“Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransının iştirakçılarına
Hörmətli konfrans iştirakçıları!
Sizi – dünyanın müxtəlif ölkələrindən Bakıya toplaşmış görkəmli teatr peşəkarlarını səmimi qəlbdən salamlayır və konfransınızın işinə uğurlar diləyirəm. Əminəm ki, Azərbaycan xalqına xas olan qonaqpərvərlik və xalqımızın həyat tərzi olan multikulturalizm şəraitində siz müzakirəsinə toplaşdığınız bir çox məsələlərin həllinə nail olacaq və sülh, qardaşlıq çağırışı olan multikulturalizm ideyalarını teatr kimi möhtəşəm mədəniyyət amilinin köməyi ilə dünyaya yayacaqsınız.
Azərbaycan teatrının ləyaqətli tarixi var. Belə ki, XIX əsrin 2-ci yarısından başlayaraq Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verir, ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində forma və məzmun dəyişiklikləri yaradır. Peşəkar Azərbaycan teatrı məhz belə bir dövrün güclü mənəvi iqlimi şəraitində yaranmışdır.
144 yaşlı peşəkar teatr mədəniyyətinin vətəni olan Azərbaycan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində artıq dördüncü dəfədir Beynəlxalq Teatr Konfransı keçirir. Sevindirici haldır ki, builki Konfrans respublikamızda elan olunmuş “Multikulturalizm ili” tədbirləri sırasındadır və Azərbaycan multikulturalizm modelinin dünyanın teatr xadimləri arasında da tanınmasına öz töhfəsini verir.
Təqdirəlayiqdir ki, dünyanın ən ünlü teatr biliciləri və peşəkar aktyorlarının “Teatr və multikulturalizm” mövzusuna həsr olunmuş IV Bakı Beynəlxalq Teatr Konfransında bir araya gəlməsinin əsas məqsədi teatrın bu günü və gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirməkdən, dünya insanının multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə səyləri birləşdirməkdən ibarətdir. Bu, çox nəcib və xeyirxah əməldir. İnsanlığın dərk edilmiş xoşbəxtliyinə tuşlanmış fəaliyyətdir.
Ümid edirəm ki, dünyanın 40-a yaxın ölkəsindən teatr mütəxəssisinin qatıldığı bu Konfrans iştirakçıların hər biri üçün maraqlı və faydalı olacaq, dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. Konfransa toplaşan dünyaca məşhur rejissorlar, aktyorlar, baletmeysterlər, prodüserlər, rəssamlar, jurnalist-pedaqoqlar, teatrşünaslar maraqlı fikir mübadiləsi aparacaq, ölkələr arasındakı mədəni-dostluq tellərini daha da möhkəmləndirəcəklər.
Sizi bir daha qədim mədəniyyət məkanı Azərbaycanda salamlayır, hər birinizin fəaliyyətinə və konfransın işinə uğurlar diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr 2016-cı il.
10 Noyabr 2016, 09:116 İyun 2017, 10:06
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 613-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
6 İyun 2017, 10:06
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
6 İyun 2017, 10:06
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 614-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
6 İyun 2017, 10:06
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
6 İyun 2017, 10:06
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 615-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
6 İyun 2017, 10:06
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
6 İyun 2017, 10:06
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 616-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
6 İyun 2017, 10:06
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
6 İyun 2017, 10:06
“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 598-VQD nömrəli Qanununun tətbiqi və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
6 İyun 2017, 10:06
“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...