Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Mingəçevir şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış,mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən 46 çoxmənzilli yaşayış binası müasir üslubda əsaslı təmir edilmiş, 22 nümunəvi məhəllə yaradılmış, parklar salınmış, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Şəhər Mərkəzi Xəstəxanası, Mingəçevir Dövlət Dram Teatrı, Tarix muzeyi yenidən qurulmuş, Gənclər Mərkəzi, təhsil və digər sosialyönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, otellər inşa olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mingəçevirdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi məqsədi ilə qərara alıram:
1. Mingəçevir şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və təmir işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 sentyabr 2016-cı il.
23 Sentyabr 2016, 10:0923 Dekabr 2015, 09:12
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında ətraflı...
23 Dekabr 2015, 09:12
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
23 Dekabr 2015, 09:12
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Dekabr 2015, 09:12
Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında ətraflı...
22 Dekabr 2015, 09:12
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında ətraflı...
22 Dekabr 2015, 09:12
Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı ətraflı...
22 Dekabr 2015, 09:12
Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri ətraflı...
22 Dekabr 2015, 09:12
Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri ətraflı...
22 Dekabr 2015, 09:12
Lisenziyalaşdırma Qaydası ətraflı...
22 Dekabr 2015, 09:12
Azərbaycan Turizm və Menecment Universitetinin NİZAMNAMƏSİ ətraflı...