Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 10, maddə 1148, № 12, maddə 1549; 2015, № 10, maddə 1141; 2016, № 6, maddə 1055) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 2.14.11-1-ci və 2.14.11-2-ci yarımbəndlər əlavə edilsin:
“2.14.11-1. elektron daşıyıcıda (çipdə) yaradılan elektron imza yaratma və yoxlama məlumatları;
2.14.11-2. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar;”.
2. 2.16-cı bənd aşağıdakı redaksiyada verilsin:
“2.16. Vəsiqə verən orqan vətəndaş barədə yoxlanılmış məlumatları sertifikat sorğusu formasında “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin akkreditə edilmiş sertifikat xidmətləri mərkəzinə göndərir. Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi həmin sorğu əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar yaradır və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə vəsiqə verən orqana göndərir. Beş il müddətində etibarlı olan bu sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilir və sertifikatlar vətəndaşın istəyi əsasında aktivləşdirilir.”.
3. Aşağıdakı məzmunda 2.16-1-ci və 2.16-2-ci bəndlər əlavə edilsin:
“2.16-1. Şəxsiyyət vəsiqəsi verilərkən (dəyişdirilərkən) gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların aktivləşdirilməsini istəməyən vətəndaş daha sonra onların aktivləşdirilməsi üçün Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlara müraciət edə bilər. Bu halda gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində aktivləşdirilir.
2.16-2. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilmiş gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatların, habelə elektron imza yaratma və yoxlama məlumatlarının müddəti bitdikdən sonra onların beş ilədək müddətə yenilənməsini bu Əsasnamənin 2.16-1-ci bəndində nəzərdə tutulan qurumlar vəsiqə sahibinin ərizəsi əsasında, hər hansı ödəniş edilmədən 30 dəqiqə ərzində həyata keçirirlər.”.
4. 2.18-ci bənddə “və 2.14.8-ci – 2.14.12-ci” sözləri “2.14.8 – 2.14.11-ci və 2.14.12-ci” sözləri ilə əvəz edilsin və həmin bəndə “2.14.5-ci – 2.14.7-ci” sözlərindən sonra “, 2.14.11-1-ci və 2.14.11-2-ci” sözləri əlavə edilsin.
5. 2.19-cu bənddə “2.14.8-ci və 2.14.9-cu” sözləri “2.14.8-ci – 2.14.11-2-ci” sözləri ilə əvəz edilsin və “oxunuşu açıq,” sözlərindən sonra “imza yaratma məlumatları və” sözləri əlavə edilsin.
6. 2.20-ci bənddə “2.14.1-ci – 2.14.9-cu” sözləri “2.14.1-ci – 2.14.11-2-ci” sözləri ilə əvəz edilsin və “oxunuşu açıq,” sözlərindən sonra “imza yaratma məlumatları və” sözləri əlavə edilsin.
7. 2.21-ci bənddə “bütün məlumatların” sözlərindən sonra “(imza yaratma məlumatları istisna olmaqla)” sözləri əlavə edilsin.
8. 2.29.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.29.4-cü yarımbənd əlavə edilsin:
“2.29.4. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları – Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan qurumlar.”.
9. Əsasnaməyə 1 nömrəli Əlavə - “Azərbaycan Respublikası vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-Anket”ə aşağıdakı məzmunda 1.1.3-1-ci yarımbənd əlavə edilsin:
“1.1.3-1. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar aktivləşdirilsin:
1.1.3-1.1. Bəli
1.1.3-1.2. Xeyr
10. Əsasnaməyə 2 nömrəli Əlavə - “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında Ərizə-Anket”ə aşağıdakı məzmunda 1.1.3-1-ci yarımbənd əlavə edilsin:
“1.1.3-1. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilən gücləndirilmiş elektron imzanı yoxlama məlumatları barəsində sertifikatlar aktivləşdirilsin:
1.1.3-1.1. Bəli
1.1.3-1.2. Xeyr
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 oktyabr 2016-cı il.
19 Oktyabr 2016, 09:10
18 Noyabr 2014, 09:11
Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi QAYDALARI ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə ətraflı...
18 Noyabr 2014, 09:11
Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə ətraflı...
18 Noyabr 2014, 09:11
“Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ətraflı...
18 Noyabr 2014, 09:11
Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına ətraflı...
17 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...