində müvafiq lisenziyaya və ya icazəyə malik olmadıqda, habelə həmin ölkənin” sözləri “öz ölkəsinin” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 noyabr 2016-cı il.

15 Dekabr 2016, 10:12

http://www.azertag.net

571—580 / 10511

30 İyun 2022, 20:06

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

30 İyun 2022, 20:06

“Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 538-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 28 dekabr tarixli 345 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 177 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

30 İyun 2022, 20:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 762 nömrəli, “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli 427 nömrəli, “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” 2019-cu il 6 may tarixli 681 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 761 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

30 İyun 2022, 20:06

Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 İyun 2022, 20:06

Azərbaycan Respublikasının dəniz nəqliyyatı işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 İyun 2022, 20:06

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 İyun 2022, 16:06

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

28 İyun 2022, 18:06

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

28 İyun 2022, 18:06

“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası 2022-ci il 27 may tarixli 537-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

28 İyun 2022, 18:06

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...