“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76; 2007, № 10, maddə 933; 2008, № 6, maddələr 464, 475; 2013, № 1, maddə 19, № 6, maddə 618) aşağıdakı dəyişikliklər edilsin:
1. 10-cu maddənin adından “və ödənilməsi” sözləri çıxarılsın.
2. 10.7-ci və 10.8-ci maddələr ləğv edilsin.
3. Qanuna aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:
“Maddə 10-1. Müavinətlərin ödənilməsi qaydaları
10-1.1. Bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müavinətlər tam məbləğdə ödənilir.
10-1.2. Müavinət alan şəxsin müalicə müəssisələrində stasionar müalicədə, habelə cüzam xəstəxanasında olduğu dövrdə müavinəti ona tam məbləğdə ödənilir.
10-1.3. Sosial xidmət müəssisələrində yaşayan şəxslərə təyin olunmuş müavinət onlara tam məbləğdə ödənilir. Sosial xidmət müəssisələrində yaşayan məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, özünün əsas həyati tələbatını müstəqil təmin edə bilməyən çətin həyat şəraitində olan şəxslərə təyin edilmiş müavinət onların qəyyumlarına və ya himayəçilərinə ödənilir. Qəyyumlar və himayəçilər müavinətin üzərində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun sərəncam verirlər.
10-1.4. Cəzaçəkmə müəssisələrində və həbsdə saxlanılma yerlərində məhkumlara müavinət, məhkəmənin fərqli qərarı yoxdursa, tam məbləğdə ödənilir.
10-1.5. Keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir.
10-1.6. Müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir.
10-1.7. Müavinət alan şəxsə verilməli olan və onun ölümü ilə əlaqədar alınmamış müavinətin məbləği Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ödənilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2013-cü il.
15 İyul 2014, 10:07
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
15 İyul 2014, 10:07
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında ətraflı...
15 İyul 2014, 10:07
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 998-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
14 İyul 2014, 09:07
Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının Nizamnaməsinin təsdiq edilməsi haqqında ətraflı...
14 İyul 2014, 09:07
"Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
14 İyul 2014, 09:07
Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
14 İyul 2014, 09:07
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
14 İyul 2014, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə ətraflı...
14 İyul 2014, 09:07
“Xəzər dənizinin çirklənmədən qorunması üzrəəlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2867 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
14 İyul 2014, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə ətraflı...