Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə “388,” rəqəmindən sonra “394-1,” rəqəmləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 394-1-ci maddə əlavə edilsin:

“Maddə 394-1. Tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarının pozulması

394-1.1. Tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə -

vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

394-1.2. Bu Məcəllənin 394-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə -

vəzifəli şəxslər iki min manat məbləğində cərimə edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 oktyabr 2016-cı il.

21 Noyabr 2016, 09:11

http://www.azertag.net

7671—7680 / 10511

26 Noyabr 2015, 09:11

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

25 Noyabr 2015, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

25 Noyabr 2015, 09:11

Ə.T.Əmiraslanovun Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

A.H.Naxçıvanlının Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

S.İ.Seyidovun Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

A.Q. Abiyevin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

Azərbaycan Respublikası Milli Məclisinin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

V.F.Ələsgərovun Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında   ətraflı...