İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisinin iştirakçılarına

Hörmətli sərgi iştirakçıları!

 

Sizi “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisinin açılışı münasibətilə ölkəmizin paytaxtı Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.

Qloballaşma prosesinin geniş vüsət aldığı daim dəyişən dünyamızda dövlətlər intensiv şəkildə təhlükəsizlik çağırışları ilə üzləşirlər. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında hərbi-texniki əməkdaşlıq, müasir texnologiyaların və təhlükəsizlik vasitələrinin mübadiləsi məsələlərinin aktuallığı durmadan artmaqdadır.

Ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təcavüz və terrorizmin nəticəsi olaraq, Azərbaycan dövləti təhlükəsizlik sisteminin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Qəbul edilmiş Hərbi Doktrina beynəlxalq müstəvidə ümumbəşəri prinsip və normaları rəhbər tutan Azərbaycanın həm müdafiə potensialını, həm də dost və tərəfdaş dövlətlərlə əlaqələrini gücləndirmişdir. Azərbaycan hazırda regionda ən böyük hərbi potensialı olan ölkədir. Bölgədə ilk mötəbər beynəlxalq müdafiə sərgisi də məhz Bakı şəhərində keçirilmişdir.

İnanıram ki, iştirakçısı olduğunuz sərgi hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu məkan kimi müasir təhlükəsizlik çağırışlarına cavab verən yeni yanaşmalara, xüsusilə müdafiə sənayesi sahəsində mühüm təşəbbüslərə yol açacaq və yeni imkanlar üzə çıxaracaqdır. Hər birinizə gələcək işlərinizdə uğurlar, ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 sentyabr 2016-cı il.

28 Sentyabr 2016, 09:09

http://www.azertag.net

6481—6490 / 10511

6 Sentyabr 2016, 09:09

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

6 Sentyabr 2016, 09:09

Masallı şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

6 Sentyabr 2016, 09:09

“ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında   ətraflı...

6 Sentyabr 2016, 09:09

Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI   ətraflı...

5 Sentyabr 2016, 10:09

“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli 832 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

5 Sentyabr 2016, 10:09

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

5 Sentyabr 2016, 10:09

Ə.N.Qocayevin “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında   ətraflı...

2 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

2 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında   ətraflı...

2 Sentyabr 2016, 09:09

Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında   ətraflı...