Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:
“Maddə 13-1. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün buraxılış sistemlərinin tətbiqi
13-1.1. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.
13-1.2. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
2. 42.1-ci maddədə “mübadiləsi” sözündən sonra “, o cümlədən risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması” sözləri əlavə edilsin.
3. Aşağıdakı məzmunda 93.4-cü maddə əlavə edilsin:
“93.4. Gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir.”.
4. Aşağıdakı məzmunda 101.5-ci maddə əlavə edilsin:
“101.5. “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə olunmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2016-cı il.
1 Dekabr 2016, 10:126 Aprel 2015, 09:04
“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1210-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
6 Aprel 2015, 09:04
“Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
6 Aprel 2015, 09:04
2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI ətraflı...
6 Aprel 2015, 09:04
“2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında ətraflı...
6 Aprel 2015, 09:04
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında ətraflı...
6 Aprel 2015, 09:04
E.Q.Nəbiyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...
6 Aprel 2015, 09:04
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında ətraflı...
31 Mart 2015, 09:03
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında ətraflı...
31 Mart 2015, 09:03
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin Siyahısı"nda dəyişikliklər edilməsi haqqında ətraflı...
31 Mart 2015, 09:03
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında ətraflı...