“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475; 2013, № 1, maddə 19, № 6, maddə 618) aşağıdakı dəyişikliklər edilsin:
1. 10-cu maddənin adından “və ödənilməsi” sözləri çıxarılsın.
2. 10.7-ci və 10.8-ci maddələr ləğv edilsin.
3. Qanuna aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:
“Maddə 10-1. Müavinətlərin ödənilməsi qaydaları
10-1.1. Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müavinətlər tam məbləğdə ödənilir.
10-1.2. Müavinət alan şəxsin müalicə müəssisələrində stasionar müalicədə, habelə cüzam xəstəxanasında olduğu dövrdə müavinəti ona tam məbləğdə ödənilir.
10-1.3. Sosial xidmət müəssisələrində yaşayan şəxslərə təyin olunmuş müavinət onlara tam məbləğdə ödənilir. Sosial xidmət müəssisələrində yaşayan məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslərə təyin edilmiş müavinət onların qəyyumlarına və ya himayəçilərinə ödənilir. Qəyyumlar və himayəçilər müavinətin üzərində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun sərəncam verirlər.
10-1.4. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara müavinət, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir.
10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.
10-1.6. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.
10-1.7. Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinətin məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2013-cü il.
3 İyul 2014, 09:07
Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
2 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” haqqında ətraflı...
2 İyul 2014, 12:07
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında ətraflı...
2 İyul 2014, 12:07
Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
2 İyul 2014, 12:07
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında ətraflı...
2 İyul 2014, 12:07
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında ətraflı...
2 İyul 2014, 12:07
“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi iləəlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 976-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
2 İyul 2014, 12:07
“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının TƏSVİRİ ətraflı...
2 İyul 2014, 12:07
Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli Qanunu ilə təsdiq edilmişdir “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ətraflı...
2 İyul 2014, 12:07
“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi iləəlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...