“Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” beynəlxalq konfransının iştirakçılarına
Hörmətli konfrans iştirakçıları!
Sizi - Qafqaz Xalqları Ali Dini Şurasının beynəlxalq konfransının iştirakçılarını ürəkdən salamlayır, ən səmimi arzu və diləklərimi yetirirəm.
Bölgəmizdə tarixən müxtəlif xalqlar arasında möhkəm tolerant ənənələr, qarşılıqlı hörmət və etimada əsaslanan mehriban qonşuluq, dostluq və əməkdaşlıq mövcud olmuşdur. Belə münasibətlərin təşəkkülündə və inkişafında ümumbəşəri dəyərlərin daşıyıcısı kimi islam dini müstəsna rol oynamışdır.
Hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər yaşanır, etnik-dini zəmində münaqişələr, irqi ayrı-seçkilik, dini ekstremizm və islamofobiya kimi arzuolunmaz təzahürlər müşahidə edilir. Beynəlxalq təhlükəsizliyi və insanların əmin-amanlığını təhdid edən bu cür hallara qarşı səmavi dinlərin sülh, mərhəmət, şəfqət və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa və əməkdaşlığa ciddi ehtiyac vardır. Bu baxımdan dünyada örnək model kimi qəbul edilən Azərbaycan multikulturalizmi və tolerantlıq ənənələri ilə bağlı mövzuların konfransda müzakirəsi böyük elmi, ictimai və siyasi məna daşıyır.
Biz Azərbaycanda tarixi-mənəvi irsin, etnik-mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə dövlət siyasəti səviyyəsində xüsusi önəm verir, dövlət-din münasibətlərinin tənzimlənməsində milli-tarixi ənənəyə və beynəlxalq hüquqi normalara əsaslanırıq. Sizlər də təmsil etdiyiniz respublikalarda eyni fəaliyyəti fədakarlıqla həyata keçirirsiniz. Ümumi və doğma evimiz olan Qafqazda davamlı sülhün, əmin-amanlığın bərqərar olmasında, bəşəri dəyərlərin, islam dininin əsl mahiyyətinin təbliği və təşviqində, yad dini cərəyanların və zərərli təsirlərin vaxtında qarşısının alınmasında Sizin kimi din xadimlərinin rolu böyükdür.
Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin ülvi məqsədlər naminə mənəvi tellərlə bir qurumda birləşməsinin günümüz üçün xüsusi əhəmiyyəti vardır. Bu işdə əməyi olan hər bir şəxsin, qurumun rəhbəri Qafqaz Müsəlmanları İdarəsi sədrinin fəaliyyətini təqdirəlayiq hesab etmək olar. Əmin olduğumu bildirirəm ki, zəruri və aktual bir mövzuya həsr olunmuş beynəlxalq toplantınız anlaşma və həmrəylik ruhunda keçəcək, xalqlarımız, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Bu nəcib işinizdə Sizə uğurlar, cansağlığı və səadət arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr 2016-cı il.
2 Dekabr 2016, 09:1216 İyul 2015, 09:07
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
16 İyul 2015, 09:07
"Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Çinin Qiymətli Kağızlar üzrə Tənzimləmə Komissiyası arasında qiymətli kağızlar və fyuçers bazarlarının tənzimlənməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə ətraflı...
16 İyul 2015, 09:07
“Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdəəməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə ətraflı...
16 İyul 2015, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
16 İyul 2015, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli 514 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
16 İyul 2015, 09:07
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazəəsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”nda dəyişiklik edilməsi barədə ətraflı...
16 İyul 2015, 09:07
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
16 İyul 2015, 09:07
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
16 İyul 2015, 09:07
“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə ətraflı...
16 İyul 2015, 09:07
“Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli Sazişin qüvvəsinin dayandırılması barədə Protokol”un təsdiq edilməsi haqqında ətraflı...