“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, №11, maddə 1371; 2015, № 6, maddə 684, № 11, maddə 1296; 2016, № 3, maddə 405) aşağıdakı məzmunda 54.3-1-ci maddə əlavə edilsin:
“54.3-1. Mərkəzi Bank “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kredit verə bilər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2016-cı il.
24 Noyabr 2016, 10:1126 Dekabr 2017, 09:12
Minimum aylıq əməkhaqqının artırılması haqqında ətraflı...
26 Dekabr 2017, 09:12
Q.İ.Təhməzlinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilməsi haqqında ətraflı...
22 Dekabr 2017, 09:12
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında ətraflı...
22 Dekabr 2017, 09:12
V.C.Cəfərovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
21 Dekabr 2017, 09:12
Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
21 Dekabr 2017, 09:12
Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında ətraflı...
21 Dekabr 2017, 09:12
Ö.H.Eldarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
20 Dekabr 2017, 10:12
Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası ətraflı...
20 Dekabr 2017, 10:12
Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği ətraflı...
20 Dekabr 2017, 10:12
“Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında ətraflı...