Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 360

№ 360                                        

Bakı şəhəri, 22 sentyabr 2016-cı il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 724 nömrəli və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 725 nömrəli fərmanlarının 5.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar, milli təhlükəsizlik nazirliklərinin, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularını, sıravi və rəis heyətinə mənsub şəxslərini ərzaq payı və pul vəsaiti ilə təmin etmək haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarında aşağıdakı dəyişiklilər edilsin:

1.1. adından “, milli təhlükəsizlik” sözləri çıxarılsın, “gömrük orqanlarının,” sözlərindən sonra “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin,” sözləri əlavə edilsin;

1.2. 6-cı hissədən “, milli təhlükəsizlik” sözləri çıxarılsın və həmin hissəyə “nazirləri,” sözündən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisləri,” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli 496 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası statistik vahidlərin Dövlət Registri haqqında Əsasnamə”nin 3-cü bəndinin “q)” yarımbəndində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz edilsin.

3. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1-ci hissənin üçüncü abzasında “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində” sözləri “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində,” sözləri ilə əvəz edilsin;

3.2. 1-ci hissənin onuncu abzasından “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin abzasa “Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin;

3.3. 2-ci hissənin “b” bəndinin üçüncü abzasından “milli təhlükəsizlik,” sözləri çıxarılsın və həmin abzasa “nazirliklərinin” sözündən sonra “, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.2.6-cı yarımbənddə “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz edilsin;

4.2. 4.1-ci bəndin üçüncü və dördüncü abzaslarında ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,” sözləri ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 nömrəli qərarının 2-ci hissəsindən “Milli Təhlükəsizlik,” sözləri çıxarılsın və həmin hissəyə “Nazirlikləri,” sözündən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 5, maddə 351; 1999, N 9, maddə 558; 2001, N 2, maddə 116; 2002, N 10, maddə 635; 2003, N 6, maddə 342; 2004, N 10, maddə 871; 2006, N 7, maddə 641, N 11, maddə 993; 2007, N 5, maddə 544; 2008, N 6, maddə 584; 2009, N 7, maddə 610) ilə təsdiq edilmiş Əlavə 1 - “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1-ci bölmə üzrə:

6.1.1 onuncu və on birinci abzaslarında “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin;

6.1.2. on ikinci və on dördüncü abzaslarında ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri ilə əvəz edilsin;

6.2. 2-ci bölmə üzrə:

6.2.1. üçüncü abzasda “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri ilə əvəz edilsin;

6.2.2. beşinci abzasdan “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin abzasa “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin;

6.2.3. yeddinci abzasdan “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılsın və həmin abzasa “Fövqəladə Hallar Nazirliyinin,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin.

7. “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 60 nömrəli qərarının 6-cı və 7-ci bəndlərindən, həmin qərara 10 nömrəli əlavənin adından “milli Təhlükəsizlik,” sözləri çıxarılsın və ismin müvafiq hallarında “nazirliklərinin” sözündən sonra ismin müvafiq hallarında “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin” sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 3-cü hissəsinin dördüncü abzasından “, milli təhlükəsizlik” sözləri çıxarılsın və həmin abzasa “nazirliklərinin” sözündən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri əlavə edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 5, maddə 360; 2001, N 10, maddə 663; 2003, N 6, maddə 342; 2005, N 6, maddə 541; 2006, N 5, maddə 463; 2010, N 3, maddə 264; 2012, N 12, maddə 1369; 2013, N 10, maddə 1199) ilə təsdiq edilmiş “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin VIII hissəsinin səkkizinci abzasında “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin.

10. “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 aprel tarixli 66 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, N 4, maddə 273; 2003, N 6, maddə 342; 2006, N 10, maddə 903; 2010, N 12, maddə 1123; 2012, N 12, maddə 1366) üçüncü hissəsində “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 3, (II kitab), maddə 221; 2003, N 6, maddə 342; 2004, N 4, maddə 287; 2005, N 1, maddə 49, N 2, maddə 122; 2006, N 2, maddə 185, N 10, maddə 903; 2010, N 3, maddə 263, N 12, maddə 1123; 2015, N 10, maddə 1223 ) ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamə”nin 2.11-ci bəndində “milli təhlükəsizlik,” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidməti,” sözləri ilə əvəz edilsin.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 6, maddə 475; 2002, N 11, maddə 675; 2003, N 8, maddə 460; 2005, N 10, maddə 973; 2006, N 6, maddə 584; 2007, N 10, maddə 1021; 2008, N 2, maddə 116; 2009, N 2, maddə 144, N 9, maddə 736; 2013, N 8, maddə 1023; 2015, N 5, maddə 607) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.3.2-ci yarımbəndinin üçüncü abzasında “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz edilsin.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 9, maddə 682; 2002, N 3, maddə 145; 2003, N 6, maddə 342; 2005, N 8, maddə 782; 2006, N 10, maddə 903; 2008, N 2, maddə 106; 2010, N 3, maddə 264, N 12, maddə 1123; 2014, N 10, maddə 1315) ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 34-cü və 35-ci hissələrinin ikinci abzaslarından “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissəsinin, idarəsinin, təhsil müəssisəsinin, müəssisə və təşkilatının,” sözləri çıxarılsın və həmin abzaslara “Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsinin, idarəsinin, təhsil müəssisəsinin, müəssisə və təşkilatının,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi hissəsinin, idarəsinin, təhsil müəssisəsinin, müəssisə və təşkilatının, habelə Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi hissəsinin, idarəsinin, təhsil müəssisəsinin, müəssisə və təşkilatının,” sözləri əlavə edilsin.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 noyabr tarixli 207 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 11, maddə 828; 2002, N 11, maddə 675; 2003, N 6, maddə 342; 2006, N 9, maddə 822; 2009, N 8, maddə 675, N 9, maddə 736) ilə təsdiq edilmiş “Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

14.1. 4.3.1-ci yarımbəndin ikinci abzasında “Milli Təhlükəsizlik Nazirliyinin (MTN)” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)” sözləri ilə əvəz edilsin;

14.2. 4.3.2-ci yarımbəndin ikinci abzasında, 4.7.8-ci yarımbəndin birinci abzasında, 4.8.6-cı yarımbənddə hər iki halda və 4.9.1-ci yarımbəndin birinci abzasında “MTN-nin” sözü “DTX-nin” sözü ilə əvəz edilsin;

14.3. 4.4.9-cu yarımbəndin beşinci abzasında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

14.4. 4.5.2-ci yarımbəndin birinci abzasından və 4.5.4-cü yarımbəndin üçüncü abzasından “Milli Təhlükəsizlik Nazirliyinə və” sözləri çıxarılsın və həmin abzasa “Daxili İşlər Nazirliyinə” sözlərindən sonra “və “Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri əlavə edilsin;

14.5. 4.5.10-cu yarımbəndin ikinci abzasında və 4.5.11-ci yarımbəndin ikinci abzasında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

14.6. 4.6.1-ci yarımbəndin altıncı abzasında və 4.6.3-cü yarımbəndin ikinci abzasında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

14.7. 4.7.1-ci yarımbənddə, 4.9.2-ci yarımbəndin birinci abzasında birinci halda və üçüncü abzasında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

14.8. 4.9.2-ci yarımbəndin birinci abzasından ikinci halda “və Milli Təhlükəsizlik” sözləri çıxarılsın və həmin abzasa “Nazirliklərinin” sözündən sonra “Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri əlavə edilsin;

14.9. 4.11.1-ci yarımbəndin birinci abzasında “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri ilə əvəz edilsin;

14.10. Qaydaların “Qısaldılmış ifadələr və adlar” hissəsində “MTN - Milli Təhlükəsizlik Nazirliyi” sözləri “DTX - Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

14.11. Qaydalara 12 nömrəli əlavə - “Stansiyaların xüsusi ayrılmış yerlərində partlayıcı maddələrlə yükləmə-boşaltma əməliyyatlarına ümumi tələblər”in 5-ci bəndinin dördüncü abzasında və Qaydalara 16 nömrəli əlavə “Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin PM ilə yük əməliyyatları aparılması üçün xüsusi ayrılmış yerləri olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti stansiyalarının Siyahısı”nın adında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 1, maddə 53; 2002, N 10, maddə 635; 2003, N 6, maddə 342; 2008, N 8, maddə 787; 2010, N 3, maddə 264, N 6, maddə 569; 2013, N 10, maddə 1200) ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci, 1.7-ci, 1.8-ci, 1.10-cu, 1.11-ci və 1.12-ci bəndlərindən “Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılsın və həmin bəndlərə “Dövlət Sərhəd Xidmətinin” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin” sözləri əlavə edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 3 may tarixli 87 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 5, maddə 337; 2003, N 6, maddə 342; 2004, N 10, maddə 871) ilə təsdiq edilmiş “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydası”nın 1-ci hissəsindən “Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılsın və həmin hissəyə “Ədliyyə Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin,” sözləri əlavə edilsin.

17. “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat sayı və aylıq vəzifə maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 156 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 9, maddə 636; 2005, N 1, maddə 52; 2007, N 7, maddə 739) aşağıdakı dəyişikliklər edilsin:

17.1. 2-ci hissədə hər iki halda “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə və “nazirlik” sözü “xidmət” sözü ilə əvəz edilsin;

17.2. həmin qərarla təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun ştat sayı”nın “Qeyd” hissəsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, N 12, maddə 809; 2002, N 10, maddə 641; 2003, N 6, maddələr 342, 348; 2004, N 10, maddə 871; 2005, N 6, maddə 541, N 10, maddə 978; 2006, N 4, maddə 373, N 9, maddə 822, N 10, maddə 903; 2008, N 2, maddə 130; 2009, N 2, maddə 144, N 7, maddə 607, N 9, maddələr 736, 757, N 12, maddə 1065; 2012, N 12, maddə 1390; 2013, N 7, maddə 879; 2014, N 1, maddə 57, N 6, maddə 745; 2015, N 6, maddə 792) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

18.1. beşinci abzasda “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

18.2. on beşinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on yeddinci abzas əlavə edilsin:

“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin inzibati binası.”.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 4, II kitab, maddə 211; 2003, N 6, maddə 342; 2004, N 4, maddə 286; 2005, N 11, maddə 1076; 2006, N 5, maddə 463; 2009, N 4, maddə 282, N 10, maddə 846; 2010, N 11, maddə 1040) ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 2.1-ci bəndinin beşinci abzasından “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin abzasa “Vergilər Nazirliyi,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri əlavə edilsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 8, maddə 539; 2003, N 6, maddə 342; 2006, N 10, maddə 903; 2007, N 2, maddə 199; 2008, N 2, maddə 130; 2010, N 10, maddə 903; 2012, N 12, maddə 1357; 2013, N 6, maddə 756) ilə təsdiq edilmiş “Hərbi qulluqçuların və onların ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün putyovkalarla (yollayışlarla) təmin olunması Qaydası”nın 2-ci hissəsində “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın, “Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 10, maddə 639; 2003, N 9, maddə 533; 2014, N 7, maddə 928) ilə təsdiq edilmiş “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”nin 10.24-cü bəndində “Milli Təhlükəsizlik Nazirliyini” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətini” sözləri ilə əvəz edilsin.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 160 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 10, maddə 643; 2005, N 2, maddə 122; 2006, N 9, maddə 827; 2007, N 1, maddə 47) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, müəssisə, idarə və təşkilatlarının dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələri haqqında Nümunəvi Əsasnamə”nin 4-cü hissəsinin birinci abzasında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 10, maddə 645; 2005, N 2, maddə 122, N 3, maddə 250; 2007, N 1, maddə 47; 2008, N 4, maddə 316; 2010, N 3, maddələr 255, 264; 2012, N 9, maddə 938, N 12, maddə 1362; 2015, N 7, maddə 898, N 10, maddə 1245) ilə təsdiq edilmiş “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə buraxılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

23.1. 1-ci hissənin üçüncü abzasında “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin və “Xüsusi Dövlət Mühafizə Xidməti” sözlərindən sonra “və xarici kəşfiyyat orqanında Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilsin;

23.2. 4-cü hissənin səkkizinci abzasa “Dövlət Sərhəd Xidmətində” sözlərindən sonra “, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində” sözləri əlavə edilsin.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 10, maddə 651; 2010, N 12, maddə 1123) ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası”nın 2.2.3-cü yarımbəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin yarımbəndə “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, N 11, maddə 676; 2004, N 2, maddə 115; 2005, N 9, maddə 860, N 12, maddə 1234; 2006, N 2, maddələr 204, 205, N 9, maddə 822, N 12, maddə 1159; 2007, N 8, maddələr 849, 857, N 10, maddə 1025; 2008, N 1, maddə 37, N 10, maddə 928, N 12, maddələr 1110, 1114; 2009, N 1, maddələr 22, 32, N 2, maddə 156, N 4, maddə 279, N 8, maddə 670, N 9, maddələr 739, 754, N 12, maddə 1078; 2010, N 3, maddə 264; 2011, N 1, maddə 63; 2012, N 9, maddə 931; 2013, N 2, maddə 203, N 6, maddə 735; 2014, N 10, maddə 1290; 2015, N 4, maddə 608; 2016, N 1, maddə 179) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də aşağıdakı dəyişikliklər edilsin:

25.1. 11.2-ci, 49.2-ci və 49.3-cü bəndlərdə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

25.2. 48.4-cü bənddən “Milli Təhlükəsizlik Nazirliyinin və” sözləri çıxarılsın və həmin bəndə “Səhiyyə Nazirliyinin” sözlərindən sonra “və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri əlavə edilsin.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli 26 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 2, maddə 141; 2005, N 6, maddə 558; 2006, N 4, maddə 370, N 7, maddə 647; 2014, N 1, maddə 69, N 2, maddə 201; 2015, N 11, maddə 1418) ilə təsdiq edilmiş “Ətraf mühitə dair alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının Təsnifatı”nın 2-ci hissəsində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 10, maddə 627; 2005, N 7, maddə 678; 2006, N 2, maddə 185, N 4, maddə 378, N 5, maddə 470, N 9, maddə 819, N 10, maddə 902; 2007, N 5, maddə 546, N 10, maddə 1026; 2008, N 2, maddə 114; 2010, N 7, maddə 700; 2011, N 7, maddə 737; 2012, N 2, maddə 178, N 11, maddələr 1203, 1212, N 12, maddə 1359; 2013, N 3, maddə 348, N 5, maddə 580; 2014, N 5, maddə 554, N 8, maddə 1005; 2015, N 5, maddə 669; 2016, N 2, II kitab, maddə 389) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.15-ci bəndində “milli təhlükəsizlik” sözləri “Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz edilsin.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 dekabr tarixli 165 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, N 12, II kitab, maddə 753) ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlara xidmət illəri üçün əlavə ödənişin verilməsi Qaydası”nın 3-cü hissəsinin beşinci abzasında “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi” sözləri ilə əvəz edilsin.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 sentyabr tarixli 120 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 9, maddə 738) ilə təsdiq edilmiş “Fövqəladə vəziyyət rejiminin təmin olunmasında iştirak etmiş şəxslərin qeydiyyata alınması qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

29.1. 2-ci hissədən “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri çıxarılsın və həmin hissəyə “Müdafiə Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin,” sözləri əlavə edilsin.

29.2. 9-cu hissədən “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin hissəyə “Müdafiə Nazirliyi” sözlərindən sonra “, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilsin.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, N 11, maddə 967) ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması Qaydası”nın 1-ci hissəsindən “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılsın və həmin hissəyə “Müdafiə Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin” sözləri əlavə edilsin.

31. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 192 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 4, maddə 447) aşağıdakı dəyişikliklər edilsin:

31.1. 2-ci hissədən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə,” sözləri çıxarılsın və həmin hissəyə “Müdafiə Nazirliyinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə,” sözləri əlavə edilsin;

31.2. həmin qərarla təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşının və onun ailə üzvlərinin yeni xidmət yerinə köçməsi və əmlakının daşınması Qaydası”nın 1-ci hissəsindən “Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılsın və həmin hissəyə “Müdafiə Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin,” sözləri əlavə edilsin.

32. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 3, maddə 254; 2006, N 3, maddə 300; 2007, N 2, maddə 185; 2009, N 10, maddə 857) aşağıdakı dəyişikliklər edilsin:

32.1. həmin qərarla təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə ilə bağlı işlərin görülməsi prosesində məlumatların mühafizəsinin təmin edilməsi Qaydası”nın 1-ci hissəsinin ikinci abzasında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

32.2. həmin qərarla təsdiq edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması Qaydası”nın 3-cü hissəsində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

32.3. həmin qərarla təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”nın 2-ci hissəsi üzrə:

32.3.1. birinci abzasda “Milli Təhlükəsizlik Nazirliyidir” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətidir” sözləri ilə əvəz edilsin;

32.3.2. ikinci abzasda “Dövlət Sərhəd Xidmətinin” sözlərindən sonra

“, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin” sözləri əlavə edilsin;

32.3.3. aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının xaricdəki diplomatik və digər nümayəndəliklərində dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılmasına icazənin verilməsi üzrə səlahiyyətli orqan Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətidir.”.

32.4. həmin qərarla təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatın qeyri-qanuni yayılması üzrə ekspert rəyinin hazırlanması və təsdiq edilməsi Qaydası”nın 4 cü hissəsində “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri ilə əvəz edilsin;

32.5. həmin qərarla təsdiq edilmiş “Dövlət sirrinin yayılmasının qarşısının alınması Qaydası”nın 10-cu hissəsinin dördüncü abzasında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

32.6. həmin qərarla təsdiq edilmiş “Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarında, müəssisə, idarə və təşkilatlarda dövlət sirrinin mühafizəsinin təmin olunmasına idarələrarası nəzarətin həyata keçirilməsi Qaydaları”nın 3-cü hissəsinin birinci abzasında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

33. “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 7, maddə 658) 2-ci hissəsindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə” sözləri çıxarılsın və həmin hissəyə “Müdafiə Nazirliyinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə” sözləri əlavə edilsin.

34. “Rabitə müəssisələri (operatorlar), həmçinin onların diler və distribüterləri tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 7, maddə 665, N 12, maddə 1226; 2014,

N 6, maddə 747; 2015, N 6, maddə 776) 4-cü hissəsində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

35. “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın, “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası”nın və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N10, maddə 975; 2007, N12, maddə 1336; 2009, N 3, maddə 204; 2014, N 2, maddə 201; 2015, N 4, maddə 441) aşağıdakı dəyişikliklər edilsin:

35.1. həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası”nın 4-cü hissəsinin birinci abzasından “Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılsın və həmin abzasa “Səhiyyə Nazirliyinin,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin,” sözləri əlavə edilsin;

35.2. həmin qərarla təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə və onların prekursorlarının idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası” üzrə:

35.2.1. 3.3-cü bənddən “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Baş Prokurorluğu,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri əlavə edilsin;

35.2.2. 5-ci hissənin birinci abzasından “Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılsın və həmin abzasa “Baş Prokurorluğunun,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin,” sözləri əlavə edilsin;

35.2.3. 6-cı hissədən “Milli Təhlükəsizlik Nazirliyində,” sözləri çıxarılsın və həmin hissəyə “Baş Prokurorluğunda,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətində,” sözləri əlavə edilsin.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 11, maddə 1063; 2006, N 5, maddə 476; 2013, N 8, maddə 995; 2015, N 7, maddə 878) ilə təsdiq edilmiş “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın 3.7-ci bəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 11, maddə 1073; 2007, N 12, maddə 1344; 2008, N 8, maddə 787; 2011, N 5, maddə 449) ilə təsdiq edilmiş “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın 5-ci hissəsində “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat” sözləri ilə əvəz edilsin.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 12, maddə 1230; 2006, N 9, maddə 822, N 11, maddə 1000; 2007, N 4, maddə 387, N 10, maddə 1021, N 12, maddə 1337; 2009, N 2, maddə 144; 2010, N 6, maddə 558; 2012, N 9, maddə 925; 2014, N 1, maddə 69, N 6, maddə 747; 2015, N 5, maddə 660 ) ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”nın 3-cü və 4-cü sütunlarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 dekabr tarixli 235 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, N 12, maddə 1234; 2007, N 6, maddə 698; 2008, N 4, maddə 309; 2009, N 1, maddə 32; 2014, N 2, maddə 201, N 7, maddə 932) ilə təsdiq edilmış “Alkoqollu içkilərin, etil (yeyinti) spirtinin, tütün məmulatlarının istehsalı, idxalı və satışı, insanların həyatının və sağlamlığının qorunması üçün yalnız mənşəyi bəlli olan xammaldan istifadənin təmin edilməsi, daxili bazarın haqsız rəqabətdən müdafiəsi və sağlam rəqabət prinsiplərinə riayət edilməsi, qeyri-qanuni istehsalın, habelə keyfiyyətsiz məhsulların istehsalının və idxalının, qaçaqmalçılıq hallarının qarşısının alınması məqsədi ilə görüləcək Tədbirlər”in 1-ci və 2-ci hissələrinin “İcraçı təşkilatlar” sütununda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 yanvar tarixli 3 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 1, maddə 36, N 5, maddə 472; 2014, N 6, maddə 747 ) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nın 1.7-ci bəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 31 mart tarixli 91 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 3, maddə 310; 2013, N 2, maddə 190; 2014, N 6, maddə 747 ) ilə təsdiq edilmiş “GOV.AZ domeninin inzibatlaşdırılması Qaydaları”nın 2.3-cü bəndində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 aprel tarixli 98 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 4, maddə 368) ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nın 1.2-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Müdafiə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin.

43. “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, N 7, maddə 638, N 10, maddə 902; 2010, N 3, maddə 264; 2011, N 8, maddə 777; 2012, N 12, maddə 1350; 2013, N 10, maddə 1203) aşağıdakı dəyişikliklər edilsin:

43.1. 2-ci hissədən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin hissəyə “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilsin;

43.2. 3-cü hissədən (birinci halda) “, milli təhlükəsizlik” sözləri çıxarılsın və həmin hissəyə “nazirliklərinin,” sözündən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin,” sözləri əlavə edilsin.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 2, maddə 182; 2009, N 2, maddə 144; 2014, N 2, maddə 216, N 6, maddə 747) ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

44.1. 1.4-cü, 2.9-cu, 2.29-cu və 2.31-ci bəndlərdə ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

44.2. 1.6-cı və 2.30-cu bəndlərdən “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndlərə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyun tarixli 96 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 6, maddə 701) ilə təsdiq edilmiş “Milli nişanların və qeydiyyat nişanlarının hava gəmisində təsviri Qaydası”nın 1.2-ci bəndinin ikinci abzasından “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri çıxarılsın və həmin abzasa “Fövqəladə Hallar Nazirliyinə,” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinə, Xarici Kəşfiyyat Xidmətinə,” sözləri əlavə edilsin.

46. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 avqust tarixli 127 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 8, maddə 853; 2008, N 9, maddə 853) aşağıdakı dəyişikliklər edilsin:

46.1. həmin qərarla təsdiq edilmiş “Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi Qaydası”nın 2.1.2-ci yarımbəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin;

46.2. həmin qərarla təsdiq edilmiş “Xüsusi vasitənin özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilməsi Qaydaları”nın 9-cu hissəsində “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri ilə əvəz edilsin.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 20 avqust tarixli 129 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 8, maddə 855) ilə təsdiq edilmiş “Tərkibində dövlət sirri təşkil edən məlumatlar olan elektron sənədlərin tərtibi, emalı və mübadiləsi üçün istifadə olunan informasiya sistemlərinin ekspertizasının keçirilməsi Qaydası”nın 2.1-ci bəndinin birinci abzasında “Milli Təhlükəsizlik Nazirliyidir” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətidir” sözləri ilə əvəz edilsin.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 8, maddə 860; 2012, N 12, maddə 1351) ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində,” sözləri çıxarılsın və həmin hissəyə “Prokurorluğunda,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində,” sözləri əlavə edilsin.

49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 8, maddə 861, N 9, maddə 923, N 10, maddə 1021, N 12, maddə 1331; 2009, N 1, maddələr 22, 32, N 2, maddə 150, N 4, maddələr 282, 293, N 8, maddələr 674, 675, 680, N 10, maddələr 846, 852, 856; 2010, N 2, maddələr 146, 161, N 11, maddə 1040; 2011, N 1, maddə 54, N 5, maddə 447, N 9, maddə 855; 2012, N 5, maddə 475, N 8, maddə 817, N 10, maddə 1028, N 11, maddə 1204, N 12, maddələr 1363, 1388; 2013, N 1, maddə 73, N 8, maddələr 1015, 1038, N 10, maddə 1219; 2014, N 1, maddə 69, N 3, maddə 312, N 6, maddə 736, N 7, maddə 918, N 10, maddə 1308; 2015, N 2, maddə 227, N 5, maddə 612, N 6, maddə 799, N 11, maddə 1413; 2016, N 2, II kitab, maddə 381; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 110 nömrəli və 29 aprel tarixli 177 nömrəli qərarları) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 2-ci hissəsinin 3-cü bəndində hər iki halda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:

“3-1. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Naxçıvan Muxtar Respublikasının Xarici Kəşfiyyat Xidməti”.

50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 2, maddə 134; 2010, N 1, maddə 59; 2012, N 12, maddə 1371; 2013, N 10, maddə 1204, N 12, maddə 1627; 2015, N 5, maddə 659) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Fövqəladə Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilsin.

51. “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin fəaliyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 iyul tarixli 155 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 7 , maddə 677) adında, preambulasında hər iki halda, 1-ci hissəsində, 2-ci və 4-cü hissələrində hər iki halda ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 219 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 9, maddə 866) ilə təsdiq edilmiş “Aviasiya qəzası və ya insidenti barədə məlumatın verilməsi Qaydası”nın 2.1-ci bəndinin ikinci abzasından “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə,” sözləri çıxarılsın və həmin abzasa “Daxili İşlər Nazirliyinə,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə,” sözləri əlavə edilsin.

53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 sentyabr tarixli 234 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 9, maddə 880) ilə təsdiq edilmiş “Ətrafında 200 metr radius çərçivəsində yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının yerləşdiyi binaların siyahısı”nın 1-ci hissəsinin səkkizinci abzasında “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda on beşinci abzas əlavə edilsin:

“Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin inzibati binası.”.

54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 12, maddə 1115; 2009, N 2, maddə 153, N 4, maddə 282, N 7, maddə 605, N 8, maddələr 674, 680, N 10, maddələr 846, 852, 856; 2010, N 1, maddə 60, N 2, maddələr 146, 161, N 10, maddələr 906, 912, N 11, maddə 1040; 2011, N 1, maddə 66, N 5, maddə 446, N 9, maddələr 856, 862; 2012, N 5, maddə 479, N 8, maddə 818, N 10, maddə 1027, N 11, maddə 1205; 2013, N 1, maddə 74, N 8, maddələr 1014, 1037; 2014, N 1, maddə 69, N 3, maddə 313, N 6, maddə 736, N 7, maddə 919, N 10, maddə 1308; 2015, N 2, maddə 227, N 5, maddə 611, N 6, maddə 800, N 11, maddə 1414; 2016, N 1, maddə 171, N 2, II kitab, maddə 382, N 3, maddə 608; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 mart tarixli 111 nömrəli və 29 aprel tarixli 177 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda aşağıdakı dəyişikliklər edilsin:

54.1. “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Aparatı” sözləri çıxarılsın və “Azərbaycan Respublikasının Baş Prokurorluğu” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Aparatı” və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin Aparatı” sözləri əlavə edilsin;

54.2. “Naxçıvan Muxtar Respublikası üzrə:” hissəsindən “Milli Təhlükəsizlik Nazirliyinin Aparatı” sözləri çıxarılsın və “Səhiyyə Nazirliyinin Aparatı” sözlərindən sonra “Dövlət Təhlükəsizliyi Xidmətinin Aparatı” və “Xarici Kəşfiyyat Xidmətinin Aparatı” sözləri əlavə edilsin;

54.3. “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan orqanlar, rayon, şəhər şöbələri” sözləri “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin ərazi orqanları” sözləri ilə əvəz edilsin.

55. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 15 may tarixli 78 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 5, maddə 386; 2016, N 2, II kitab, maddə 375) ilə təsdiq edilmiş “Terror əleyhinə əməliyyatları idarəetmə üzrə Əməliyyat Qərargahının fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan əməliyyat qruplarının funksional vəzifələrinə dair Nümunəvi Təlimat”ın 3.7-ci bəndinin dördüncü və beşinci abzaslarından “Milli Təhlükəsizlik Nazirliyinin və” sözləri çıxarılsın və həmin abzaslara “Daxili İşlər Nazirliyinin” sözlərindən sonra “və Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri əlavə edilsin.

56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 8, maddə 671) ilə təsdiq edilmiş “Aviasiya qəzalarını və insidentlərini araşdıran komissiyanın fəaliyyət göstərməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

56.1. 6 nömrəli əlavədə “Sorğu protokolu”nda “MTN” akronimi “DTX” akronimi ilə əvəz edilsin;

56.2. 17 nömrəli əlavədə “Zədələnmiş baqajın, əl yükünün, poçtun və yükün açılması və yoxlanması haqqında Akt”da “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

56.3. “Akronimlər” hissəsində “MTN-Milli Təhlükəsizlik Nazirliyi” sözləri “DTX-Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

57. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 8, maddə 676; 2015, N 7, maddə 880) ilə təsdiq edilmiş “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları”nın 2.2-ci bəndindən “Azərbaycan Resp30 Sentyabr 2016, 10:09

http://www.azerbaijan-news.az/

3601—3610 / 10511

23 May 2018, 08:05

“Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1047-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2018, 08:05

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 May 2018, 08:05

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1114 VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 May 2018, 08:05

“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 May 2018, 08:05

“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1058-VQD nömrəli Qanununun tətbiqi və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 May 2018, 08:05

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

23 May 2018, 08:05

“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1057-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

22 May 2018, 08:05

Y.V.Eyvazova “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

22 May 2018, 08:05

A.Y.Netrebkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

21 May 2018, 08:05

Bərdə şəhərində Tərtər çayı üzərində yeni körpü tikilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...