Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında erməni işğalından azad edildikdən sonra Horadiz şəhəri də daxil olmaqla bütün ərazilərdə müxtəlif Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, 5037 ailə üçün 17 yeni qəsəbə salınmış, 14 ümumtəhsil məktəbi, 15 məktəbəqədər təhsil müəssisəsi, 2 xəstəxana, 12 tibb məntəqəsi, əlli altı min nəfər əhalinin yaşadığı 32 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 73 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilmiş, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə iri kənd təsərrüfatı və sənaye müəssisələri yaradılmış, 5 mindən çox yeni iş yeri açılmışdır.

 

Rayon mərkəzi olan Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi, Gənclər Mərkəzi, Rəsm Qalereyası və digər sosialyönümlü obyektlər inşa edilmiş, Mədəniyyət Mərkəzi və Şahmat Məktəbi yenidən qurulmuş, Xalça toxuculuq müəssisəsi istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Horadizdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 noyabr 2016-cı il.

15 Noyabr 2016, 09:11

http://www.azertag.net

7861—7870 / 10511

3 Noyabr 2015, 09:11

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə   ətraflı...

3 Noyabr 2015, 09:11

“Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1331-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

3 Noyabr 2015, 09:11

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

3 Noyabr 2015, 09:11

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1330-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

3 Noyabr 2015, 09:11

Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında   ətraflı...

3 Noyabr 2015, 09:11

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1329-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

3 Noyabr 2015, 09:11

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 Noyabr 2015, 09:11

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1396-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

3 Noyabr 2015, 09:11

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 Noyabr 2015, 09:11

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1395-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...