“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddənin ikinci hissəsinin birinci cümləsindən “dərc edilir və” sözləri çıxarılsın, “daşıyıcılarda” sözü “qaydada” sözü ilə əvəz edilsin, ikinci cümləsində isə “dərc edilməlidir” sözləri “yayılmalıdır” sözü ilə əvəz edilsin.

2. 26-cı maddədə “təşkili, olduğu yer və ərazi yurisdiksiyası” sözləri “təşkili və olduğu yer” sözləri ilə əvəz edilsin və “uyğun olaraq” sözlərindən sonra “müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən” sözləri əlavə edilsin.

3. 32-ci maddə üzrə:

3.1. ikinci hissədə “təşkili, olduğu yer və ərazi yurisdiksiyası” sözləri “təşkili və olduğu yer” sözləri ilə əvəz edilsin və “uyğun olaraq” sözlərindən sonra “müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən” sözləri əlavə edilsin;

3.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir.”.

4. 43-cü maddə üzrə:

4.1. ikinci hissədə “təşkili, olduğu yer və ərazi yurisdiksiyası” sözləri “təşkili və olduğu yer” sözləri ilə əvəz edilsin və “uyğun olaraq” sözlərindən sonra “müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən” sözləri əlavə edilsin;

4.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Naxçıvan Muxtar Respublikasının İnzibati-iqtisadi Məhkəməsi Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilir və onun yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilir.”.

5. 61-ci maddənin ikinci hissəsində “təşkili, olduğu yer və ərazi yurisdiksiyası” sözləri “təşkili və olduğu yer” sözləri ilə əvəz edilsin və “uyğun olaraq” sözlərindən sonra “müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən” sözləri əlavə edilsin.

6. 90-cı maddənin altıncı hissəsinə “Birinci instansiya” sözlərindən sonra “ və apellyasiya” sözləri əlavə edilsin.

7. 93-cü maddənin ikinci hissəsində “hakimin adı ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə vəzifədən” sözləri “barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş, hakim vəzifəsindən intizam qaydasında” sözləri ilə əvəz edilsin.

8. 93-3-cü maddəyə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:

“Bu Qanunun 96-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanda iştirak edə bilməzlər.”.

9. Aşağıdakı məzmunda 112-1-ci maddə əlavə edilsin:

“Maddə 112-1. İntizam məsuliyyəti məsələsinə baxılan hakimin öz

arzusu ilə vəzifəsindən çıxmaq barədə yazılı ərizəsinə baxılması

Barəsində intizam icraatı başlanılmış (bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş icraat istisna olmaqla) hakim tutduğu vəzifədən çıxmaq barədə ərizə verdikdə, hakim barəsindəki intizam icraatına və onun səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edilir.

İntizam icraatı bu Qanunun 113-cü maddəsinin 10-cu və 11-ci bəndlərində nəzərdə tutulmuş əsaslara görə başlanılmışdırsa, hakimin tutduğu vəzifədən çıxmaq barədə ərizəsinə icraatının materialları ilə eyni vaxtda baxılır və qərar qəbul edilir.

Hakimin intizam icraatının başlanılmasına əsas olmuş hərəkətlərində cinayət əməlinin əlamətləri olduğu hallarda onun ərizəsi nəzərə alınmaqla səlahiyyətlərinə xitam verilir və toplanılmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 oktyabr 2016-cı il.

1 Dekabr 2016, 10:12

http://www.azertag.net

4321—4330 / 10511

27 Dekabr 2017, 09:12

Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

27 Dekabr 2017, 09:12

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında   ətraflı...

27 Dekabr 2017, 09:12

F.X.Kazımovun Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

26 Dekabr 2017, 09:12

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

26 Dekabr 2017, 09:12

“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə   ətraflı...

26 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında   ətraflı...