Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il keçir. Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür.

 

Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri – dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır.

Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir.

1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə və başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılması və “Əsrin müqaviləsi”nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatların başlanmasına zəmin yaratdı.

1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyası milli dövlət quruculuğunun bünövrəsini təşkil etməklə müasir dövlətin bütün qurum və təsisatlarının formalaşdırılmasında, hakimiyyət bölgüsü prinsiplərinin tam təşəkkül tapmasında, parlamentarizm ənənələrinin zənginləşdirilməsində mühüm rol oynamışdır. 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixli referendumlar Konstitusiyanın müəyyən maddələrinə əlavələri ilə dövlət quruculuğu sisteminin təkmilləşməsinə töhfələr vermişdir.

Bu gün müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların və çoxsaylı mətbu orqanlarının fəaliyyət göstərməsi, vicdan və söz azadlığının, vətəndaşların əsas hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil seçki və hüquq-məhkəmə sistemlərinin qurulması ölkədə müstəqillik illərində təşəkkül tapmış demokratik ab-havanın başlıca göstəricilərindəndir. Qazanılan uğurlar müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edərək BMT-nin bəyan etdiyi davamlı inkişaf məqsədlərinə nail olmaqda müstəsna əhəmiyyətə malikdir.

Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı bu illər ərzində ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, maliyyə-bank sisteminin qurulması, ticarətin liberallaşdırılması və əhalinin sosial müdafiəsinin təmin olunması istiqamətlərində mühüm layihələr gerçəkləşdirilmişdir. Keçid dövrünü uğurla başa vuran ölkəmiz iqtisadiyyatının həcmini bir neçə dəfə artıraraq bu gün davamlı inkişaf prinsiplərinə sadiq, güclü infrastruktur və inkişaf potensialına malik iqtisadiyyat qurmuşdur.

Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının yüksək qiymətləndirdiyi iqtisadi duruma biz hələ də öz həllini tapmayan Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları şəraitində nail olmuşuq. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həmin münaqişənin sülh yolu ilə həllinə yönəlmişdir. Bütün dövlətlər və beynəlxalq qurumlar tərəfindən qəbul olunan müvafiq qərarlara baxmayaraq, hələ ki Ermənistanın qeyri-konstruktiv mövqeyi sülhə nail olmağa imkan vermir.

Ölkəmizdə ordu quruculuğunun əsasını təşkil edən prinsip və normalar Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirmişdir. Müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaratmış və ordunun döyüş qabiliyyətini artırmışdır. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən 2016-cı ilin aprel ayında cəbhədə cərəyan edən hadisələrin nəticələri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi.

Müstəqil Azərbaycan enerji sektorunun inkişafı istiqamətində mühüm irəliləyişlərə nail olmuşdur. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və digər irimiqyaslı strateji layihələr ölkəmizin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında böyük əhəmiyyətə malikdir. Respublikamızda neft və qeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun artmasına, güclü sahibkarlar zümrəsinin və orta təbəqənin yaranmasına təkan vermişdir. Ölkə üzrə sənaye zonalarının açılması, Bakı ilə yanaşı digər şəhərlərin də sənaye potensialının artırılması, texnoparkların və aqroparkların qurulması regionların böyük sürətlə inkişafını təmin etməyə imkan yaratmışdır. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuş, kənd təsərrüfatının və müvafiq infrastrukturun inkişafına böyük investisiyalar qoyulmuş, ərzaq və qeyri-ərzaq məhsullarının ixrac qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atılmışdır.

Post-neft dövrünə qədəm qoymuş Azərbaycan iqtisadiyyatın bütün sahələrində ciddi islahatlar aparır. Ölkənin yol-nəqliyyat şəbəkəsi əsaslı şəkildə yenidən qurulur, dəmiryol nəqliyyatı müasirləşdirilir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri formalaşdırılır. Paytaxtla yanaşı bölgələrdə də beynəlxalq hava limanları istifadəyə verilmiş, müasir standartlara uyğun dəniz ticarət limanı fəaliyyətə başlamışdır. Yeni texnologiyalar əsasında tikilən sənaye müəssisələri metallurgiya, maşınqayırma, inşaat materiallarının istehsalı və digər sahələrin sürətli inkişafı üçün maddi-texniki baza yaradır.

Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılmışdır. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilmiş, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilmiş, yeni universitetlər açılmış, təhsildə özəl sektor formalaşmışdır. Azərbaycan mədəniyyəti həm ölkə daxilində, həm də xaricdə irimiqyaslı layihələr çərçivəsində təmsil olunmaqdadır. Tikilən yeni məktəblər, müalicə ocaqları, muzeylər, olimpiya mərkəzləri, mədəniyyət müəssisələri və istirahət zonaları sosial həyatın yaxşılaşmasına xidmət edir. “ASAN xidmət” şəbəkəsi, ünvanlı sosial yardım, aztəminatlı ailələrin əlverişli şərtlərlə mənzillə təmin olunması və digər layihələr dövlətin sosial yönümlü siyasətinin göstəricisidir.

Şəhərlərimizin və regionlarımızın infrastrukturunun yeniləşməsi geniş vüsət alır. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilərək tarixi və müasir memarlığın harmonik inkişafının parlaq nümunəsi kimi qiymətləndirilir. Yaradılan müvafiq infrastruktur, istifadəyə verilən yeni otellər və bölgələrdə həyata keçirilən möhtəşəm abadlıq-quruculuq işləri turizmin uğurlu inkişafı üçün geniş perspektivlər açır.

Müstəqillik illərində gənclərlə bağlı siyasət uğurla gerçəkləşdirilir, onların ölkənin siyasi, iqtisadi və sosial-mədəni həyatında iştirakı gündən-günə genişlənir. Ölkəmizin idman sahəsindəki böyük nailiyyətləri gənc nəslin sağlam həyat tərzinə göstərdiyi diqqətin ifadəsidir. Gənclərimizin müxtəlif çempionatlarda və olimpiya oyunlarında qazandığı medallar, Rio-de-Janeyroda nümayiş etdirdiyi yüksək göstəricilər və Azərbaycanda keçirilən İlk Avropa Oyunlarındakı müvəffəqiyyətləri idman tariximizə həkk olunmuşdur.

Nüfuzu beynəlxalq miqyasda ilbəil möhkəmlənən Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Respublikamızda keçirilən mötəbər beynəlxalq sammit, forum, sərgi, müsabiqə və yarışlar beynəlxalq aləmdə qazandığımız böyük etimadın təzahürüdür.

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə, yaradıcı potensialına, vətənpərvərliyinə və qurub-yaratmaq əzminə arxalanaraq, 25 il ərzində suveren dövlət çərçivəsində misilsiz inkişaf yolu keçmişdir. Müstəqil dövlət quruculuğu sahəsində Azərbaycan Respublikasının əldə etdiyi bu nailiyyətlərin təbliğini, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanmasını və dünya azərbaycanlılarının öz tarixi vətənlərinə bağlılığının gücləndirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunsun.

2. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın ikinci bəndində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin və Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 oktyabr 2016-cı il.

12 Oktyabr 2016, 09:10

http://www.azertag.net

641—650 / 10511

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli, “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 24 aprel tarixli 613 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli, “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında” 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli və “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2014-cü il 15 dekabr tarixli 395 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiya haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın tərkibi”nin təsdiq edilməsi barədə” 2016-cı il 22 dekabr tarixli 1169 nömrəli və “Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası, Türkiyə Respublikası və Ukrayna mülki aviasiya hakimiyyəti orqanları arasında ICAO çərçivəsində əməkdaşlığa və ICAO orqanlarında təmsilçiliyə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 23 fevral tarixli 1259 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 3 fevral tarixli 100 nömrəli, “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2014-cü il 15 may tarixli 168 nömrəli, “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” 2015-ci il 8 aprel tarixli 499 nömrəli və “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel tarixli 503 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2008-ci il 28 oktyabr tarixli 7 nömrəli, “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 2008-ci il 11 noyabr tarixli 12 nömrəli, “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında” 2010-cu il 4 oktyabr tarixli 341 nömrəli, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2010-cu il 13 dekabr tarixli 361 nömrəli, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2007-ci il 11 aprel tarixli 564 nömrəli, “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” 2007-ci il 21 iyun tarixli 590 nömrəli, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 11 mart tarixli 733 nömrəli və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il 22 aprel tarixli 744 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 12:06

Azərbaycan Respublikası Prezidentinin “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 iyul tarixli 1119 nömrəli, “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 25 may tarixli 324-VIQD nömrəli Qanununun tətbiqi və “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli 733 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2021-ci il 23 iyun tarixli 1377 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin fəaliyyətinin bəzi məsələləri haqqında” 2018-ci il 8 oktyabr tarixli 300 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının infrastruktur və tikinti naziri və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 2 noyabr tarixli 1648 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 2 noyabr tarixli 1652 nömrəli, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2018-ci il 27 iyun tarixli 156 nömrəli və “Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1068-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2014-cü il 4 noyabr tarixli 341 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli, “Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli, “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT-ICAO) arasında Universal Təhlükəsizliyə Nəzarət üzrə Audit Proqramının Davamlı Monitorinq Yanaşması ilə əlaqədar Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2015-ci il 20 noyabr tarixli 688 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2016-cı il 20 may tarixli 909 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Qətər Dövlətinin Mülki Aviasiya Administrasiyası arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2017-ci il 15 may tarixli 1391 nömrəli, “Azərbaycan Respublikasının “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 809-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 3 noyabr tarixli 1659 nömrəli, “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 3 iyun tarixli 718 nömrəli, “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 iyun tarixli 756 nömrəli və “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

1 İyun 2022, 08:06

Azərbaycan Respublikası Prezidentinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1310-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 20 noyabr tarixli 354 nömrəli, “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli 479 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 497 nömrəli, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında Sazişin təsdiq edilməsi barədə” 2019-cu il 29 yanvar tarixli 498 nömrəli, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli və “Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” 2019-cu il 11 iyun tarixli 725 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...