Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Son illərdə Ağdam rayonunun işğal altında olmayan 90 mindən çox əhalinin məskunlaşdığı 44 yaşayış məntəqəsində müxtəlif Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri görülmüş, Olimpiya İdman Kompleksi, rayon mərkəzi və uşaq xəstəxanaları, doğum evi, Bayraq muzeyi tikilmiş, Ağdam Dövlət Dram Teatrının binası əsaslı təmir olunmuş, 6600-dən çox ailə üçün 18 yeni qəsəbə salınmış, 18 ümumtəhsil və 3 musiqi məktəbi, 15 tibb müəssisəsi, 13 klub inşa edilmiş, ümumi uzunluğu 42 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulmuş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün 57 ədəd subartezian quyusu qazılmış, digər mühüm infrastruktur layihələri yerinə yetirilmişdir.

 

Bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Ağdam rayonunda yeni əkin sahələrinin suvarma suyu ilə təminatı və qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən 36,7 min nəfər əhalisi olan 15 yaşayış məntəqəsində 30 ədəd subartezian quyusunun qazılması üçün 2,0 (iki) milyon manat, 8 yaşayış məntəqəsində yerləşən, qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı 9 binada müvəqqəti məskunlaşmış 20 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərinin tikintisi üçün 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 dekabr 2016-cı il.

8 Dekabr 2016, 10:12

http://www.azertag.net

281—290 / 10511

28 Dekabr 2022, 08:12

“AzərbaycanRespublikasınınPrezidentiyanındaVətəndaşlaraXidmətvə Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin 10 illiyi (2012-2022)” AzərbaycanRespublikasınınyubileymedalınıntəsviri   ətraflı...

28 Dekabr 2022, 08:12

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının yubiley medalının və “ASAN xidmət” ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

28 Dekabr 2022, 08:12

“Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “İpoteka haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

28 Dekabr 2022, 08:12

“Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 691-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 867 nömrəli, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 7 dekabr tarixli 1149 nömrəli fərmanlarının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

28 Dekabr 2022, 08:12

Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

26 Dekabr 2022, 16:12

F.Ş.Bədəlbəylinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 Dekabr 2022, 15:12

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Dekabr 2022, 16:12

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 Dekabr 2022, 16:12

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 Dekabr 2022, 16:12

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...