Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Qazax rayonunda mühüm infrastruktur və sosialyönümlü layihələr həyata keçirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə Diaqnostika Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, Ədəbiyyat Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 56 mənzilli 3 yaşayış binası inşa edilmiş, iri istehsal və emal müəssisələri yaradılmış, 11 mindən çox yeni iş yeri açılmış, qırx beş min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 67 kilometr olan kəndlərarası avtomobil yolları tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Qazaxda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 24 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə qərara alıram:

1. Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2016-cı il.

21 Oktyabr 2016, 09:10

http://www.azertag.net

7931—7940 / 10511

23 Oktyabr 2015, 09:10

“Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1346-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

22 Oktyabr 2015, 09:10

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında ƏSASNAMƏ   ətraflı...

22 Oktyabr 2015, 09:10

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının TƏRKİBİ   ətraflı...

22 Oktyabr 2015, 09:10

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında   ətraflı...

22 Oktyabr 2015, 09:10

Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında   ətraflı...

22 Oktyabr 2015, 09:10

“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında   ətraflı...

22 Oktyabr 2015, 09:10

“Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında   ətraflı...

22 Oktyabr 2015, 09:10

Birləşmiş Millətlər Təşkilatının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

22 Oktyabr 2015, 09:10

M.Q.Quliyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında   ətraflı...

22 Oktyabr 2015, 09:10

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında   ətraflı...