Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
21 oktyabr 2016-cı il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rafael Qvaladze, Rövşən İsmayılov, İsa Nəcəfov, Mahir Muradov, Ceyhun Qaracayev (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Elməddin Hüseynovun, sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri Mahir Məmmədovun, cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyevin, mütəxəssis Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdir müavini Əbülfəz Məhərrəmovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 25 iyul 2016-cı il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hissəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Sorğuda göstərilir ki, Mülki Məcəllənin 965.2-ci maddəsində hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaitinin silinmə ardıcıllığı sadalanmışdır. Həmin Məcəllənin 965.2.2-ci maddəsinə görə, ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi üzrə hesablaşmalar üçün pul vəsaitinin köçürülməsini və ya verilməsini nəzərdə tutan sənədlər və yaxud bu sənədlər əsasında verilən icra sənədi üzrə hesabdan silmə, habelə bu məqsədlər üçün verilmiş bank kreditlərinin hesabdan silinməsi həyata keçirilir.
Sorğuda qeyd olunur ki, göstərilən maddədə “əməkhaqqı” ifadəsinin “işdənçıxma müavinətlərinin” ifadəsindən sonra yazılması, bu ifadəyə “və” bağlayıcısı ilə birləşməsi belə bir anlama əsas verir ki, həmin maddədə istifadə olunan “əməkhaqqı” ifadəsi “işdənçıxma” sözünə aiddir.
Bu isə sorğuverənin qənaətinə görə, əmək müqaviləsi ilə işləmiş şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsini nəzərdə tutduğu halda əmək müqaviləsi ilə işləyən şəxslərə əməkhaqqının ödənilməsini ehtiva etmir. Təcrübədə belə hüquqi qeyri-müəyyənliyin yaranması işləyən şəxslərin hüquqlarının effektiv müdafiəsinə mane olur və nəticədə sosial ədalət prinsipi pozulur.
Sorğuverən hesab edir ki, Mülki Məcəllənin 965.2.2-ci maddəsi əmək müqaviləsi ilə işləyən şəxslərə əməkhaqqının ödənilməsini ehtiva etmədiyindən Konstitusiyanın 25-ci maddəsinin IV hissəsi, 35-ci maddəsinin VI hissəsi və 149-cu maddələrinin I və III hissələri ilə uyğunsuzluq təşkil edir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sorğu ilə bağlı Konstitusiyanın, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi aktların və əmək qanunvericiliyinin bəzi normaları nəzərdən keçirilməlidir.
Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır.
Konstitusiyanın 25-ci maddəsinin I və III hissələrinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Konstitusiyanın 35-ci maddəsinə görə, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Konstitusiyanın 149-cu maddəsinin I və III hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır.
Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da əks olunmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin 2-ci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan eyni əmək üçün bərabər haqq almaq hüququ təsbit olunmuşdur.
Avropa Sosial Xartiyasında və Əməkhaqqının mühafizəsi haqqında Beynəlxalq Əmək Təşkilatının 95 saylı Konvensiyasında işçilərin əməkhaqqı almaq hüquqlarının heç bir ayrı-seçkilik qoyulmadan mühafizə edilməsi xüsusilə vurğulanmışdır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
Əmək Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən, əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində əməkhaqqının anlayışı verilmişdir. Həmin maddəyə əsasən əməkhaqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Əmək Məcəlləsi ilə əməyin ödənilməsinin təminatları da nəzərdə tutulmuşdur. Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə görə, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əməkhaqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur.
Əmək qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, əmək müqaviləsi ilə işləmiş və işləyən şəxslərə əməkhaqqının ödənilməsində heç bir fərq qoyulmamışdır.
Qeyd olunduğu kimi, Mülki Məcəllənin 965-ci maddəsində hesabdan pul vəsaitinin silinməsinin növbəliyindən bəhs olunur. Məcəllənin 965.1-ci maddəsinə müvafiq olaraq, hesabdakı pul vəsaitinin məbləği hesaba qarşı irəli sürülən bütün tələbləri ödəməyə kifayət etdikdə hesabdan bu vəsaitin silinməsi müştərinin sərəncamlarının və hesabdan silməyə dair digər sənədlərin daxil olduğu ardıcıllıqla (təqvim ardıcıllığı) həyata keçirilir, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.
Həmin Məcəllənin 965.2-ci maddəsi isə hesabdakı pul vəsaiti müştərinin sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaitinin silinməsi ardıcıllığını müəyyən edir.
Qeyd olunan maddədə birinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblər, habelə alimentlərin tutulması haqqında tələblər (965.2.1-ci maddə); ikinci növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi (965.2.2-ci maddə); üçüncü növbədə dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişlər (965.2.3-cü maddə); dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödənişlər (965.2.4-cü maddə); beşinci növbədə başqa pul tələbləri (965.2.5-ci maddə); altıncı növbədə təqvim ardıcıllığı qaydasında digər ödəniş sənədləri (965.2.6-cı maddə) üzrə hesabdan silmə həyata keçirilir.
Göründüyü kimi, qanunverici bu maddədə pul vəsaitinin silinməsinin növbəliyini müəyyən edərkən dövlətin sosial ədalət prinsipinə əsaslanaraq ödəniləcək məbləğin ilk növbələrdə şəxslərin tələblərinin təmin olunmasını nəzərdə tutmuşdur. Qanunverici bu ardıcıllığı müəyyən edərkən hətta dövlət büdcəsinə olan ödənişlərdən və digər dövlət və bələdiyyə ödənişlərindən də şəxslərə olan ödənişləri üstün tutmuşdur.
Bu baxımdan sorğuverənin qeyd etdiyi kimi Mülki Məcəllənin mübahisələndirilən norması heç bir halda əmək müqaviləsi ilə işləmiş və işləyən şəxslər arasında fərq qoyaraq əmək müqaviləsi ilə işləmiş şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ikinci növbədə, əmək müqaviləsi ilə işləyən şəxslərə isə əməkhaqqının beşinci növbədə ödənilməsini nəzərdə tuta bilməz.
Əks hal dövlətin sosial ədalət prinsipinin pozulmasına və əmək müqaviləsi ilə işləmiş və işləyən şəxslər arasında ayrı-seçkiliyə səbəb olar.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, sosial dövlətin prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əmin-amanlığın və firavanlığın bərqərar edilməsini təmin edir. Konstitusiya sosial dövlətin təsvirini verməsə də dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına görə dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür.
Qeyd etmək lazımdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əməkhaqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin öhdəlikləri yaranmalıdır.
Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatridis Yunanıstana qarşı iş üzrə 25 mart 1999-cu iI tarixli Qərar, № 31107/96, § 54).
“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103).
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın 25-ci maddəsinin tələbləri baxımından Mülki Məcəllənin 965.2.2-ci maddəsinin “əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsi” müddəası əmək müqaviləsi ilə həm işləyən şəxslərə, həm də işdənçıxmış şəxslərə müavinət və əməkhaqqının ödənilməsini nəzərdə tutur.
- Bu Qərarın nəticə hissəsinin birinci bəndində göstərilən əsaslara görə, Mülki Məcəllənin 965.2.2-ci maddəsi Konstitusiyanın 25-ci maddəsinin IV hissəsi, 35-ci maddəsinin VI hissəsi və 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil etmir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin “əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsi” müddəası əmək müqaviləsi ilə həm işləyən şəxslərə, həm də işdənçıxmış şəxslərə müavinət və əməkhaqqının ödənilməsini nəzərdə tutur.
2. Bu Qərarın nəticə hissəsinin birinci bəndində göstərilən əsaslara görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsi, 35-ci maddəsinin VI hissəsi və 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət təşkil etmir.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
26 Oktyabr 2016, 09:10
30 Yanvar 2021, 19:01
Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyanın yaradılması barədə Nazirlər Kabinetinin Qərarı ətraflı...
30 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Yanvar 2021, 19:01
“Dövlət Nəzarəti İnformasiya Sistemi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 2016-cı il 29 mart tarixli 1932 nömrəli, “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli, “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 20 fevral tarixli 2677 nömrəli, “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli və “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 3722 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan teatrı 2009–2019-cu illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 18 may tarixli 277 nömrəli, “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli 292 nömrəli, “2009-cu il fevralın 26-da Havana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 338 nömrəli, “2009-cu il mayın 5-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 342 nömrəli və “2009-cu il mayın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Kuba Respublikasının Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2009-cu il 24 iyun tarixli 344 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2013-cü il 24 iyun tarixli 2966 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 fevral tarixli 273 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2014-cü il 29 dekabr tarixli 966 nömrəli, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2015-ci il 19 yanvar tarixli 995 nömrəli, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 1243 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 1 iyul tarixli 298 nömrəli, “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2005-ci il 25 avqust tarixli 972 nömrəli, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2006-cı il 17 aprel tarixli 1413 nömrəli, “Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” 2006-cı il 26 avqust tarixli 1640 nömrəli, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli və “Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında” 2007-ci il 28 fevral tarixli 2006 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli 832 nömrəli, “Avropa Şurasının fəaliyyətinə və Azərbaycan Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa dair məlumatların yayılması barədə” 2000-ci il 18 mart tarixli 364 nömrəli, “Birgə kino istehsalı haqqında” Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 475 nömrəli, “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” 2001-ci il 27 dekabr tarixli 851 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Xüsusi Hüququ Unifikasiya İnstitutunun (YUNİDRUA) “Oğurlanmış, yaxud qanunsuz aparılmış mədəniyyət sərvətləri haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqan təyin edilməsi barədə” 2002-ci il 14 noyabr tarixli 1089 nömrəli, “Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” 2003-cü il 23 iyun tarixli 1262 nömrəli, “Şabran şəhəri” tarix və mədəniyyət abidəsinin qorunması haqqında” 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
29 Yanvar 2021, 19:01
Azərbaycan Respublikası Prezidentinin “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 617-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 16 iyun tarixli 1459 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatı haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2017-ci il 28 oktyabr tarixli 1642 nömrəli, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1006-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 aprel tarixli 1914 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...