“Elektron ipoteka” sistemi haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 24 noyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə uyğun olaraq hazırlanmışdır və “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin (bundan sonra – ipoteka krediti) verilməsi məqsədi ilə “Elektron ipoteka” sisteminin (bundan sonra – elektron sistem) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
1.2. Elektron sistem “Elektron hökumət portalı”nda yaradılır və ona inteqrasiya edilir.
1.3. Elektron sistem Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditləşməsi sahəsində elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, istifadəçilərin onlardan istifadə etməsinə, iştirakçıların elektron sistemə qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə informasiya əldə olunmasına xidmət edir.
1.4. Elektron sistemin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı elektron sistemin operatoru (bundan sonra – Operator) kimi Cəmiyyət tərəfindən təmin edilir.
1.5. Elektron sistemin saxlanılma, fəaliyyət və inkişaf xərcləri Cəmiyyətin hesabına və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
2. Əsas anlayışlar
2.1. Bu Əsasnamənin məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. elektron sistemin iştirakçıları – informasiya sistemləri və ehtiyatları portala qoşulmuş və elektron sistem vasitəsilə informasiya mübadiləsində iştirak edən dövlət qurumları;
2.1.2. elektron sistemin istifadəçiləri – Azərbaycan Respublikasının vətəndaşı olan ipoteka krediti almaq istəyən şəxslər, ipoteka kreditlərinin verilməsində iştirak edən müvəkkil banklar, sığortaçılar və qiymətləndiricilər;
2.1.3. elektron kabinet – elektron sistemin istifadəçisi tərəfindən müvafiq autentifikasiyadan keçməklə yaradılan, yalnız gücləndirilmiş elektron imza sertifikatı və (və ya) Cəmiyyət tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, istifadəçinin özü barədə olan məlumatlarla tanış olmasını və onları əldə etməsini, ödənişləri həyata keçirməsini, həmçinin onun sistemin iştirakçıları ilə qarşılıqlı əlaqəsini təmin edən xüsusi fərdi elektron səhifə;
2.1.4. kredit tarixçəsi – müvəkkil bank tərəfindən formalaşdırılan və ipoteka kreditinə, o cümlədən ipoteka krediti almaq istəyən şəxsin kredit üzrə öhdəliklərinin icrasına dair məlumatları əks etdirən sənədlər toplusu.
2.2. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar ipoteka kreditləşməsi sahəsində digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
3. Elektron sistemin məqsədi və fəaliyyət prinsipləri
3.1. Elektron sistemin tətbiqinin məqsədi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsindən, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasından, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsindən, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına nail olmaqdan ibarətdir.
3.2. Elektron sistemin fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”də müəyyən olunmuş prinsiplər əsasında həyata keçirilir.
4. Elektron sistemin texniki-texnoloji infrastrukturu
4.1. Elektron sistemin texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:
4.1.1. elektron sistemin proqram-texniki vasitələri;
4.1.2. “Elektron ipoteka” şlüzü;
4.1.3. telekommunikasiya kanalları;
4.1.4. elektron sistemin ehtiyat mərkəzi.
4.2. Elektron sistemin proqram-texniki vasitələri elektron xidmətlər göstərilməsini, istifadəçilərin onlardan istifadəsini, informasiya mübadiləsinin həyata keçirilməsini, portalın fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini təmin edir.
4.3. “Elektron ipoteka” şlüzü iştirakçıların informasiya sistemlərinin inteqrasiyasını, qarşılıqlı əlaqəsini, onlar arasında sorğular vasitəsilə informasiya mübadiləsinin aparılmasını və müvafiq məlumatlar əldə edilməsini təmin edir.
4.4. Elektron sistem onun fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, operativ və keyfiyyətli xidmət göstərilməsini, o cümlədən elektron informasiya mübadiləsini təmin edən dayanıqlı, mühafizə olunan, yüksəkötürücülü fiber-optik əsas və ehtiyat telekommunikasiya xətlərinə malikdir. Elektron sistem ipoteka kreditləri üzrə mərkəzləşdirilmiş informasiya sistemidir və ipoteka kreditləri üzrə ödənişlərin real vaxt rejimində qəbul edilməsini təmin edən ödəniş sistemlərinə inteqrasiya olunmalıdır.
4.5. Elektron sistemin fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə elektron sistemin alternativ ehtiyat mərkəzi yaradılır və elektron sistemin proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır.
4.6. Elektron sistem oxşar interfeysə malik olan informativ və interaktiv hissələrdən ibarətdir. İnformativ hissə istifadə üçün daim açıqdır, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 5.1 – 5.3-cü, 5.6-cı və 5.8-ci bəndlərində nəzərdə tutulan məlumatlardan, informativ xidmətlərdən və interaktiv xidmətlər barədə məlumatlardan ibarətdir. Fərdi məlumatların mühafizəsi, habelə elektron sistem vasitəsilə həyata keçirilən əməliyyatların və istifadə olunan elektron xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi üçün interaktiv hissə gücləndirilmiş elektron imza sertifikatı və (və ya) kod-parol ilə daxil olmağa imkan verən müxtəlif autentifikasiya mexanizmləri ilə təchiz olunmalıdır.
5. Təhlükəsizlik tədbirləri
5.1. Elektron sistemdə məlumatların işlənilməsi zamanı avtomatlaşdırılmış texniki vasitələrin işinin pozulmasına gətirib çıxaran təsirlərə yol verilməməlidir.
5.2. Məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, onların təhlükəsizliyinə qarşı yönələn təhdidlərin müəyyən edilməsi və ehtimal edilən təhdidlərin neytrallaşdırılmasını təmin edən mühafizə sisteminin işlənib hazırlanması və daim təkmilləşdirilməsi elektron sistemin təhlükəsizliyinin vacib elementi olmalıdır.
5.3. Cəmiyyət məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, qanunsuz müdaxilənin, məlumatların surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanının olmasını təmin etməlidir.
5.4. Elektron sistem üzrə məlumatların təhlükəsiz şəkildə yazılması, sistemləşdirilməsi, yenilənməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanılması, ötürülməsi, məhv edilməsi üçün mühafizə vasitələrinin və üsullarının istismar və texniki sənədlərə uyğunluğu barədə müvafiq sənəd olmalı, onlar istismar və texniki sənədlərə uyğun quraşdırılmalı və istismara verilməlidir.
6. Elektron sistemin funksiyaları
6.1. Elektron sistem vasitəsilə aşağıdakılar təmin edilir:
6.1.1. ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumatın olması;
6.1.2. ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi;
6.1.3. hər bir müvəkkil bank üzrə ipoteka kreditinin alınması üçün ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olması;
6.1.4. ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsi, qeydiyyata alınması və münasib görüş vaxtının təyin edilməsi;
6.1.5. ipoteka kreditinin alınması üçün tələb olunan və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 7.2.1 – 7.2.7-ci, habelə bu Əsasnamənin 6.2.7 – 6.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş məlumatların alınması;
6.1.6. ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılması;
6.1.7. ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank (banklar) tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılması;
6.1.8. ödənişlərin, o cümlədən annuitet və sığorta ödənişlərinin elektron formada həyata keçirilməsi imkanının yaradılması;
6.1.9. Cəmiyyət ilə müvəkkil banklar arasında maliyyələşdirilmiş ipoteka kreditləri üzrə məlumat mübadiləsinin təşkil edilməsi;
6.1.10. ipoteka kreditlərinə zəmanət verilməsi mexanizminin təmin edilməsi.
6.2. Elektron sistemin fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müvafiq dövlət qurumlarının informasiya sistemlərindən aşağıda qeyd olunan məlumatların elektron sistemə ötürülməsi təmin edilir:
6.2.1. ipoteka krediti almaq istəyən şəxsin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;
6.2.2. ipoteka krediti almaq istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;
6.2.3. ipoteka krediti almaq istəyən şəxsin (birgə borcalanın) iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;
6.2.4. ipoteka krediti almaq istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;
6.2.5. ipoteka krediti almaq istəyən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;
6.2.6. ipoteka krediti almaq istəyən şəxsin mərkəzləşdirilmiş kredit reyestrindən məlumatları;
6.2.7. ipoteka qoyulan daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatlar;
6.2.8. güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslər barədə məlumatlar;
6.2.9. ipoteka krediti almaq istəyən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar.
7. Elektron sistemin Operatorunun funksiyaları
7.0. Operator elektron sistemin fəaliyyətini təmin etmək üçün aşağıdakı funksiyaları həyata keçirir:
7.0.1. elektron sistemin fəaliyyətini təşkil etmək, onun vasitəsilə iştirakçıların və istifadəçilərin dayanıqlı, etibarlı və təhlükəsiz məlumat mübadiləsi aparmasını təmin etmək;
7.0.2. elektron sistemə qoşulan informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin dayanıqlı və etibarlı fəaliyyətinin təmin olunmasını iştirakçılardan tələb etmək;
7.0.3. elektron sistemə qoşulacaq informasiya sistemləri və ehtiyatları müəyyən edilmiş texniki tələblərə cavab vermədiyi hallarda, onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılmasını iştirakçılardan tələb etmək;
7.0.4. müəyyən edilmiş texniki tələblərə uyğun olmayan informasiya sistemləri və ehtiyatlarının elektron sistemə qoşulmasından imtina etmək;
7.0.5. elektron sistemdən istifadə qaydaları barədə iştirakçıları və istifadəçiləri məlumatlandırmaq və metodiki köməklik göstərmək;
7.0.6. elektron sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və saxlanılmasını təmin etmək, tərtib olunmuş qrafik üzrə müvafiq profilaktik işlər aparmaq;
7.0.7. elektron sistemin iştirakçılarına informasiya sistemləri arasında informasiya mübadiləsinin sistem vasitəsilə həyata keçirilməsi üzrə təkliflər vermək, həmin təkliflər qəbul edildiyi halda onların həyata keçirilməsində iştirak və yerinə yetirilməsinə nəzarət etmək;
7.0.8. elektron sistemə ötürülən məlumatların etibarlılığını, əlçatanlığını, təhrifolunmazlığını və konfidensiallığını təmin etmək;
7.0.9. elektron sistemin iştirakçıları tərəfindən sistemə ötürülən məlumatların tamlığına, həmin məlumatların sistemə qanunla müəyyən edilmiş qaydada və müddətdə ötürülməsinə nəzarət etmək;
7.0.10. elektron sistemə qoşulmuş informasiya sistemləri və ehtiyatları ləğv edildikdə, mülkiyyətçisi dəyişdikdə və ya digər dəyişikliklər olduğu halda müvafiq tədbirlər görmək;
7.0.11. əsas avadanlıqlarda hər hansı bir qəza (xəta) baş verdiyi halda elektron sistemin iştirakçılarını bu barədə məlumatlandırmaq, dərhal onun aradan qaldırılması üçün müvafiq tədbirlər görmək, baş vermiş qəzanın (xətanın) qısa müddət ərzində aradan qaldırılması mümkün olmadıqda, portalın ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;
7.0.12. elektron sistemdən istifadə və sistemin funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işi aparmaq;
7.0.13. qanunla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyini təmin etmək və fərdi məlumatların mühafizəsini təşkil etmək.
8. Elektron sistemdən istifadə imkanları
8.0. Elektron sistemin istifadəçiləri elektron sistemdən aşağıdakı istifadə imkanlarına malikdirlər:
8.0.1. ipoteka krediti almaq istəyən şəxslər:
1. elektron kabinet yaratmaq;
2. ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısı və şərtlər barədə məlumat almaq;
3. imkanını ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirmək;
4. müvəkkil banka elektron müraciəti real vaxt rejimində göndərmək;
5. ödənişləri elektron formada həyata keçirmək;
8.0.2. müvəkkil banklar:
1. ipoteka krediti almaq istəyən şəxslərin müraciətlərini növbəlik əsasında qeydiyyata almaq;
2. ipoteka krediti almaq istəyən şəxslə münasib görüş vaxtını təyin etmək;
3. ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edildiyi gün bunu ipoteka krediti almaq istəyən şəxsə bildirmək;
4. ipoteka krediti almış şəxslərin kredit tarixçəsini yaratmaq, redaktə etmək, kredit tarixçəsi üzrə sənədlərin surətlərini elektron sistemə daxil etmək;
5. ipoteka kreditinin alınması üçün tələb olunan və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanının 7.2.1 – 7.2.7-ci, habelə bu Əsasnamənin 6.2.7 – 6.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş məlumatları almaq;
6. ipoteka kreditinin ilkin və yenidən maliyyələşdirilməsi üçün Cəmiyyətə müraciət etmək və tələb olunan sənədlərin surətlərini Cəmiyyətə təqdim etmək;
7. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək;
8.0.3. sığortaçılar:
1. ipoteka krediti almaq istəyən şəxslərin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1.16-cı yarımbəndində nəzərdə tutulmuş sığorta müqavilələrinə dair məlumatları elektron sistemə daxil etmək;
2. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək;
8.0.4. qiymətləndiricilər:
1. yaşayış sahəsinin qiymətləndirmə aktını müraciət edən şəxsə təqdim etmək və elektron sistemdə yerləşdirmək;
2. elektron sistem üzrə aidiyyəti statistik məlumatlardan və hesabatlardan istifadə etmək.
9. Elektron sistemin fəaliyyətinin təşkili
9.1. Elektron sistem “Elektron hökumət” portalına inteqrasiya olunmaqla fəaliyyət göstərir.
9.2. İpoteka krediti almaq istəyən şəxslər elektron sistemə gücləndirilmiş elektron imza sertifikatı və (və ya) Operator tərəfindən verilən kod-parol ilə daxil olurlar.
9.3. Bu Əsasnamənin 9.2-ci bəndində qeyd olunan şəxslər istisna olmaqla, elektron sistemin digər istifadəçilərinin informasiya sistemlərinin və ehtiyatlarının elektron sistemə qoşulması onların bu Əsasnamənin əlavəsindəki formaya uyğun olaraq Operatora ünvanlandığı ərizə əsasında həyata keçirilir.
9.4. Ərizə Operatora daxil olduqdan sonra, ərizəçinin informasiya sistemlərinin və ehtiyatlarının elektron sistemə qoşulmasına və təhlükəsizliyinin təmin edilməsinə dair texniki imkanları 10 (on) iş günü müddətində Operator tərəfindən yoxlanılır.
9.5. Yoxlamanın nəticəsi müsbət olduqda, Operatorla elektron sistemə qoşulmaq üçün müraciət etmiş qurum arasında müqavilə bağlanılır və belə istifadəçinin elektron sistemlə qarşılıqlı fəaliyyəti müəyyən edilmiş texniki tələblər əsasında bağlanan bu müqavilə ilə tənzimlənir.
9.6. Elektron sistemə qoşulma haqqında müqavilədə aşağıdakılar göstərilməlidir:
9.6.1. elektron sistemin istifadəçisi olan qurumun adı;
9.6.2. elektron sistemin istifadəçisinin sistemə qoşulan informasiya sisteminin və ehtiyatının adı;
9.6.3. elektron sistemin istifadəçisinin sistemə ötürdüyü məlumatların siyahısı;
9.6.4. elektron sistemin texniki infrastrukturuna məsul şəxs haqqında məlumat;
9.6.5. tərəflərin hüquq və vəzifələri;
9.6.6. tərəflərin məsuliyyəti və mübahisələrin həlli qaydası;
9.6.7. tərəflərin mühüm hesab etdiyi digər müddəalar.
9.7. İnformasiya sistemləri və ehtiyatları yoxlanılmaq üçün elektron sistemin test bölməsinə qoşulduqdan və test bölməsində yoxlanıldıqdan sonra, Operatorun uyğunluğa dair rəyinə əsasən müəyyən edilmiş texniki tələblərə cavab verdikdə, onların 7 (yeddi) iş günü müddətində elektron sistemə qoşulması təmin edilir.
9.8. Həmin texniki tələblərə cavab verməyən informasiya sistemləri və ehtiyatları Operatorun əsaslandırılmış tələbinə uyğun olaraq onların sahibi tərəfindən zəruri texniki tədbirlər və təkmilləşdirmələr aparıldıqdan sonra sistemə qoşulur.
9.9. İnformasiya sistemləri və ehtiyatları, elektron sistemin istifadəçiləri və ya iştirakçıları (hüquqi varisi olmadan) ləğv edildikdə, onlar sistemdən ayrılır. Bu halda Operatorla elektron sistemin istifadəçisi və ya iştirakçısı arasında 3 (üç) iş günü müddətində qarşılıqlı məlumatlandırma (bildirişin göndərilməsi) həyata keçirilir.
9.10. Elektron sistemin istifadəçisi və iştirakçısı elektron sistemə qoşulmuş informasiya sistemləri və ehtiyatları vasitəsilə təqdim olunan məlumatların məzmununa, dəqiqliyinə, tamlığına və etibarlılığına görə məsuliyyət daşıyır.
9.11. Elektron sistemin istifadəçisi normativ hüquqi aktların tələblərini, müqavilənin şərtlərini pozduqda və ya sistemin fəaliyyətini ləngidəcək, dayandıracaq və ya ona zərər vura biləcək davranışlara yol verdikdə, Operator tərəfindən onun sistem üzrə fəaliyyəti bu nöqsanlar aradan qaldırılanadək dayandırılır.
10. Yekun müddəalar
10.1. Elektron sistemin fəaliyyəti ilə əlaqədar tələb olunan məlumatlar elektron sistemə inteqrasiya olunmuş informasiya sistemlərindən və informasiya ehtiyatlarından ödənişsiz şərtlərlə əldə edilir.
10.2. Elektron sistemə inteqrasiya olunmuş dövlət qurumlarının informasiya sistemlərinin və informasiya ehtiyatlarının məlumatlarından istifadə elektron sistemin istifadəçiləri üçün ödənişsiz əsaslarla təşkil edilir.
10.3. Elektron sistem vasitəsilə ipoteka kreditinin verilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na və Cəmiyyətin ipoteka kreditləşməsini tənzimləyən digər qaydalarına uyğun tənzimlənir.
25 Noyabr 2016, 10:1112 Avqust 2022, 16:08
A.Z.Nemətovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Avqust 2022, 12:08
O.Ç.Mürsəlovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
8 Avqust 2022, 15:08
Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
8 Avqust 2022, 15:08
Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Avqust 2022, 14:08
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 586-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
5 Avqust 2022, 14:08
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
5 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” 2012-ci il 27 iyun tarixli 2307 nömrəli, “Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında” 2013-cü il 2 aprel tarixli 2828 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” 2013-cü il 24 iyul tarixli 3017 nömrəli və “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 8 may tarixli 442 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
5 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin yerləşdirilməsi üçün alınmış Berlin şəhəri, Hoffmanstrasse 11 ünvanında yerləşən binanın satılması haqqında” 2008-ci il 5 fevral tarixli 2661 nömrəli, “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 23 sentyabr tarixli 492 nömrəli, “Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında” 2010-cu il 6 aprel tarixli 839 nömrəli, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli 885 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 2011-ci il 29 aprel tarixli 1478 nömrəli, “2011–2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 16 may tarixli 1504 nömrəli, “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyul tarixli 1621 nömrəli və “Fransa Respublikasındakı Azərbaycan Mədəniyyət Mərkəzinin binasının təmiri və yenidən qurulması haqqında” 2011-ci il 24 noyabr tarixli 1858 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 21 fevral tarixli 679 nömrəli, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 23 nömrəli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli və “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 1999-cu il 5 fevral tarixli 90 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
4 Avqust 2022, 14:08
Azərbaycan Respublikası Prezidentinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2009-cu il 31 avqust tarixli 155 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2012-ci il 4 aprel tarixli 604 nömrəli, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 23 iyul tarixli 576 nömrəli, “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 31 avqust tarixli 588 nömrəli, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 21 dekabr tarixli 711 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 23 sentyabr tarixli 1047 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...