2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinə (referenduma) yekun vurulması və yekunların elan edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli 2241 saylı Sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə (referenduma) çıxarılmışdır.
Referenduma hazırlıq və onun keçirilməsi prosesi seçki qanunvericiliyinin tələbləri əsas götürülməklə, Mərkəzi Seçki (Referendum) Komissiyası tərəfindən təsdiq edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada həyata keçirilmişdir.
Referendum təyin edildikdən sonra seçicilərin aktiv seçki hüquqlarının təmin edilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş müddətdə dəqiqləşdirmələr aparılması üçün seçki məntəqələrində yerləşdirilən seçici siyahılarının ölkə üzrə daimi siyahı kimi tərtibinə və ictimailəşdirilməsinə hələ ilin əvvəlindən başlanılaraq komissiyalar və aidiyyəti qurumlar tərəfindən geniş və əhatəli iş aparılmış, nəticədə həmin siyahılar yüksək dəqiqliklə hazırlanaraq Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmişdir.
Seçicilərin referenduma çıxarılan məsələlərlə yaxından tanış edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilmiş, Referendum Aktının layihəsi rəsmi dərc edilərək Azərbaycan Respublikası Prezidentinin, Mərkəzi Seçki Komissiyasının və bir sıra digər qurumların internet səhifələrində yerləşdirilmişdir.
Mərkəzi Seçki Komissiyası referendum elan edildikdən qısa müddət sonra Referendum Aktının layihəsi və ümumxalq səsverməsinə çıxarılan məsələlərin seçicilər üçün daha aydın və anlaşılan olması məqsədilə Referendum Aktı layihəsi Konstitusiyanın mövcud variantı ilə müqayisəli şəkildə hazırlanaraq qanunvericilikdə nəzərdə tutulmuş 30 gün müddətindən daha tez – səsvermə gününə təxminən 45 gün qalmışdan başlayaraq aşağı seçki komissiyaları vasitəsilə seçicilərin ünvanlarına çatdırılmış və arzu edən şəxslərin əldə edə bilmələri üçün seçki məntəqələrində hər cür şərait yaradılmışdır. Səsvermə günü seçicilərin seçimlərinin asanlaşdırılmasında faydalı olmuş bu sənədlər, əhalinin sıx olduqları yerlərdə də paylanılaraq, müxtəlif televiziya və radio kanallarında, habelə ictimai yerlərdə qoyulmuş elektron məlumat lövhələrində video-çarxlar şəklində mütəmadi nümayiş etdirilmişdir.
Qeyd edilənlərlə yanaşı, kütləvi informasiya vasitələri Referendum Aktı layihəsinin müzakirəsinə, habelə Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərə dair çoxsaylı şərhlərə, ekspert rəyləri və ictimaiyyət nümayəndələrinin fikirlərinə geniş yer ayırmışdır.
Referendumun keçirilmə tarixi və səsvermə qaydalarına dair müxtəlif məzmunlu 40-dan artıq növdə yüz minlərlə plakat çap edilərək bütün yaşayış məntəqələrinin ərazisində asılmış, oxşar mövzulara həsr edilmiş 7 reklam çarxı səsvermə günü də daxil olmaqla, mütəmadi şəkildə hər gün müxtəlif televiziya və radio kanallarında nümayiş etdirilmişdir.
Mərkəzi Seçki Komissiyası referendumun hazırlanması və keçirilməsi zamanı bir çox zəruri mövzularla bağlı geniş maarifləndirmə kampaniyası həyata keçirmiş, Komissiya üzvləri və Katibliyin əməkdaşlarının bu istiqamətlərdə yüzlərlə çıxış, məqalə və müsahibələrinə kütləvi informasiya vasitələrində geniş yer verilmişdir. Respublika üzrə seçki komissiyalarının 33 mindən çox üzvünü əhatə edən müxtəlif səpkili ölkə miqyaslı, həmçinin regional seminar-müşavirə və seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmiş, dövlət avtomatlaşdırılmış informasiya siste¬minin işini dairə seçki komissiyalarında təmin edən kompüter mütəxəssisləri də daxil olmaqla treninqlər təşkil edilmişdir.
Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul olunmuş çoxsaylı təlimat, qayda, izah və digər normativ aktlar toplu halında çap edilərək aşağı seçki komissiyalarına çatdırılmış, mətbuat və internet vasitəsilə ictimailəşdirilmişdir. Eyni zamanda həmin materialların heç bir maneə olmadan maraqlı subyektlər tərəfindən əldə edilməsi üçün hər cür şərait yaradılmışdır.
Respublika üzrə təşviqat aparmaq hüququna malik olan və ölkə üzrə geniş seçici kütləsini əhatə edən referendum üzrə 3 təşviqat qrupu Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmışdır. Referendum Aktı layihəsinin geniş və hərtərəfli müzakirəsində əhəmiyyətli rol oynamış həmin qruplara qanunvericilikdə nəzərdə tutulmuş qaydada referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq üçün bərabər əsaslarla geniş imkanlar yaradılmışdır.
Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş teleradio verilişləri təşkilatlarının kanallarında və dövri nəşrlərin səhifələrində ödənişsiz, 33 KİV-də isə ödənişli əsaslarla efir vaxtı və dərc imkanları yaradılmışdır. Ödənişli əsaslarla teleradio təşkilatının kanalları, dövri nəşrlərin redaksiyaları və elektron media qurumları tərəfindən təşviqat qruplarına efir vaxtının verilməsi və dövri nəşrlərdə yer ayrılmasının mümkünlüyü barədə Mərkəzi Seçki Komissiyasına göndərilmiş məlumatlar təşviqat qruplarının, eləcə də digər maraqlı subyektlərin tanış olmaları üçün Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, referendum üzrə təşviqat qruplarına seçicilərlə görüşlər keçirmək üçün respublikanın şəhər və rayonlarında yarısı açıq, yarısı isə qapalı olmaqla, ümumilikdə 256 yer ayrılmış, habelə referendumqabağı təşviqat kampaniyası dövründə plakatların və digər çap materiallarının yerləşdirilməsi üçün 10 mindən çox xüsusi məlumat lövhələri onların sərəncamına verilmişdir.
2016-cı il sentyabrın 3-də başlanmış təşviqat kampaniyası sentyabrın 25-dək davam edərək, ümumilikdə sivil və müasir tələblərə cavab verən şəraitdə keçirilmişdir. Bu dövrdə seçicilərin maarifləndirilməsi, referenduma çıxarılan məsələlərin seçicilərə dolğun çatdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Təşviqat qrupları tərəfindən seçiciləri Konstitusiyada dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsinin lehinə və ya əleyhinə səs verməyə çağıran 35 minədək plakat, 10 minlərlə digər çap materialları yayılmış, təşviqat kampaniyası müddətində seçicilərlə 1500-ə yaxın görüş keçirilmişdir.
Səsvermə prosesi müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, referendum üzrə təşviqat qruplarını təmsil edən, habelə öz təşəbbüsləri ilə referendumun müşahidəsinə qatılan 53 mindən çox yerli müşahidəçinin, 33 ölkədən olan 117 beynəlxalq müşahidəçinin, 16 nüfuzlu beynəlxalq KİV-in və yerli KİV-in çoxsaylı nümayəndələrinin müşahidəsi ilə, habelə işğal olunmuş ərazilər istisna olmaqla respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (səsvermə keçirilən məntəqələrin təxminən 20%-də) quraşdırılmış veb-kameralardan geniş miqyasda izlənməklə qanunvericiliyin tələblərinə müvafiq olaraq azad, ədalətli, şəffaf və geniş aşkarlıq şəraitində keçmişdir.
Referendumu legitim və milli qanunvericiliyin tələblərinə tam cavab verən proses kimi qiymətləndirən, habelə səsvermənin yüksək səviyyədə təşkilini, səsvermənin nəticələrinə təsir etmək baxımından heç bir qanun pozuntusunun aşkar edilməməsi faktlarını xüsusi qeyd edən Avropa Şurası Parlament Assambleyası da referendum prosesini müsbət qiymətləndirmiş digər yerli və beynəlxalq müşahidə subyektləri ilə eyni mövqedən çıxış etmişdir.
Səsvermənin lazımi səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş, seçki məntəqələrinin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Səsvermə günü bütün seçki məntəqələri vaxtında açılmış, seçicilər seçki məntəqələrinə gələrək azad və sərbəst şəkildə öz iradələrini ifadə etmiş və seçicilərin 69.70%-nin iştirak etdiyi referendum baş tutmuşdur.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın AJF&Associates İnc. Təşkilatı ilə birgə, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransa Respublikasının “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi və “RƏY” Monitorinq Mərkəzi ayrılıqda səsvermə günü keçirilmiş “exit-poll”un nəticələrini səsvermənin ilkin nəticələrdən daha tez ictimailəşdirmiş və bu, ümumilikdə rəsmi nəticələrə çox yaxın olmuşdur.
Səsvermə başa çatdıqdan və seçki məntəqələri üzrə səsvermənin nəticələri rəsmiləşdirildikdən sonra seçki məntəqələrinin 70%-dən çoxundan “online” rejimdə internet səhifəsinə daxil olmuş səsvermənin nəticələrinə dair protokoldakı məlumatlar səsvermə günü başa çatdıqdan dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələr kimi elan edilmişdir. Elə həmin günün birinci yarısında artıq ölkə üzrə bütün seçki məntəqələrinin protokol məlumatları əsasında Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin ilkin nəticələri tam şəkildə ictimaiyyətə çatdırılmışdır.
Referendum prosesində seçicilərin referendumda iştirak hüquqlarının qorunması və daha səmərəli təmin olunması məqsədilə də müvafiq tədbirlər görülmüşdür. Ümumiyyətlə isə bu prosesdə səsvermə günü seçicilər tərəfindən seçki məntəqələrinin ünvanları, seçici siyahıları və digər bu kimi məsələlərlə bağlı Komissiyanın qaynar xətlərinə daxil olmuş azsaylı sorğu xarakterli müraciətlərdən başqa, Mərkəzi Seçki Komissiyasına və aşağı seçki komissiyalarına heç bir şikayət daxil olmamışdır.
Seçki dairələri üzrə səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarının protokolları qanunla müəyyən olunmuş qaydada səsvermə günündən sonra 2 gün müddətində ona əlavə edilməli olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, həmin sənədlər, habelə digər aidiyyatı materiallar (seçki məntəqələrindəki veb-kameraların görüntüləri, səsvermə prosesi ilə əlaqədar KİV-lərdə və müasir texnalogiyaların imkan verdiyi üsullarla yayılmış məlumatlarla da daxil olmaqla digər mənbələrdən əldə edilmiş məlumatlar) seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydada və müddətdə tam, hərtərəfli və obyektiv surətdə araşdırılmışdır. Nəticədə bəzi seçki məntəqələri üzrə seçicilərin iradəsinin müəyyən olunmasının qeyri-mümkünlüyü, səsvermənin təşkilində nöqsanlara yol verilməsi və səsvermə prosedurlarına tam əməl ediməməsi halları müəyyən edildiyindən bu qərarın nəticə hissəsində göstərilmiş 3 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin tam şəkildə, 1 seçki məntəqəsi üzrə isə qismən etibarsız hesab edilməsi, ümumilikdə 6 məntəqə seçki komissiyasının buraxılması üçün əsaslar müəyyən edimişdir.
Qeyd edilənlərə əsasən həmin məntəqələr üzrə səsvermənin nəticələri müvafiq hədlərdə etibarsız hesab edilməli, digər seçki dairələri üzrə səsvermənin nəticələri düzgün müəyyən olunduğundan və rəsmiləşdirildiyindən səsverməsinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək referenduma yekun vurulmalı, referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilməlidir.
Seçki Məcəlləsinin 138.3-cü maddəsinə uyğun olaraq, səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə çıxarılan Referendum Aktı lahiyəsinin lehinə səs verdiyindən layihə qəbul edilmiş hesab edilməlidir.
Mərkəzi Seçki Komissiyası, Seçki Məcəlləsinin 138-ci və 140-cı maddələrinə uyğun olaraq, referendumdan sonra 25 gündən gec olmayaraq referenduma yekun vurur, referendumun rəsmi nəticələrini elan edir və referendum yolu ilə qəbul edilmiş aktın mətnini səsvermə günündən ən geci 30 gün keçənədək dərc edir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 138-ci, 139-cu və 140-cı maddələrinə uyğun olaraq qərara alır:
1. 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə prosedurlarına tam əməl edilməməsinə, səsvermənin təşkilində yol verilmiş nöqsanlara, habelə seçicilərin iradəsinin müəyyən edilməsinin qeyri-mümkünlüyünə görə 11 saylı Qaradağ seçki dairəsinin 14, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 10 və 68 saylı Cəlilabad kənd seçki dairəsinin 2 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri tam, 64 saylı Sabirabad ikinci seçki dairəsinin 35 saylı seçki məntəqəsi üzrə isə Referendum Aktı layihəsinin 25, 26, 27, 28 və 29-cu hissələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. Səsvermənin nəticələri etibarsız hesab edilmiş 11 saylı Qaradağ seçki dairəsinin 14, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 10, 68 saylı Cəlilabad kənd seçki dairəsinin 2, 64 saylı Sabirabad ikinci seçki dairəsinin 35 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları, habelə səsvermə prosedurlarına tam əməl ediməməsinə və səsvermənin təşkilində yol verilmiş nöqsanlara görə 15 saylı Yasamal birinci seçki dairəsinin 21 və 19 saylı Nərimanov birinci seçki dairəsinin 34 saylı seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılsın.
3. 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun) nəticələri barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək referenduma yekun vurulsun.
4. Daimi siyahıda olan seçicilərin 25%-dən çoxu (69.70%) səsvermədə iştirak etdiyindən ümumxalq səsverməsi (referendum) baş tutmuş hesab edilərək, Referendum Aktı layihəsində təqdim edilən 29 hissənin hər birinin lehinə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdiyindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi qəbul edilmiş hesab edilsin.
5. Referendumun yekunları elan edilərək referendum yolu ilə qəbul edilmiş aktın mətni dərc edilsin.
6. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
12 Oktyabr 2016, 09:10
1 Fevral 2023, 08:02
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Fevral 2023, 08:02
“Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 785-VIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
1 Fevral 2023, 08:02
Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Fevral 2023, 08:02
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 784-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 22 yanvar tarixli 265 nömrəli və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Fevral 2023, 08:02
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Fevral 2023, 08:02
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 783-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Fevral 2023, 08:02
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Fevral 2023, 08:02
aliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
1 Fevral 2023, 08:02
Hədəfli maliyyə sanksiyaları haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
1 Fevral 2023, 08:02
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...