Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, (II kitab), maddə 585; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddə 233, № 8, maddə 463; 2003, № 6, maddə 276; 2004, № 5, maddə 321, № 7, maddə 505, № 8, maddə 598, № 10, maddə 761, № 11, maddə 890; 2005, № 1, maddə 4, № 4, maddə 278, № 6, maddə 462, № 8, maddə 686, № 10, maddə 874, № 12, maddə 1079; 2006, № 1, maddə 3, № 2, maddə 64, № 5, maddə 390, № 10, maddə 847, № 11, maddə 929, № 12, maddə 1032; 2007, № 2, maddələr 65, 68, № 6, maddə 560, № 7, maddə 712, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddə 1221; 2008, № 6, maddə 462, № 7, maddələr 606, 607, № 12, maddələr 1045, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 966; 2010, № 3, maddələr 171, 173, 178, № 7, maddə 593, № 12, maddə 1058; 2011, № 6, maddə 480, № 7, maddələr 589, 599; 2012, № 7, maddə 674, № 11, maddə 1062, № 12, maddə 1215; 2013, № 2, maddə 77, № 6, maddələr 616, 626, № 7, maddə 786, № 11, maddə 1265, № 12, maddə 1493; 2014, № 2, maddələr 90, 102, № 4, maddələr 328, 344, № 6, maddə 600, № 11, maddələr 1354, 1362; 2015, № 4, maddə 342, № 5, maddə 511, № 11, maddələr 1270, 1288; 2016, № 2, (II kitab), maddə 218; Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 328-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1.1-ci maddədə “müdafiəsinin” sözündən sonra “, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin” sözləri əlavə edilsin;

2. 7.0.18-ci maddəyə “müdafiəçi,” sözündən sonra “barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi,” sözləri əlavə edilsin;

3. 7.0.28-ci maddədə “müdafiəçisi və” sözləri “müdafiəçisi, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, onun müdafiəçisi və” sözləri ilə əvəz edilsin;

4. aşağıdakı məzmunda 7.0.31-1-ci maddə əlavə edilsin:

“7.0.31-1. barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi – hüquqi şəxsin maraqlarını təmsil edən, səlahiyyətləri qanunla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilən hüquqi şəxsin təsisçisi, rəhbəri və ya digər vəzifəli şəxsidir;”;

5. 8.0.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.0.6-cı maddə əlavə edilsin:

“8.0.6. hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlər tətbiq etmək.”;

6. 19.2-ci maddədə “nümayəndələrinin” sözündən sonra “, habelə barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin” sözləri əlavə edilsin;

7. 41.2-ci maddənin birinci cümləsinə “müdafiəçinin” sözündən sonra “, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin” sözləri əlavə edilsin;

8. 92.7-ci maddəyə “təqsirləndirilən şəxsin” sözlərindən sonra “, habelə barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin” sözləri əlavə edilsin;

9. aşağıdakı məzmunda 227-1-ci maddə əlavə edilsin:

“Maddə 227-1. Barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin dindirilməsi

Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün törədilməsinə dəlalət edən hallar olduqda və bununla əlaqədar hüquqi şəxsin nümayəndəsi dindirildikdə, onun dindirilməsi bu Məcəllənin 227, 229 və 230-cu maddələrində nəzərdə tutulmuş qaydalara müvafiq aparılır.”;

10. 291.0.2-ci maddədə “qanuni nümayəndəsini,” sözlərindən sonra “barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini və onun müdafiəçisini,” sözləri əlavə edilsin;

11. 328.5-ci maddənin birinci cümləsində “təqsirləndirilən” sözü “təqsirləndirilən şəxsə, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsə və onun nümayəndəsinə” sözləri ilə əvəz edilsin;

12. 383.1.6-cı maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 383.1.7-ci maddə əlavə edilsin:

“383.1.7. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair hissədə - hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi.

 

13. 384.1.10-cu maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 384.1.11-ci maddə əlavə edilsin:

“384.1.11. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraat üzrə məhkəmənin yekun qərarı çıxarıldıqda.”;

14. aşağıdakı məzmunda 390.8-ci maddə əlavə edilsin:

“390.8. Barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi ona verilmiş etibarnamə ilə müəyyən edildiyi hallarda, müdafiəçisi isə nümayəndənin razılığı ilə apellyasiya şikayətini geri götürə bilər.”;

15. 401.1.4-cü maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 401.1.5-ci maddə əlavə edilsin:

“401.1.5. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə.”;

16. 405.2.2-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 405.2.3-cü maddə əlavə edilsin:

“405.2.3. hüquqi şəxs barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlərin yüngülləşdirilməsi və ya ağırlaşdırılması.”;

17. 409-cu maddə üzrə:

17.1. 409.1.5-ci maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 409.1.6-cı maddə əlavə edilsin:

“409.1.6. barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və ya müdafiəçisi.”;

17.2. aşağıdakı məzmunda 409.7-1-ci maddə əlavə edilsin:

“409.7-1. Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi və müdafiəçisi yalnız hüquqi şəxsin mənafeyinə aid hissədən şikayət vermək hüququna malikdirlər.”;

18. aşağıdakı məzmunda 414.7-1-ci maddə əlavə edilsin:

“414.7-1. Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi ona verilmiş etibarnamə ilə müəyyən edildiyi hallarda, müdafiəçisi isə nümayəndənin razılığı ilə kassasiya şikayətini geri götürə bilər.”;

 

19. 422.3-cü maddədə “nümayəndələri,” sözündən sonra “barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi,” sözləri əlavə edilsin;

 

20. aşağıdakı məzmunda LVI-I fəsil əlavə edilsin:

 

“LVI-I fəsil

 

HÜQUQİ ŞƏXS BARƏSİNDƏ CİNAYƏT-HÜQUQİ TƏDBİRLƏRİN

 

TƏTBİQ EDİLMƏSİ ÜZRƏ İCRAAT

 

Maddə 487-1. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın xüsusiyyətləri

 

Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat bu Məcəllənin 487-1-487-7-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllənin ümumi qaydaları əsasında aparılır.

Maddə 487-2. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat

487-2.1. Cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsinə dəlalət edən sübutlar müəyyən edildikdə müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması barədə əsaslandırılmış vəsatət verir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror vəsatətlə razılaşdıqda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edir.

487-2.2. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxsin şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı cinayət işi üzrə ibtidai istintaq, bu Məcəllənin 487-6.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bir icraatda aparılır.

487-2.3. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərarın surətini 24 saat ərzində hüquqi şəxsə göndərir.

487-2.4. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə həyata keçirilir.

487-2.5. Hüquqi şəxs onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərarın surətini aldığı vaxtdan 24 saat ərzində nümayəndəsini təyin etməli və bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

487-2.6. Bu Məcəllənin 487-2.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə hüquqi şəxsin nümayəndəsi təyin edilmədikdə müstəntiq hüquqi şəxsin təsisçisi, rəhbəri və ya digər vəzifəli şəxslərdən birinin hüquqi şəxsin nümayəndəsi kimi tanınması barədə qərar qəbul edir və onun surətini dərhal hüquqi şəxsə göndərir. Hüquqi şəxs həmin nümayəndəni icraatın istənilən mərhələsində dəyişmək hüququna malikdir.

Maddə 487-3. Barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və müdafiəçisi

487-3.1. Barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi (bundan sonra – hüquqi şəxsin nümayəndəsi) qismində onun qanuni maraqlarını təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan (bu Məcəllənin 487-2.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) şəxs çıxış edir. Hüquqi şəxsin nümayəndəsi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etməlidir. Həmin sənədlərin, habelə hüquqi şəxsin nizamnaməsinin, dövlət qeydiyyatına alınması barədə sənədin surətləri cinayət təqibi ilə bağlı materiallara əlavə olunur.

487-3.2. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı hüquqi şəxsin maraqlarını yalnız bir nümayəndə təmsil edir. Hüquqi şəxsin maraqlarını nümayəndə statusuna malik olmayan bir və ya bir neçə müdafiəçi təmsil edə bilər.

487-3.3. Hüquqi şəxsin nümayəndəsi yalnız fiziki şəxsə aid edilə bilən hüquq və vəzifələr istisna olmaqla, bu Məcəllə ilə təqsirləndirilən şəxs (məhkum) üçün nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir və vəzifələri yerinə yetirir. Bu Məcəllə ilə təqsirləndirilən şəxsin (məhkumun) məlumatlandırılması və qərarların surətinin verilməsi nəzərdə tutulmuş bütün hallarda hüquqi şəxsin nümayəndəsinin məlumatlandırılması və qərarların surətinin verilməsi cinayət prosesini həyata keçirən orqanın vəzifəsidir.

487-3.4. Cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı ibtidai istintaq orqanı hüquqi şəxsin nümayəndəsi barəsində bu Məcəllənin 178-ci maddəsində nəzərdə tutulmuş qaydada məcburi gətirilmə tətbiq etmək hüququna malikdir.

Maddə 487-4. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı müəyyən edilməli olan hallar

487-4.0. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir:

487-4.0.1. cinayətin hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və ya onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, yaxud həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilməsini təsdiq edən hallar;

487-4.0.2. cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsini təsdiq edən hallar;

487-4.0.3. hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsini zəruri edən hallar;

487-4.0.4. bu Məcəllənin və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar;

487-4.0.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5.3-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi seçilərkən nəzərə alınan hallar.

Maddə 487-5. Hüquqi şəxslər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi

487-5.1. Hüquqi şəxslər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədilə hüquqi şəxsin əmlakı üzərinə bu Məcəllənin 248-254-cü maddələrində nəzərdə tutulmuş qaydada həbs qoyula bilər.

487-5.2. Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədilə hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən bu Məcəllənin 446-448-ci maddələrində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər.

487-5.3. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verildikdə, bəraət hökmü çıxarıldıqda və ya hüquqi şəxs barəsində tətbiq olunan cinayət-hüquqi tədbir icraya yönəldildikdə bu Məcəllənin 487-5.2-ci maddəsində nəzərdə tutulmuş prosessual məcburiyyət tədbiri qüvvədən düşmüş sayılır.

Maddə 487-6. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraatın qurtarması

487-6.1. Toplanmış sübutları hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraatın qurtarması üçün kifayət hesab etdikdə müstəntiq bu Məcəllənin 284-290-cı maddələrində nəzərdə tutulmuş hərəkətləri yerinə yetirir.

487-6.2. Bu Məcəllənin 487-2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət işi üzrə tərtib edilən ittiham aktına bu Məcəllənin 487-4.0.1-487-4.0.5-ci maddələrində nəzərdə tutulmuş hallar barədə məlumatlar daxil edilir. İttiham aktında hüquqi şəxsin adı, olduğu yer, təşkilati-hüquqi forması, onun dövlət qeydiyyatını aparmış dövlət orqanının adı, qeydiyyat tarixi və nömrəsi qeyd edilir.

487-6.3. Aşağıdakı hallarda hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir:

487-6.3.1. Bu Məcəllənin 487-2.2-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində cinayət işinə bu Məcəllənin 39.1.1-39.1.3-cü, 39.1.6-39.1.8-ci və ya 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda xitam verildikdə;

487-6.3.2. bu Məcəllənin 487-4.0.1-487-4.0.3-cü maddələrində nəzərdə tutulmuş hallar təsdiq edilmədikdə;

487-6.3.3. bu Məcəllənin 487-4.0.4-cü maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə.

487-6.4. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 280 və 281-ci maddələrində nəzərdə tutulmuş qaydada tərtib edilir, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və cinayət prosesinin iştirakçılarına göndərilir və həmin qərardan şikayət etmə qaydası izah edilir.

487-6.5. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir, ittiham aktını təsdiq etdikdə cinayət işini məhkəməyə göndərir və ya bu Məcəllənin 290-cı maddəsində nəzərdə tutulmuş digər qərar qəbul edir.

487-6.6. Bu Məcəllənin 487-2.2-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxs barəsində cinayət işinə bu Məcəllənin 39.1.5, 39.1.10-39.1.12-ci və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda xitam verildikdə, toplanmış sübutlar hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi və işin məhkəməyə göndərilməsi üçün kifayət hesab edilərsə müstəntiq hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə işin məhkəməyə göndərilməsi haqqında qərar qəbul edir. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə işin məhkəməyə göndərilməsi haqqında qərar bu Məcəllənin 487-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir və bu Məcəllənin 487-6.1-ci və 487-6.5-ci maddələrində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

Maddə 487-7. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəmə baxışının xüsusiyyətləri

487-7.1. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəmə baxışı bu Məcəllənin 298-358-ci maddələri ilə müəyyən edilmiş qaydada aparılır.

487-7.2. Hüquqi şəxsin nümayəndəsi hüquqi şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi məqsədi ilə məhkəmə baxışı zamanı məhkəmə iclaslarında iştirak edir. Hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədikdə, məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasına üzrsüz səbəblərə görə təkrarən gəlməməsi məhkəmə baxışının davam etdirilməsinə mane olmur, bu halda müdafiəçinin məhkəmə iclasında iştirakı məcburidir.

487-7.3. Məhkəmə bu Məcəllənin 487-4.0.1-487-4.0.5-ci maddələrində nəzərdə tutulmuş halları müşavirə otağında müzakirə edərək bu barədə məlumatları, habelə bu Məcəllənin 487-6.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları məhkəmə baxışının nəticələrinə dair yekun qərarında əks etdirir.

487-7.4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi haqqında qərar qəbul edir.

487-7.5. Məhkəmə toplanmış sübutları tədqiq edərək bu Məcəllənin 487-6.3-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir.

487-7.6. Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi və ya hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi məhkəmə baxışının nəticələrinə dair yekun qərarda qeyd olunur.”.

21. 518.0.1-ci maddədə “cəzanın həddini” sözlərindən sonra “, hüquqi şəxslərə təyin edilmiş cinayət-hüquqi tədbirlərin növlərini və həddini” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2016-cı il.

15 Dekabr 2016, 10:12

http://www.azertag.net

641—650 / 10511

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 24 aprel tarixli 613 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli və “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2014-cü il 15 dekabr tarixli 395 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə” 2016-cı il 22 dekabr tarixli 1169 nömrəli və “Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında təmsilçiliyə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 23 fevral tarixli 1259 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 3 fevral tarixli 100 nömrəli, “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2014-cü il 15 may tarixli 168 nömrəli, “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” 2015-ci il 8 aprel tarixli 499 nömrəli və “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel tarixli 503 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2008-ci il 28 oktyabr tarixli 7 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 2008-ci il 11 noyabr tarixli 12 nömrəli, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında” 2010-cu il 4 oktyabr tarixli 341 nömrəli, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2010-cu il 13 dekabr tarixli 361 nömrəli, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” 2007-ci il 21 iyun tarixli 590 nömrəli, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 11 mart tarixli 733 nömrəli və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il 22 aprel tarixli 744 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 iyul tarixli 1119 nömrəli, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 324-VIQD nömrəli Qanununun tətbiqi və “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 733 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2021-ci il 23 iyun tarixli 1377 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin fəaliyyətinin bəzi məsələləri haqqında” 2018-ci il 8 oktyabr tarixli 300 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının infrastruktur və tikinti naziri və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 2 noyabr tarixli 1648 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 2 noyabr tarixli 1652 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2018-ci il 27 iyun tarixli 156 nömrəli və “Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1068-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2014-cü il 4 noyabr tarixli 341 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli, “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli, “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT-ICAO) arasında Universal Təhlükəsizliyə Nəzarət üzrə Audit Proqramının Davamlı Monitorinq Yanaşması ilə əlaqədar Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2015-ci il 20 noyabr tarixli 688 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2016-cı il 20 may tarixli 909 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Qətər Dövlətinin Mülki Aviasiya Administrasiyası arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 15 may tarixli 1391 nömrəli, “Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 3 noyabr tarixli 1659 nömrəli, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 3 iyun tarixli 718 nömrəli, “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 iyun tarixli 756 nömrəli və “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 20 noyabr tarixli 354 nömrəli, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli 479 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 497 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında Sazişin təsdiq edilməsi barədə” 2019-cu il 29 yanvar tarixli 498 nömrəli, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2019-cu il 11 iyun tarixli 725 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...