“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 sentyabr tarixli 583 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 593 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 116 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 1999, № 3, maddə 168; 2001, № 10, maddə 640, № 12, maddə 755; 2003, № 10, maddə 577; 2005, № 11, maddə 1016; 2006, № 7, maddə 590; 2007, № 11, maddə 1110; 2010, № 7, maddə 610; 2014, № 11, maddə 1418; 2016, № 2, maddə 254) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
“həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini ehtiyatları təsdiq edilmiş faydalı qazıntı yataqlarının yerləşdiyi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər hallarda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər;”.
2. Beşinci abzasda “qalan torpaqlara” sözləri “həmin Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş qalan torpaqlara” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr 2016-cı il.
15 Noyabr 2016, 09:1114 Noyabr 2017, 10:11
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında ətraflı...
14 Noyabr 2017, 10:11
N.R.Əyyubova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
14 Noyabr 2017, 10:11
Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında ətraflı...
14 Noyabr 2017, 10:11
Gəncə şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
14 Noyabr 2017, 10:11
Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
13 Noyabr 2017, 09:11
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
10 Noyabr 2017, 09:11
Azərbaycan şahmatçılarının Avropa komanda çempionatında qalib olması haqqında ətraflı...
10 Noyabr 2017, 09:11
Bakı Metropoliteninin 50 illik yubileyinə həsr olunmuş mərasimin iştirakçılarına ətraflı...
8 Noyabr 2017, 10:11
О присвоении почетных званий работникам нефтяной промышленности в Азербайджанской Республике ətraflı...
8 Noyabr 2017, 10:11
О награждении работников нефтяной промышленности в Азербайджанской Республике ətraflı...