“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 135-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644) 16.2.4-cü maddəsinə “orqanının” sözündən sonra “yaratdığı qurumun” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2016-cı il.
21 Oktyabr 2016, 09:106 Oktyabr 2017, 09:10
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında ətraflı...
6 Oktyabr 2017, 09:10
İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında ətraflı...
6 Oktyabr 2017, 09:10
İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında ətraflı...
6 Oktyabr 2017, 09:10
İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
6 Oktyabr 2017, 09:10
Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında ətraflı...
5 Oktyabr 2017, 09:10
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Oktyabr 2017, 09:10
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
5 Oktyabr 2017, 09:10
D.A.Afanasyevin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
5 Oktyabr 2017, 09:10
O.A.Polumordvinovun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...
5 Oktyabr 2017, 09:10
Şamaxı şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...