Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Ağstafa rayonunda infrastruktur layihələrinin yerinə yetirilməsi və əhalini narahat edən problemlərin həlli sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Musiqi Mərkəzi, Yazıçılar Evi, Gənclər Mərkəzi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 84 mənzilli 4 yaşayış binası inşa edilmiş, “Tarix və Müasir Abidələr Parkı” salınmış, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, təhsil və digər sosialyönümlü obyektlər istifadəyə verilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 12 mindən çox yeni iş yeri açılmış, Ağstafa şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, on doqquz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 23 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ağstafa şəhərində 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:

1. Ağstafa şəhərində 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 oktyabr 2016-cı il.

 

24 Oktyabr 2016, 09:10

http://www.azertag.net

8341—8350 / 10511

25 İyun 2015, 09:06

Z.Ə. Səmədzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

24 İyun 2015, 09:06

Maşınqayırma sənayesi işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında   ətraflı...

23 İyun 2015, 09:06

Dövlət qulluqçularının təltif edilməsi haqqında   ətraflı...

23 İyun 2015, 09:06

Dövlət qulluqçularına "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında   ətraflı...

22 İyun 2015, 09:06

“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

22 İyun 2015, 09:06

“Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1294-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

22 İyun 2015, 09:06

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

22 İyun 2015, 09:06

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...

22 İyun 2015, 09:06

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında   ətraflı...

22 İyun 2015, 09:06

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 616-IVQD nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1293-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...