“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 314-VQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 314-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 6, maddələr 869, 879; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 sentyabr tarixli 1027 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

3.1. 8.7-ci bənddən “, Vergilər Nazirliyi” sözləri çıxarılsın;

3.2. 8.19.1-ci yarımbəndə “daxil edilməsi” sözlərindən sonra “və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi” sözləri əlavə edilsin;

3.3. aşağıdakı məzmunda 8.20-ci bənd əlavə edilsin:

“8.20. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

8.20.1. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;

8.20.2. vergi öhdəliyinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsinə görə məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan vergi ödəyicisi olan fiziki şəxs və ya hüquqi şəxsin icra orqanının rəhbəri haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 noyabr 2016-cı il.

 

15 Noyabr 2016, 10:11

http://www.azertag.net

9461—9470 / 10511

14 Oktyabr 2014, 09:10

“Dairə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair   ətraflı...

14 Oktyabr 2014, 09:10

Yenidən yaratma və dəyişikliklər etmə yolu ilə bir sıra seçki dairələrinin hüdudlarında, dislokasiyalarında, sxemlərində və qrafik təsvirlərində dəyişiklik edilməsi barədə   ətraflı...

14 Oktyabr 2014, 09:10

Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mübariz Qəhrəman oğlu Qurbanlının səlahiyyətlərinə xitam verilməsi barədə   ətraflı...

14 Oktyabr 2014, 09:10

Cari ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri iləəlaqədar dairə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirlərinin təşkilinə dair   ətraflı...

14 Oktyabr 2014, 09:10

R.H.Abdullayevə və Ç.Ə.Məmmədova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

14 Oktyabr 2014, 09:10

İ.N.Əliyevə və E.X.Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

14 Oktyabr 2014, 09:10

N.S.Hacıyevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında   ətraflı...

13 Oktyabr 2014, 09:10

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə   ətraflı...

13 Oktyabr 2014, 09:10

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

9 Oktyabr 2014, 15:10

Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında   ətraflı...