“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 280-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 394; 2004, № 4, maddə 203, № 6, maddə 396; 2007, № 8, maddə 751; 2014, № 11, maddə 1341) 7-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Adından “və turistlərə verilən elektron vizalar” sözləri çıxarılsın.

2. 7-1.4-cü maddədə “turizm şirkətləri” sözləri “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ölkələrin vətəndaşları və ya həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər olduqda “ASAN Viza” sistemi” sözləri ilə əvəz edilsin.

3. 7-1.5-ci və 7-1.6-cı maddələr aşağıdakı redaksiyada verilsin:

“7-1.5. Elektron viza almaq üçün əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, müraciətin qəbul olunması barədə müvafiq təsdiqnamə aldıqdan sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər.

7-1.6. Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 noyabr 2016-cı il.

15 Dekabr 2016, 10:12

http://www.azertag.net

9551—9560 / 10511

11 Sentyabr 2014, 09:09

15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşına fərdi identifikasiya kartının verilməsi (dəyişdirilməsi) haqqında   ətraflı...

11 Sentyabr 2014, 09:09

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədəƏsasnamə”nin təsdiq edilməsi haqqında   ətraflı...

11 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

11 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

10 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə KNF-Polşanın Maliyyə Nəzarəti Agentliyi arasında ikitərəfli əməkdaşlıq haqqında Memorandumun təsdiq edilməsi barədə   ətraflı...

10 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsindəəməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında   ətraflı...

10 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Regional Məsələlər, Muxtariyyətlər və İdman Departamenti - İdman Ofisi arasında idman əməkdaşlığına dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...

10 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

10 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsindəəməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə   ətraflı...

10 Sentyabr 2014, 09:09

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Koreya Respublikasının Koreya Əqli Mülkiyyət Ofisi arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında   ətraflı...