“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304 VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 304 VKQD nömrəli Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Konstitusiya Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etsin;

1.5. ləğv edilmiş Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarına və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin normativ xarakterli aktlarına münasibətdə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyəti Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında həyata keçirsin və nəticəsi barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar müvafiq səlahiyyət bölgüsündən irəli gələn Azərbaycan Respublikası Maliyyə Nazirliyinin normativ hüquqi aktlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının qəbulu üzrə fəaliyyəti əlaqələndirsin;

1.7. hüquqi tənzimləmədə ziddiyyətlərin və boşluqların yaranmaması məqsədi ilə, eyni məsələ üzrə bu Fərmanın 1.5-ci və 1.6-cı bəndlərinə uyğun olaraq qəbul ediləcək hüquqi aktların eyni gündən qüvvəyə minməsi üçün zəruri tədbirlər görsün.

2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 88; 2013, № 4, maddə 374) aşağıdakı dəyişikliklər edilsin:

2.1. aşağıdakı məzmunda 1.3.4-1-ci yarımbənd əlavə edilsin:

“1.3.4-1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;”;

2.2. 4.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.3-cü bənd əlavə edilsin:

“4.3. həmin Konstitusiya Qanununun 4.1.3-cü və 80.0.2.3-cü maddələrində “maliyyə bazarlarının tənzimləyicisi” dedikdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur.”;

2.3. aşağıdakı məzmunda 6-cı hissə əlavə edilsin:

“6. Azərbaycan Respublikasının dövlət dilində hüquqi aktlar rəsmi qəzetlərdə aşağıdakı qaydada dərc olunur:

6.1. Azərbaycan Respublikasının Konstitusiyası, referendumda qəbul edilmiş aktlar, Azərbaycan Respublikasının Konstitusiya qanunları, həmçinin onların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları – “Azərbaycan” və “Xalq qəzeti” qəzetlərində;

6.2. Azərbaycan Respublikasının qanunları və onların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları – “Azərbaycan” qəzetində;

6.3. bu Fərmanın 6.1-ci və 6.2-ci bəndlərində nəzərdə tutulmayan Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları – “Xalq qəzeti” qəzetində.”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 18 oktyabr 2016-cı il.

 

20 Oktyabr 2016, 09:10

http://www.azertag.net

10471—10480 / 10511

27 Noyabr 2013, 09:11

“Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 noyabr tarixli 182 nömrəli...   ətraflı...

27 Noyabr 2013, 09:11

“Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 977 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə   ətraflı...

25 Noyabr 2013, 09:11

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Noyabr 2013, 09:11

V.T.Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

21 Noyabr 2013, 09:11

Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə   ətraflı...

21 Noyabr 2013, 09:11

Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman   ətraflı...

21 Noyabr 2013, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

21 Noyabr 2013, 09:11

M.X.Allahverdiyevə “Əməkdar tibb işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2013, 08:11

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 Noyabr 2013, 08:11

Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...