Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010; Azərbaycan Respublikasının 2016-cı il 24 iyun tarixli 300-VQD və 303-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 462-ci maddənin dispozisiyasında “sığorta nəzarəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanına və müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma” sözləri ilə əvəz edilsin.
2. 471-ci maddənin adı və dispozisiyası aşağıdakı redaksiyada verilsin:
“Maddə 471. Sığorta nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün müəyyən edilmiş haqların ödənilməməsi
Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sığorta sektorunda tənzimləmə və nəzarət funksiyalarının həyata keçirilməsi üzrə fəaliyyətinin maliyyələşdirilməsi üçün sığorta bazarının peşəkar iştirakçıları tərəfindən həmin qurumun müəyyən etdiyi məbləğdə və qaydada haqların ödənilməməsinə görə -”.
3. 472-ci maddənin dispozisiyasında “sığorta nəzarəti orqanından” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan” sözləri ilə əvəz edilsin.
4. 473.2-ci və 473.3-cü maddələrin dispozisiyasında “sığorta nəzarəti orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma” sözləri ilə əvəz edilsin.
5. 478-ci maddənin adında və dispozisiyasında “Sığorta nəzarəti orqanının” sözləri “Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2016-cı il.
21 Oktyabr 2016, 09:10
20 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında ətraflı...
17 Oktyabr 2014, 09:10
“Bakı-Tbilisi-Qars dəmir yolu xətti – İpək Yolu dəhlizinin inkişafında yeni imkanlar” Beynəlxalq Konfransının iştirakçılarına ətraflı...
16 Oktyabr 2014, 09:10
Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında ətraflı...
15 Oktyabr 2014, 09:10
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
15 Oktyabr 2014, 09:10
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti işçilərinin təltif edilməsi haqqında ətraflı...
14 Oktyabr 2014, 09:10
Mərkəzi Seçki Komissiyasının 29 may 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
14 Oktyabr 2014, 09:10
M.Ə. Məmmədyarovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Oktyabr 2014, 09:10
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair ətraflı...