Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Beyləqan rayonunun sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, əsas kapitala yönəldilmiş vəsait 117,9 dəfə, tikinti-quraşdırma işləri 771,2 dəfə artmış, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Mərkəzi Rayon Xəstəxanası, Mədəniyyət Mərkəzi, 3000 yerlik Mərkəzi Stadion əsaslı təmir olunmuş, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 78 mənzilli 2 yaşayış binası inşa edilmiş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, qırx beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 74 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, Beyləqan şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, iri istehsal və emal müəssisələri yaradılmış, 15 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Beyləqanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 25 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2016-cı il.
16 Noyabr 2016, 09:1123 Aprel 2020, 19:04
Azərbaycan Respublikası Prezidentinin “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 1999-cu il 13 fevral tarixli 102 nömrəli, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 12 mart tarixli 116 nömrəli və “Faydalı qazıntı ehtiyatlarının təsdiq edilməsi və silinməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 973 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
23 Aprel 2020, 19:04
Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Aprel 2020, 20:04
Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Aprel 2020, 20:04
N.R.Bağırova töhmət elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
21 Aprel 2020, 10:04
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanında və 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
21 Aprel 2020, 10:04
Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Aprel 2020, 10:04
A.Ə.Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Aprel 2020, 10:04
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Aprel 2020, 10:04
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikası Hökuməti yanında Gənclər, Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə Dövlət Agentliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Aprel 2020, 10:04
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Niderland Mərkəzi Statistika Bürosu arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...