Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Füzuli rayonunun 22 yaşayış məntəqəsi 1994-cü ilin yanvar ayında erməni işğalından azad edildikdən sonra Horadiz şəhəri də daxil olmaqla bütün ərazilərdə müxtəlif Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, 5037 ailə üçün 17 yeni qəsəbə salınmış, 14 ümumtəhsil məktəbi, 15 məktəbəqədər təhsil müəssisəsi, 2 xəstəxana, 12 tibb məntəqəsi, əlli altı min nəfər əhalinin yaşadığı 32 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 73 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, qaz, elektrik, içməli su xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilmiş, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə iri kənd təsərrüfatı və sənaye müəssisələri yaradılmış, 5 mindən çox yeni iş yeri açılmışdır.
Rayon mərkəzi olan Horadiz şəhərində Olimpiya İdman Kompleksi, Tibb Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi, Gənclər Mərkəzi, Rəsm Qalereyası və digər sosialyönümlü obyektlər inşa edilmiş, Mədəniyyət Mərkəzi və Şahmat Məktəbi yenidən qurulmuş, Xalça toxuculuq müəssisəsi istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Horadizdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:
1. Horadiz şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr 2016-cı il.
15 Noyabr 2016, 09:1129 Fevral 2016, 10:02
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
29 Fevral 2016, 10:02
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
29 Fevral 2016, 10:02
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
29 Fevral 2016, 09:02
“Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
29 Fevral 2016, 09:02
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
29 Fevral 2016, 09:02
“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 3017 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
29 Fevral 2016, 09:02
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 1206 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
29 Fevral 2016, 09:02
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
29 Fevral 2016, 09:02
“Azərbaycan Respublikasında yaşıllıqların salınması sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2868 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
29 Fevral 2016, 09:02
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...