“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.1.1.1-ci maddəsinə “müşavirlərinin vəzifəsi” sözlərindən sonra “, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi” sözləri əlavə edilsin.

2. 11.1.2.2-ci maddədə “və onların birinci müavinlərinin” sözləri “birinci müavinləri və müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərlərinin” sözləri ilə əvəz edilsin.

3. 11.1.3.3-cü maddədə “rəhbərlərinin” sözü “bölmə rəhbərlərinin” sözləri ilə əvəz edilsin.

4. 11.1.4.2-ci maddədən “bölmə rəhbərlərinin, onların müavinlərinin və” sözləri çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 oktyabr 2016-cı il.

24 Noyabr 2016, 09:11

http://www.azertag.net

4331—4340 / 10511

26 Dekabr 2017, 09:12

Minimum aylıq əməkhaqqının artırılması haqqında   ətraflı...

26 Dekabr 2017, 09:12

Q.İ.Təhməzlinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilməsi haqqında   ətraflı...

22 Dekabr 2017, 09:12

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında   ətraflı...

22 Dekabr 2017, 09:12

V.C.Cəfərovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

21 Dekabr 2017, 09:12

Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

21 Dekabr 2017, 09:12

Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında   ətraflı...

21 Dekabr 2017, 09:12

Ö.H.Eldarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

20 Dekabr 2017, 10:12

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası   ətraflı...

20 Dekabr 2017, 10:12

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği   ətraflı...

20 Dekabr 2017, 10:12

“Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında   ətraflı...