Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Zərdab rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş vəsait 30,5 dəfə, o cümlədən tikinti-quraşdırma işləri 40,0 dəfə artmış, Zərdab şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir edilmiş, Bayraq meydanı, Gənclər Mərkəzi, Uşaq-İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün 16 mənzilli yaşayış binası inşa edilmiş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Zərdabda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 dekabr 2016-cı il.

6 Dekabr 2016, 09:12

http://www.azertag.net

9871—9880 / 10511

25 İyun 2014, 09:06

Bir qrup dəniz nəqliyyatı işçisinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

24 İyun 2014, 09:06

Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

24 İyun 2014, 09:06

Azərbaycan Respublikasının maşınqayırma sənayesi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

23 İyun 2014, 09:06

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi iləəlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında   ətraflı...

23 İyun 2014, 09:06

Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin vəzifədən azad edilməsi haqqında   ətraflı...

23 İyun 2014, 09:06

Z.Ş.Zərbəliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

23 İyun 2014, 09:06

İ.M.Nəsirovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında   ətraflı...

20 İyun 2014, 09:06

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında   ətraflı...

20 İyun 2014, 09:06

“Dənizçi günü” peşə bayramının təsis edilməsi haqqında   ətraflı...

20 İyun 2014, 09:06

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin   ətraflı...