İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və fındıqçılığın inkişafının sürətləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə qərara alıram:
1. Barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli 1081 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına 1,463 milyon (bir milyon dörd yüz altmış üç min) manat, o cümlədən barama toxumlarının alınmasına 163,0 (bir yüz altmış üç) min manat, tut (çəkil) tinglərinin alınmasına 600,0 (altı yüz) min manat, fındıq pöhrələrinin alınmasına 700,0 (yeddi yüz) min manat ödənilsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
2.1. tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etsin;
2.2. bu Sərəncamın 2.1-ci bəndinə uyğun olaraq, barama toxumları, tut (çəkil) tingləri və fındıq pöhrələri əvəzi ödənilmədən paylanılan məhsul istehsalçıları, habelə şəhər və rayonların tələbatı barədə məlumatı Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr 2016-cı il.
17 Noyabr 2016, 09:1114 Oktyabr 2021, 07:10
Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
13 Oktyabr 2021, 08:10
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 Oktyabr 2021, 08:10
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 Oktyabr 2021, 08:10
Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Oktyabr 2021, 08:10
Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 Oktyabr 2021, 08:10
Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 Oktyabr 2021, 08:10
Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 Oktyabr 2021, 08:10
Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
12 Oktyabr 2021, 08:10
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
8 Oktyabr 2021, 09:10
Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...